Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,242
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt
    Sosial Şəhidlərin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Gənclər və İdman İdarəsi və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər-Ağdərə rayonları üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində 4 yaş qrupu üzrə şagirdlər arasında şahmat idman növü üzrə turnir keçirilmişdir.
    Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
    Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Qarabağ Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Təhsil İşçiləri Həmkarlar Komitəsi rayon komitəsinin sədri Niyaməddin Aslanov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev çıxış edərək, Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd ediblər. Bildirilib ki, bu əlamətdar gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsidir. Çıxışçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərdən, 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsindən, Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulmasının vacibliyindən bəhs ediblər, Tərtər rayonunun sakinlərinin müharibə dövründə göstərdikləri dözüm və dəyanəti dilə gətiriblər.
    Sonra yarış iştirakçılarına uğurlar dilənərək, yarış açıq elan edilib. Turnirə 62 nəfər məktəbli qatılıb.
    Qaliblər YAP rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif ediliblər.

     

  • 07Okt
    Sosial 2026-cı il “Şəhərsalma və Memarlıq ili”dir üçün şərhlər bağlıdır

    Qəhrəman şəhərimizi təmiz saxlayaq!

    Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
    İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
    Tərtər şəhərində keçirilən iməcilik aksiyası çərçivəsində ətraf mühitin mühafizəsi vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmizlik işləri aparılıb.
    Aksiya zamanı qurumuş ağac yarpaqları, məişət tullantıları və alaq otları təmizlənib, toplanmış tullantılar xüsusi qaydada daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.
    Keçirilən iməcilik şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına, əhalidə təmizlik və ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edir.

     

  • 23Sen
    Sosial Rayon rəhbəri 27 Sentyabr – Anım Günü ərəfəsində şəhid anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edib üçün şərhlər bağlıdır

    27 Sentyabr–Anım Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov Hüsənli kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Taleh Arif oğlunun anası Zəminə Hüseynovanı 60 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

    Qeyd edək ki, Taleh Məmmədov 1999-cu il yanvarın 16-da rayonun Hüsənli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, sentyabrın 30-da düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.Taleh ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

     

  • 21Sen
    Sosial Tərtərdə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.

    Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib. Daha ətraflı »

  • 21Sen
    Sosial Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tərtər şəhərində vətəndaşları qəbul edib. üçün şərhlər bağlıdır

    Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

    Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarının sakinləri ilə görüşdə torpaq münasibətləri, qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi, şəhərsalma sənədləri və digər tikinti məsələləri ilə bağlı müraciətlərə baxılıb. Qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

     

  • 18Sen
    Sosial 16 sentyabr 2026-cı il tarixində YAP Tərtər rayon təşkilatında “Tərtər Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Musa Paşayev və kollektiv ilə səmimi çay süfrəsi ətrafında görüş keçirilib üçün şərhlər bağlıdır

    Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə gənclərin potensialının üzə çıxarılması, onların sağlam, vətənpərvər və savadlı kadr kimi yetişməsi üçün bütün zəruri şərait yaradılıb.

    Görüş zamanı Tərtər Gənclər evinin direktoru Musa Paşayev Gənclər evinin fəaliyyət istiqamətləri, gənclər üçün göstərilən sosial xidmətlər, həyata keçirilən layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər barədə fikirlərini bölüşüb.

    Həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili, onların ictimai fəallığının artırılması, maarifləndirici tədbirlərin və müxtəlif sosial layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

    Səmimi söhbət formatında keçirilən görüş zamanı iştirakçıların təklif və fikirləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

     Hörmətlə, YAP Tərtər Rayon Təşkilatı

     

  • 18Sen
    Sosial 20 Sentyabr – Azərbaycanda Dövlət Suverenliyi Günüdür üçün şərhlər bağlıdır

    Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biri olan 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasının tarixi-siyasi əhəmiyyətini özündə əks etdirir. Dövlət suverenliyi xalqın öz taleyini müəyyən etmək, ərazisi üzərində hakimiyyətini həyata keçirmək, dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək və milli maraqlarını qorumaq hüququnun əsas ifadəsidir.

    Uzun illər ərzində Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli ordunun formalaşdırılması, iqtisadi inkişafın təmin edilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Dövlətçilik ideologiyasının möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi ölkənin gələcək uğurları üçün möhkəm təməl yaratdı. Daha ətraflı »

  • 15Sen
    Sosial Tərtərdə yeni Dövlət Proqramının icrası ilə əlaqədar kənd təsərrüfatı və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirilib üçün şərhlər bağlıdır

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr Tərtər rayonunda da ardıcıl və məqsədyönlü şəkildə icra olunur.

    Bu çərçivədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Ziya Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə rayon sahibkarlarının təşəbbüsləri və sahələrdə görülən işlərlə yerində tanış olublar.

    Səfər çərçivəsində heyvandarlıq təsərrüfatına, süd emalı müəssisəsinə, intensiv xurma bağlarına, pambıq tarlasına, müasir tipli istixana kompleksinə və ərzaqlıq buğda istehsalının artırılması istiqamətində həyata keçirilən layihələrə baxış keçirilib. Daha ətraflı »

  • 14Sen
    Sosial Tərtərdə narkomanlığı doğuran səbəblər və onların qarşısının alınması ilə bağlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.11-ci bəndinin icrası ilə bağlı tədbir keçirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin,YAP rayon təşkilatının, rayon Polis şöbəsinin əməkdaşları, icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri,rayon mərkəzi xəstəxanasının həkimləri,digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, Tərtər Peşə Məktəbinin kollektivi və gənclər iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan  rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova narkomanlığı doğuran səbəb və şəraitin öyrənilməsinin, rayon üzrə mövcud vəziyyətin təhlil edilməsinin, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Bildirilib ki, narkomanlığa qarşı mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda əhali, xüsusilə yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işlərinin aparılması, sağlam həyat tərzinin təbliği və risk qruplarına aid şəxslərlə profilaktik işin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

    Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Pərişan Orucova çıxış edərək, rayonumuzda narkomanlığı doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi, aidiyyəti qurumlar arasında qarşılıqlı məlumat mübadiləsinin və əməkdaşlığın gücləndirilməsi, eləcə də narkomanlığın qarşısının alınmasına yönəlmiş tədbirlərin daha da genişləndirilməsi ilə bağlı danışıb.

    Tədbirdə YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, rayon Polis şöbəsinin İTB-nin YYÇPİTQ-nin inspektoru, polis baş leytenantı Sirac Əlizadə, İctimai Şuranın sədri,”Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, həkim-pediatr Hicran Rəhimli,Tərtər Peşə Məktəbinin direktor müavini Bəhruz Nəzərov,məktəbin psixoloqu Altunə Bayramova, müəllimləri Tacirə İlyasova,Qalalı Hüseynov və rayon icra hakimiyyətində könüllü Şahnaz Tanırverdiyeva çıxış ediblər. Çıxışçılar öz təklif və mülahizələrini bildiriblər.Verilən təkliflərlə bağlı müzakirələr aparılıb.

    Sonda Dövlət Proqramının 8.4.11-ci bəndindən irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlərin davam etdirilməsi qərara alınıb.

     

  • 14Sen
    Sosial İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qapanlı kəndində keçirilən səyyar qəbul görüşü zamanı Tərtər rayonunun Qapanlı kənd sakini Hüseynov Namiq Səfər oğlu müraciət edərək yaşadığı küçənin elektrik xətlərinin kabelləşdirilməsinə köməklik olunmasını xahiş edib.

    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Elektrik şəbəkəsi tərəfindən vətəndaşın yaşadığı küçənin elektrik dayaqları yenilənib, naqilləri isə SİP kabellə əvəzlənərək müraciəti təmin olunmuşdur.

    Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.