Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,519
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar
    Açılışlar, Digər Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir üçün şərhlər bağlıdır
    Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
    Ölkə başçısı bəyanatında bildirmişdir ki, Azərbaycan Gürcüstan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin qədim tarixi kökləri var. Müstəqillik dövrü də bu əlaqələr günbə gün dərinləşir, inkişaf edir.

    Daha ətraflı »

  • 30May
    Açılışlar “Böyük qayıdış”  prosesinə  start verilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.

    Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

    1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Daha ətraflı »

  • 18May
    Açılışlar DƏMİRÇİLƏR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    f8b4310cd0b7c5438b70735a95427d8dDSC_5448 (Копировать)Rayonumuzun Dəmirçilər kəndinə qaz çəkilişi başa çatmışdır. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, millət vəkili Rövnəq Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişlər.
    Rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Tunarə Məmmədzadə tədbiri açaraq sakinləri salamlamış, qonaqlara Qarabağın dilbər guşəsi olan döyüşən qəhrəman Tərtərə “Xoş gəlmişsiniz”,- demişdir. Kənd ağsaqqalı Fazil Rəhimov, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Ramidə Bəylərova sakinlər adından çıxış edərək kəndlərinin təbii qazla təmin olunmasına, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. Əksinə, Ağdərə rayonunun işğal altında olan bir neçə kəndini işğaldan azad ediblər. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Açılışlar KƏNDDAXİLİ YOLLAR TƏMİR OLUNARAQ SAKİNLƏRİN İSTİFADƏSİNƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Изображение 109DSC_3917 (Копировать)Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin kənddaxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir.
    Tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri böyük sevinclə qatılmışlar.
    Əvvəlcə Əskipara kənd ağsaqqalı Allahyar Allahverdiyev, Hüsənli kənd ağsaqqalı Yusif Ağayev, sakinlərdən Rəfail Kamalov, Şükür Həsənov və başqaları çıxış edərək yollarının təmir olunması ilə əlaqədar ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, əvvəllər kəndarası yolların vəziyyəti çox yarıtmaz idi. Şagirdlər bu yolla məktəbə çətinliklə gedirdilər. İndi isə təmirdən sonra yollarımız abad və rahatdır.
    Çıxış edən iş icraçısı İlqar Qasımov bildirmişdir ki, yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan yollar Hüsənli, Əskipara, Evoğlu kəndlərində 27 kilometr məsafəni əhatə edir. Yolun eni 5-8 metrdir, bəzi yerlərdə isə 10-15 metrə çatır. Daha ətraflı »

    Teqlər:

  • 27Apr
    Açılışlar İLXIÇILAR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    DSC_2236Изображение 216Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına İlxıçılar kəndi də əlavə olunub. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
    Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Elməddin Cəfərov, kənd ağsaqqalı Arif Hüseynov, sakinlərdən Namiq Rəcəbov, Elmira Hüseynova çıxış edərək regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi.
    Sonra Müstəqim Məmmədov ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı və kənd sakini Natiq Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.
    * * *
    Həmin gün İlxıçılar kəndində rayon rəhbərinin səyyar görüş-qəbulu da keçirildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29Mar
    Açılışlar SAROV KƏNDİNİN SAKİNLƏRİ İKİQAT BAYRAM SEVİNCİNİ YAŞADILAR üçün şərhlər bağlıdır

    Изображение 058Изображение 077Rayonumuzun kəndlərində quruculuq-abadlıq işləri ilə yanaşı qaz çəkilişi də sürətlə davam etdirilir. Bu günlərdə – xalqımızın əziz günlərindən olan Novruz bayramı ərəfəsində iri yaşayış məntəqələrindən biri olan Sarov kəndində də qaz açılışı ilə bağlı tədbir keçirildi. Mərasimə bütün kənd camaatı toplanmışdı.
    Sarov kənd icra nümayəndəsi Ramin Quliyev məlumat verərək bildirdi ki, nümayəndəliyimizin ərazisi beş kənddən – Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərindən ibarətdir. Bunların ən böyüyü olan Sarov kəndinə qaz çəkilib. Kənddə 297 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu gün mərasimə toplaşan insanların sevincinin həddi-hüdudu yoxdur.  Tədbirdə çıxış edən kənd ağsaqqalları Mənsim Allahverdiyev, Surxay Muradov rayon mərkəzində və eləcə də kəndlərimizdə aparılan quruculuq-abadlıq işlərindən ətraflı bəhs etdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Mar
    Açılışlar DAHA BİR YAŞAYIŞ MƏNTƏQƏSİ TƏBİİ QAZLA TƏMİN OLUNDU üçün şərhlər bağlıdır

    DSC_7582 (Копировать) (1)Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Bəyimsarov kəndi də əlavə olunub. 691 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 969 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Çıxış edən sakinlər bayram ərəfəsində kəndlərinə təbii qazın verilməsinə, regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 25Dek
    Açılışlar Qapanlıda həkim məntəqəsinin açılışı oldu üçün şərhlər bağlıdır

    Изображение 002DSC_3150(1)Ermənilərlə təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı kəndində müasir üslubda inşa olunmuş həkim məntəqəsinin açılışı oldu. Daha ətraflı »

    Teqlər:

  • 25Dek
    Açılışlar KƏNDLƏRİMİZƏ QAZ VERİLİR üçün şərhlər bağlıdır

    Изображение 114Изображение 05331 dekabr–Dünya Azərbaycanlı-larının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Köçərli kəndinə də mavi yanacaq verilib. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Açılışlar BORSUNLU KƏNDİNƏ DƏ QAZ ÇƏKİLDİ üçün şərhlər bağlıdır

    Изображение 096“Düşmənlə təmas xəttində yerləşən Borsunlu kəndində 1160 nəfər əhali yaşayır. Uzun illər yanacaq sarıdan çətinlik çəkən kənd sakinlərinin indi sevincinin həddi-hüdudu yoxdur. Çunki kəndə qaz çəkilmiş, evlərə hərarət, ocaqlara istilik gəlmişdir”. Daha ətraflı »

    Teqlər: