Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,268
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Noy
    Kənd Təsərufatı Bağların barı gözəl… üçün şərhlər bağlıdır

    “Meyvəçilik, bağçılıq kənd təsərrüfatının gəlirli sahəsi olsa da, bu işlə məşğul olmağa qərar verən insandan ilk növbədə səbr, böyük zəhmət və innovativ üsullara üstünlük verilməsini tələb edir”. Bu sözləri “Tərtər-1” MMC-nin təsiscisi Muxtar Orucov söyləyib. O bildirib ki, müasir standartlara uyğun qurulan “Tərtər 1” MMC-nin ümumi əkin sahəsi 98 hektardır. Bu sahənin 75 hektarını xurma, 12 hektarını nektarin və 11 hektarını şaftalı təşkil edir. Bağların 49 hektarı isə yeni salınmışdır. Ümumilikdə, bağların salınmasına 3,8 milyon manat vəsait sərf edilib. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 14 nəfər daimi, 80 nəfər yerli sakin isə mövüsmi işlə təmin olunmuşdur.
    Müəssisədə su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması məqsədilə müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün 1,5 hektar sahədə tutumu 130 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir. Daha ətraflı »

  • 22Okt
    Kənd Təsərufatı Rayon rəhbəri “Tərtər 1” MMC-nin intensiv meyvə bağlarında xurma yığımına baxış keçirib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru Mehman Babayevlə birlikdə rayonda fəaliyyət göstərən “Tərtər 1” MMC-nin Seydimli kəndində salınmış xurma bağlarında olub.

    Rayon rəhbəri müəssisənin təsisçisi Muxtar Orucovla birlikdə xurma bağlarına baxış keçirib, məhsulun yığılması, saxlanılması və ixrac olunması barədə geniş fikir mübadiləsi aparıb.O dbildirilib ki, bugünə kimi 200 ton məhsul yığılaraq Rusiya bazarlarına ixrac olunub, mövsüm başa çatana qədər isə 2500 ton məhsulun yığılması nəzərdə tutulmuşdur.

    Baxış zamanı məlumat verilib ki, müasir standartlara uyğun qurulan “Tərtər 1” MMC-nin ümumi əkin sahəsi 98 hektardır. Bu sahənin 75 hektarını xurma, 12 hektarını nektarin və 11 hektarını şaftalı təşkil edir. Bağların 49 hektarı isə yeni salınmışdır. Ümumilikdə, bağların salınmasına 3,8 milyon manat vəsait sərf edilib. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 14 nəfər daimi, 80 nəfər  yerli sakin isə mövüsmi işlə təmin olunmuşdur. Daha ətraflı »

  • 06Okt
    Kənd Təsərufatı Tərtər rayonunda pambıq yığımına start verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prime Cotton MMC-nin Bərdə regional idarə etmə rəhbəri Amil Rəşidov və Tərtər filialının əməliyyat rəhbəri Vilayət Şairovla birlikdə rayon ərazisində pambıq yığımının başlanması ilə əlaqədar “Prime Cotton” MMC-nin Tərtər filialında olmuş, yığım prosesinə cəlb olunan kənd təsərrüfatı texnikalarının vəziyyəti və hazırlıq səviyyəsi ilə tanış olmuşdur.

    Daha sonra rayon rəhbəri Poladlı kəndində fermer Əliyev Vəliyyədin Əli oğlunun sahəsində pambıq yığımının gedişinə baxış keçirmiş, yığım prosesinin vaxtında və itkisiz təşkili ilə bağlı görülən tədbirlərlə tanış olmuşdur.

    İcra başçısı bildirib ki, pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması və müasir aqrotexniki tədbirlərin tətbiqi Tərtərdə kənd təsərrüfatının əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Pambıq yığımı dövründə texnikanın sahələrə vaxtında cəlb olunması, məhsulun itkisiz və keyfiyyətli şəkildə toplanması, fermerlərin qarşılaşa biləcəyi problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür. Daha ətraflı »

  • 06Avq
    Kənd Təsərufatı Ərzaq təhlükəsizliyinə töhfə üçün şərhlər bağlıdır

    Rayonumuzda qiymətli tərəvəz – kök becərilir

    “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda digər sahələrlə yanaşı tərəvəz istehsalının artırılması da nəzərdə tutulub.
    Hal-hazırda ölkə üzrə özümüzü tərəvəzlə 107 faiz təmin edirik və 214 min ton tərəvəz ixrac olunur.
    Tərtərli fermerlər də tərəvəz istehsalına öz töhfələrini verirlər. Son illərdə rayonda xüsusən kök istehsalına maraq artıb. Bu sahə rayonumuz üçün ənənəvi olmasa da, əldə olunan göstəricilərdən belə nəticə çıxarmaq olar ki, Tərtər torpağına atılan hər bir toxum qayğı və diqqətlə becəriləndə, əkinçini sevindirir.
    Tərəvəz əkini ilə məşğul olan fermerlərdən biri də Sarıcalı kəndindən İlqar Bəbişovdur. Onun öhdəsində ümumilikdə 45 hektar əkin sahəsi var. Bunun 17 hektarında kök əkir.
    Fermer deyir:
    – Kök ildə iki dəfə əkilir və yığılır. Onun becərilməsi zamanı əsas tələbat suyadır. Suvarma zamanı həm subartezian quyularından, həm də arxlarımızdan istifadə edirik.
    Təsərrüfatda suvarma damlama üsulu ilə aparılır, suya qənaət edilir. Becərmə işləri isə həm texnika vasitəsilə, həm də əllə görülür. Mövsümi işlər zamanı sahədə 50-60 nəfər çalışır.
    Fermer bildirdi ki, əkin üçün toxumu xaricdən gətirirlər, məhsuldar sortlardır, hektardan 45-50 sentner yüksək keyfiyyətli kök götürülür. Məhsul yığılıb yuyulduqdan sonra, kisələrə yığılır və Bakıya göndərilir. Tərtərdə istehsal olunan kök ölkə bazarlarında satılmaqla yanaşı, ixrac üçün nəzərdə tutulur.
    Rayon Statistika İdarəsinin verdiyi məlumata görə 2025-ci ildə rayonumuzda 39 hektarda kök əkilmiş təkrar əkinin məhsulu ilə birgə 1005,4 ton qiymətli tərəvəz toplanmışdır.
    2026-cı ildə ümumilikdə əkin sahəsi 103 hektardır, 50 hektarın məhsulu yığılıb və hələlik 739,5 ton kök satışa göndərilib.

    Svetlana BAĞIROVA

     

  • 31İyl
    Kənd Təsərufatı Pambığı “ağ qızıl” edən günəş, su, bir də əməkdir üçün şərhlər bağlıdır

    Tərtərli fermerlər bu hesaba pambıqçılıqda yüksək göstəricilərə nail olurlar

    Qarşıdakı beş il ərzində kənd təsərrüfatı sektorunda dinamik inkişafı nəzərdə tutan dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi Tərtər rayonunda da diqqət mərkəzindədir. Xüsusən pambıqçılar imkanlarını yenidən götür-qoy edir, cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyildiyi kimi, pambıq plantasiyalarında məhsuldarlığı 5 tona çatdırmağı planlaşdırırlar.

    Hüsənli kəndindən olan fermer Firuz Rzayevlə elə öz təsərrüfatında görüşüb söhbət etdik. “Yeni dövlət proqramı kənd təsərrüfatının bütün sahələrinin sürətli inkişafını nəzərdə tutur. Bu inkişafa əkin sahələrini genişləndirmədən yeni mütərəqqi texnologiyaları tətbiq etməklə nail olmalıyıq” – dedi. Fermer Firuz Rzayev onu da qeyd etdi ki, məhsuldarlığın artırılmasında qabaqcıl təcrübənin yayılması  böyük əhəmiyyət kəsb edir. Məsələn, eyni kənddə, qonşu torpaqlarda bir sahibkar hər hektardan 45-50, digəri isə 30-32 sentner pambıq götürür. Eyni toxum, su, gübrələr və dərmanlar, nəticələr isə müxtəlifdir.

    Pambıqçı bu məsələnin səbəbini belə izah etdi: Daha ətraflı »

  • 06İyl
    Kənd Təsərufatı Yeni Dövlət Proqramından irəli gələn vəzifələr yerinə yetirilir üçün şərhlər bağlıdır

    KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINDA YENİ DÖVR BAŞLAYIB

    İyunun 16-da Qarabağ iqtisadi rayonunda Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyir:
    –Hazırda proqramın icrası ilə bağlı rayonun aqrar sektorunda işləri daha da canlandırmaq məqsədilə tədbirlər həyata keçirilir. Bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artrılmasını, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsini nəzərdə tutur. Bununla əlaqədar yerlərdəki vəziyyəti və fermerlərin rəy və təkliflərini öyrənib gələcəkdə görüləcək işləri müəyyənləş-diririk.
    Müşavirədəki nitqində Prezident İlham Əliyev deyib: “İntensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun”.
    Qeyd edək ki, Tərtər rayonunda 2371,5 hektar meyvə və giləmeyvə bağları var. Bunlardan 824,9 hektarı intensiv, 1546,6 hektarı isə ənənəvi bağlardır. Bağların 49 hektarı yeni salınmışdır. Mövcud meyvə bağlarının 845,7 hektarı isə ixracat yönümlü xurma bağlarıdır.
    Rayondakı iri müəssisələrdən birinin– “Frutti Aqro” MMC-nin rəhbəri Zaur Əliyevin verdiyi məlumata görə, “Frutti Aqro” MMC-nin ümumi əkin sahəsi 315 hektardır və bu sahənin 175 hektarını xurma, 70 hektarını nektarin, 44 hektarını şaftalı, 16 hektarını əncir,10 hektarını isə ərik bağları təşkil edir. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 60 nəfər daimi, mövsüm zamanı isə 200 nəfər yerli sakin işlə təmin olunur. Burada müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün tutumu 200 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir. Daha ətraflı »

  • 03İyl
    Kənd Təsərufatı Tərtər: növbəti məqsəd yeni hədəflərə çatmaqdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə bölgələrdə zəruri tədbirlər həyata keçirilir, əmək ehtiyatları səfərbər edilir, görüləcək işlər müəyyənləşdirilir.

    Bu günlər ölkənin bütün bölgələrində olduğu kimi, Tərtərdə də diqqətçəkən canlanma hiss olunur. Tərtər havası təmiz, suyu saf, torpağı münbit, ən başlıcası isə, sakinləri əməksevər, zəhmətə, torpağa bağlı insanlardır. Ermənistan silahlı qüvvələrinin işğalçılıq niyyətlərinə qarşı mübarizədə əsl qəhramanlıq nümunəsi göstərərək düşmənə bir qarış torpaq da güzəşt etməmiş tərtərlilər bu gün əmək meydanında xarüqələr göstərir, ölkə iqtisadiyyatının güclənməsinə sanballı töhfələr verirlər. Təsadüfi deyil ki, Ermənistan faşistlərinin Tərtərə raket və artilleriya mərmilərini dolu kimi yağdırdığı ağır və gərgin günlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, tərtərlilərin fədakarlığını əsl qəhrəmanlıq kimi qiymətləndirmişdir.

    Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər coğrafi mövqeyi və strateji əhəmiyyət baxımından ölkənin vacib bölgələrindən biri kimi tanınır. Yüksək məhsuldarlığa malik torpaqları burada kənd təsərrüfatını dinamik inkişaf etdirmək üçün geniş imkan verir. Pambıqçılıq və taxılçılıq aqrar sektorun əsas sahələridir. Heyvandarlıq və baramaçılıq da inkişaf edən sahələrdəndir. Son illər həmçinin rayonda intensiv bağçılığa diqqət nəzərəçarpacaq dərəcədə artıb.

    30 illik işğal dövrünün ağrı-acısı şanlı zəfərlə başa çatdıqdan sonra Daha ətraflı »

  • 25İyn
    Kənd Təsərufatı Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib üçün şərhlər bağlıdır

    İyunun 24-də Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

    Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

    Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış Neftçala, Salyan, Biləsuvar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Goranboy, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Zərdab rayonlarından fermer və sahibkarlar iştirak ediblər.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, dövlət başçısının tapşırığına əsasən iyunun 12-dən başlayaraq 13 iqtisadi zona üzrə bu proqramın geniş müzakirələri aparılıb. Müzakirələrə ümumilikdə 4 min 565 nəfər qatılıb, aqrar sektorda fəaliyyət göstərən fermerlər və sahibkarlar Azərbaycan Respublikası Prezidentinin çağırışını dəstəklədiklərini bildirərək mühüm təşəbbüslərlə çıxış ediblər. Daha ətraflı »

  • 09İyn
    Kənd Təsərufatı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Seydimli və Hacıqərvənd kəndlərində barama istehsalının gedişi ilə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti məsul şəxslərlə birlikdə rayonda baramaçılığın inkişafı, həmçinin cari mövsümdə görülən işlərlə yaxından tanış olmaq məqsədilə Seydimli və Hacıqərvənd kəndlərində olub.

    Rayon rəhbəri Seydimli kəndində kümçü Əliyev Əmrah İsaxan oğlunun və Hacıqərvənd kəndində İsmayılov Atamoğlan İsrəfil oğlunun təsərrüfatlarına baş çəkərək, barama qurdlarının bəslənilməsi və saxlanılması vəziyyəti ilə maraqlanıb, yaradılmış mövcud şəraitlə yaxından tanış olub.

    Kümçülərlə söhbət zamanı icra başçısı vurğulayıb ki, möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən bu layihələr kənd yerlərində məşğulluğun artırılmasına xidmət edir. O qeyd edib ki, bu gəlirli sahə əhalinin maddi rifahının yüksəldilməsinə, ailə büdcələrinin genişlənməsinə və kənd təsərrüfatının potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    İcra başçısı təsərrüfat rəhbərlərinə barama qurdlarının bəslənilməsində aqrotexniki qaydalara ciddi əməl olunması, temperatur və rütubət rejiminin daim nəzarətdə saxlanılması barədə müvafiq tövsiyələrini verib. Bildirib ki, ipəkqurdlarının son inkişaf mərhələsində yemləmə prosesinə daha çox diqqət ayrılmalı və keyfiyyətli məhsul əldə etmək üçün mövcud imkanlardan maksimum səmərəli istifadə olunmalıdır. Tərtər baramasının hər zaman öz yüksək keyfiyyəti ilə seçildiyini xatırladan rayon rəhbəri kümçülərə cari mövsümdə bol məhsul və uğurlar arzulayıb.

    Görüşdə kümçülər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 09İyn
    Kənd Təsərufatı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı “Frutti Agro” MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda fəaliyyət göstərən “Frutti Agro” MMC-də olub. Daha ətraflı »