07Yan
Aşıq Yaşar Məhərrəmov 1978-ci ildə Kəlbəcər rayonunun Zəylik kəndində doğulub. Hələ uşaq yaşlarından aşıq sənətinə həvəsi olan Yaşar Məhərrəmov aşıqlar içərisində özünəməxsus ifa tərzi və zəngin repertuarı ilə seçilib. 200-ə yaxın saz havasını ifa edib. Unudulmaqda olan saz havalarına yenidən həyat verib. Aşıq Yaşar gənc olmasına baxmayaraq, artıq ustad aşıq kimi tanınırdı. O, həm də öz sənətini gənclərə böyük həvəslə öyrədirdi.Aşıq sənətindəki xidmətlərinə görə Azərbaycan Aşıqlar Birliyi tərəfindən təltif olunub.
Aşıq Yaşar ötən ilin dekabr ayında 47 yaşında vəfat etmişdir.
07Yan
Aşıq Yaşar Məhərrəmovun xatirəsinə
Təzə sevinirdi “qürbət” Kəlbəcər,
Canı söz Kəlbəcər, sənət Kəlbəcər.
Səni də itirdi cənnət Kəlbəcər,
Təbin bir də çətin qaynayar, daşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar.
|
Daha niskil dolu xatirən yaşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar. |
Sənət beşiyiydi əzəlin, binən,
Sərvət yatırıydı, doluydu sinən.
Daha dalğa-dalğa ucalan, enən,
Səsin nə zal görər, nə dağlar aşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar. |
Sənsiz kövrələcək söz, danışanda,
Təbiət dinəndə, yaz danışanda.
Aşıq sinəsində saz danışanda,
Gözlər hey dolanar, dillər hey çaşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar.
|
Şeir bal dadardı dil əzbərində,
Susdun, çox incilər batdı dərində.
Səni sevənlərin ürəklərində, |
Doğrultdun ustaddan xeyir-duanı,
El indi ruhuna deyir duanı.
Əziz xatirənə şeir duanı,
Hələ Talıb kimi çoxları qoşar,
Yerin cənnət olsun, ay aşıq Yaşar.
TALIB MƏMMƏDLİ
|
17Dek
“AĞDAM TARİXİNİN AYNASI”

Bu günlərdə həmkarımız, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlunun “Ağdam tarixinin aynası” adlı ktabı çapdan çıxıb. Kitab “Ağdam” qəzetinin 95 illik yubileyinə həsr olunub.
Baxşeyiş müəllimin çox gərgin zəhmətinin bəhrəsi olan bu kitab yalnız qəzetin 95 illik həyatının tarixi deyil, müəllifin dediyi kimi, rayonun özünün tarixinin aynasıdır.
Yubiley nəşrində vaxtilə Ağdamın redaktoru olmuş insanların hər birinin həyatı, fəaliyyəti, yaradıcılığı geniş işıqlandırılıb. Bu məqalələrdə eyni zamanda həmin illərin mənzərəsi, rayonun iqtisadiyyatı, mədəni yüksəlişi əksini tapıb. Baxşeyiş müəllim hər bir yazıda böyük məhəbbətlə uğrunda döyüşdüyü, sağlamlığını qurban verdiyi, yarışəhid, yarıqazi adı qazandığı Ağdam torpağından, onun cəfakeç insanlarından bəhs edir. Daha ətraflı »
Yeni ismarıclar