Tərtər rayon dindarları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olması ilə əlaqədar bəyanat verib.
Tərtər Cümə Məscidi Dini İcmasından AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “İyulun 4-ü axşam erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın həlak olması bütün Azərbaycan xalqı kimi biz cəbhə bölgəsində yaşayan sakinlərin, eləcə də Tərtər dindarlarının da etirazına səbəb olub.
Ermənistan silahlı bölmələri atəşkəs rejimini mütəmadi olaraq pozur, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəş altında saxlayır. Ermənistan ordusunun ötən ilin aprel ayında Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Həsənqaya kəndində yaşayan 16 yaşlı Turanə Həsənova da həlak olmuşdu. Nə 2 yaşlı Zəhra, nə də 16 yaşlı Turanə döyüşən əsgər deyildilər. Göründüyü kimi, Ermənistan ordusu vandalizm nümayiş etdirir, günahsız insanların, qadınların, uşaqların qanını tökməkdən çəkinmirlər. Daha ətraflı »
-
20İylDigər TƏRTƏRLİ DİNDARLAR DÜNYA İCTİMAİYYƏTİNİ ERMƏNİ VANDALİZMİNƏ YOX DEMƏYƏ ÇAĞIRIRLAR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
20İylDigər AZƏRBAYCAN EVİNİN BƏYANATI üçün şərhlər bağlıdır
Parisdəki Azərbaycan Evi Ermənistan Respublikasının silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayo-nunun Alxanlı kəndinin mülki əhalisinə qarşı törətdiyi qanlı hərbi provokasiyanı qətiyyətlə pisləyir. Bu hərbi müdaxilə nəticəsində Sahibə Allahverdiyeva və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olmuş, başqa bir dinc sakin, Sərvinaz Quliyeva yaralanmış və həmçinin, çoxsaylı mülki infrastruktura ziyan dəymişdir.
Assosiasiyanın üzvləri faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verir və yaralanan qadının tezliklə sağalmasını arzu edir.
Xatırladaq ki, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı, azərbaycanlıların yaşadığı 7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin təxminən 20%-i Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Təxminən 1 milyon Azərbaycanlı döğma yurdundan qovulmuş, 20 min nəfər öldürülmüş, 50 min nəfərdən çox insan şikəst edilmişdir. Ermənistanın həbs düşərgələrində işgəncə və təzyiqlərə məruz qalmış dörd mindən (4000) çox azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər MÜHARİBƏNİ İSTƏMƏSƏK DƏ… üçün şərhlər bağlıdır
Bu günlərdə “Azərbaycan” qəzetində tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovun “Bakı–həyat ağacı” məqaləsini oxudum. Vaxtilə onun xalqını təmsil edənlər ermənilərlə birlikdə Bakıda yanvar qırğınını törətmişlər. Indi isə Aleksandır Proxanov müasir azərbaycanlılar haqqında belə deyir: “Azərbaycanlılar təbiət etibarilə müharibəyə deyil, ticarətə, vuruşmağa deyil, dostluğa və barışığa meyl göstərən sülhsevər və şən xalqdır. Indi isə yeni ölkədə avanqard arxitekturanın əhatəsində, yeni tarixi və mədəni vəzifələrin təsiri, daim səfərbərliyin təyziqi altında çoxmillətli, yaradıcı, şüurunda öz xalqının misilsizliyi ideyası olan, bəxtinə parçalanmış sərsəm dünyaya harmoniya və həmrəylik örnəyi nümayiş etdirmək kimi tarixi missiya düşmüş yeni Azərbaycan milləti yaranır.”
Bəli, Azərbaycan bu sərsəm dünyada harmoniya yaratmağa çalışır. Amma hər kəs bilməlidir ki, azərbaycanlılar müharibəni sevməsələr də, lazım gəldikdə, əllərində silah öz vətəndaşlarını, öz torpaqlarını qorumağa qadirdirlər. Körpə Zəhranın və onun nənəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, günahsız dinc sakinin yaralanması hər kəsdə qəzəb və nifrət hissi oyadıb. Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər ZƏHRA LAYLASI üçün şərhlər bağlıdır
Şər vaxtı özüylə şər gətirdi. Bir həyətin, bir kəndin, bir elin, külli– Qarabağın, nəhayətdə Ulu vətənin–Azərbaycanın dincliyi, sakitliyi güllələndi. Eyni bəşər övladı olaraq insanın insa-na inamı, etibarı güllələndi. Bəşəriyyətin onsuz da laxlamış mövqeyi bir az da aşağılandı. Haqqa, ədalətə olan inam bir az da qırıldı.
“Meşəyə insan
gəlmişdi…”
Atılan mərmilər bir dinc həyəti üç günahsız insanın qanıyla al qırmızı rəngə boyadı. O rəngə ki, dövlətlərin şərəf rəmzi olan bayraqların bir çoxu öz rəngini məhz ondan almışdır.
Nə yazıqlar ki, bu məqamda o şərəf deyil, antişərəf rəmzi, bəşər vicdanına bir ləkə idi. İnsana güllə atmaq olmaz. (humanizm, xeyir ölübmü?), qadına güllə atmaq olmaz (şərin təntənəsidirmi?). Nəhayətdə uşağa (körpəyə) güllə atmaq olmaz (zülmün, haqsızlığın, varvarlığın, manqurtluğun son nöqtəsi budur, daha bundan o yanası yoxdur!!!…)
–Bəs kimə atılmışdı bu güllələr? Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər TÖKÜLƏN NAHAQ QANLARA SON QOYULSUN! üçün şərhlər bağlıdır
Azərbaycan! Qəlbi qan ağlayan, ürəyi parçalanan Vətənim! Dağlarına, daşlarına Koroğlu nərəli, Nəbi qeyrətli ər oğullarının əks-səda verən hayqırtısı hopmuş diyar! Torpaqların toxunulmazlığı, ərazilərin bütövlüyü uğrunda canlarından keçmiş minlərlə şəhid övladının narahat ruhlarının dolaşdığı məmləkət! Öz elində, obasında didərginlik həyatı yaşayan, qaniçən ermənilərin zülmünə məruz qalmış yurddaşlarımız! Yüzlərlə vətəndaşının dərdinə tab gətirərək əyilməyən, sınmayan məğrur, Vətənim!
25 ildir bu dərdə dözürsən! Övladların 25 ildir qaçqın, köçkün həyatını yaşamağa məhkum olub səbr edir. Bu gün dözümün, səbrin tükənən çağıdır. 25 ildir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur. Daha ətraflı »Teqlər: Digər
-
20İylƏdəbiyyat ÖMRÜN ÖTƏN İLLƏRİ üçün şərhlər bağlıdır
Texnik elmlər doktoru, professor Rasim Fərrux oğlu Axundovu neçə illərdir ki, tanıyıram. Hərdən müştərək elmi tədqiqatlar da aparmışıq. O həm gözəl alim, dost, həm də dəyərli bir nəslin yadigarıdır. Bu yaxınlarda Rasim müəllimin öz ailə üzvlərinin–valideynləri və bacı-qardaşlarının həyatına həsr etdiyi, “Keçmişə nəzər salanda…” kitabını oxudum.
Kitabın məndə buraxdığı təəssüratları əziz oxucularla bölüşməyi özümə borc bildim. Valideynlərini xatırlayaraq Rasim müəllim onların yüksək əxlaqi keyfiyyətlərindən söz açır. Övladlarına həmişə düzlük, xeyirxahlıq, fədakarlıq, səmimiyyət öyrətməyə çalışan bu insanlar, şübhəsiz, öz məqsədlərinə tamamilə nail olmuşlar.
Atası Fərrux Axundov ali təhsil almasa da, dövründə xalqının, vətəninin gələcəyi naminə böyük işlərə imzalar atmış ziyalılarımızdan olmuşdur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
20İylDigər “BALA KİRPİ”nin SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır
REDAKSİYAYA “HÜCUM”
“Bala Kirpi” “Yeni Tərtər” qəzetinin redaksiyasına gəldi. Gördü ki, hamının üz-gözündən zəhrimar yağır, baş redaktorun da səsi həmişəki kimi binanı “silkələyir”:
–A kişilər, belə də iş olar?! Biz “şapalaqla üz qızardıb”qəzet çıxardırıq, amma bəziləri elə bilir ki, kef çəkirik. Ordan Dövlət Əmlak Komitəsi üstümüzü kəsib ki, çıxın redaksiyanızın binasından, bu bina bizimdir və onu hərraca qoymuşuq. Başa da sala bilmirik ki, axı, bu bina redaksiyanın “dədə-baba” binası olub, sonra rayon statistika idarəsi bura sahib çıxıb. İndi yenə qayıtmışıq öz ocağımıza. Bə nə baş verdi ki, bina sizin oldu?
–Hətərən-pətərən danışmayın, çıxmalısınız, bina bizimdir, vəssəlam!
O biri yandan rayon sukanal idarəsinin rəisi Elnur Abbasov 6 aydan çoxdur ki, redaksiyanın qarşısına çəkilmiş suyu bağlatdı-rıb ki, sayğaca 270 manat, texniki şərt alınmasına 300 manat pul verməsəniz, suyunuz gəlməyəcək! Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər “XALTURŞİK”lərin özbaşınalığı üçün şərhlər bağlıdır
“Bala Kirpi” özünü zorla bu təhlükədən xilas edib, üz tutdu şəhərin küçələrinə. Hara baxdısa, gördü ki, yollarda maşın əlindən tərpənmək mümkün deyil. Elə bil bu rayonda “yol polisi” deyilən heç kim yoxdur. Kim nə cür istəyir, harda istəyir, lap yolun ortasında belə, maşınını park edir, saxlayır, heç bir yol hərəkəti qaydasını vecinə almır. Bu barədə söz deyənləri isə biabır edib, hörmətdən salırlar. Nə adam maşını sayır, nə maşın adamı, nə də maşın maşını. Deyən də yoxdur ki, a lotu, lisenziyan yoxdur olmasın, maşınını harda lazımdır orda saxla da, niyə qaydaları pozursan? Niyə hər an qəza şəraiti yaradırsan? Adamların üstünə niyə maşın sürürsən? Utanmırsanmı?!
Şəhərin bəzi küçələrində elə əvvəllər olduğu kimi, yenə də bir qarışıqlıq, bir basa-bas var ki, “it yiyəsini tanımır”. Marşrut mikro avtobusları və “1 manatlıq xalturşiklər” düz işıq-forun altında, döngənin üstündə dayanıb. “kliyent” gözləyirlər. Bunların ucbatından irəlidən, geridən gələn nə maşını görə bilirsən, nə də adamı. Kimdir işıqforu vecinə alan-–nə piyadalar, nə sürücülər, nə də “QAİ”şniklər.
“Bala Kirpi” suya düşmüş siçovul kimi əsə-əsə geri qayıtdı. Neyləyəydi ki?Qələmə aldı: Tofiq Yusif
Teqlər: Digər
-
20İylMilli-mənəvi dəyərlər Beynəlxalq Muzeylər Günü münasibəti ilə üçün şərhlər bağlıdır
RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN ZƏNGİN MƏKAN
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ölkəmizdə neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərindən indiyə qədər erməni işğalçıları tərəfindən qarət olunur və dağıdılır.
Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1982-ci ildə şəhər mədəniyyət evinin 1 kiçik otağında işə başlayıb. Müdiri Allahyar Musayev, işçisi Zəminə Kazımova olub. Onlar kəndbəkənd gəzərək qədim əşyaları toplayıb yığırdılar. Bir neçə ildən sonra isə muzey oradan köçürülüb, Tərtər Cümə Məscidinin 1-ci mərtəbəsində, 3 ildən sonra isə 2-ci mərtəbəsində fəaliyyətini davam etdirib. Uzun müddətdən sonra Tərtər şəhər Uşaq Musiqi Məktəbinin 1-ci mərtəbəsində 2 darısqal otaqda yerləşdirilib. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10İylDigər üçün şərhlər bağlıdır
Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
Yeni ismarıclar