Ziya Təhməzov 1989-cu il noyabrın 6-da Tərtərdə doğulub. 2006-cı ildə şəhər 2 saylı məktəb-liseyi yaxşı qiymətlərlə bitirib və elə həmin il Odlar Yurdu Universitetinə qəbul olub. Lakin təhsil ödənişli olduğu üçün bir müddətdən sonra universitetdən çıxıb. 2007-ci ildə Mingəçevir Turizm Kollecinə daxil olub.
Bir il sonra həqiqi hərbi xidmətə yollanıb, 2009-cu ilin iyulunda ordudan təxris olunub və yarımçıq qalmış təhsilini davam etdirib. 2011-ci ildə kolleci bitirərək öz ixtisası üzrə çalışmağa başlayıb. Lakin Ziya başa düşürdü ki, sakit, rahat yaşaya bilmir. Ona görə yox ki, problemləri vardı. Ona görə ki, torpaqlarının 20 faizindən çoxu işğal altında olan bir ölkənin gənci olmağı qəbul edə bilmirdi. Həmin illər gənclərin əksəriyyəti Ziya kimi düşünür və hərb yolunu seçirdilər. Daha ətraflı »
-
11SenQazilərimiz Gənclərimizin vətən sevgisi-ölkəmizin sərvəti üçün şərhlər bağlıdır
-
11AvqQazilərimiz İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Tofiq Quluyevi ziyarət edib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədov və rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Quliyev Tofiq Musa oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin əlili Quliyev Tofiq Musa oğlu 1965-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olmuşdur, o birinci Qarabağ müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Ona dövlət tərəfindən III dərəcə əlillik təyin edilmiş, mənzil və avtomobillə təmin olunmuşdur.
Qarabağ müharibəsi əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
-
06AvqQazilərimiz Qazilərimiz üçün şərhlər bağlıdır
Müqəddəs borc
Bəzən bir insanın həyatı təkcə öz taleyi deyil, bütöv bir xalqın qürur salnaməsinə çevrilir. Vətənin keşiyində dayanmaq, onun uğrunda canını təhlükəyə atmaq böyük cəsarət tələb edir. Bu cəsarətin ən gözəl nümunələrindən biri də qazilərimizdir. Cəfərli Elvin Hafiz oğlu Azərbaycanın igid oğullarından biridir. O, 1998-ci il iyun ayının 5-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsillidir. Təhsilini başa vurduqdan sonra Vətənə xidmət etməyi özünə müqəddəs borc bilib. Vətən müharibəsi zamanı döyüşlərdə böyük şücaət göstərərək, torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub. O, 2016-cı ildən 2020-ci ilin 5 oktyabrına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında manqa komandiri vəzifəsində çalışıb. Müharibənin 10-cu günü, oktyabr ayının 5-də Suqovuşan istiqamətində yaralanıb.
Döyüşlər zamanı aldığı yaralara baxmayaraq, ruhdan düşməyən qazi bu gün də vətənpərvərliyi, iradəsi və mübarizliyi ilə hər kəsə nümunədir. Onun keçdiyi həyat yolu göstərir ki, əsl qəhrəmanlıq təkcə döyüş meydanında vuruşmaq deyil, həm də çətinliklər qarşısında sınmamaqdır.
Göstərdiyi igidliyə görə Cəfərli Elvin Hafiz oğlu “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Bu mükafatlar onun Vətən qarşısında göstərdiyi xidmətlərin dövlət tərəfindən yüksək qiymətləndirildiyini sübut edir.
Bu gün qazilərimiz xalqımızın qürur mənbəyidir. Onların şücaəti gələcək nəsillərə vətən sevgisi, birlik və fədakarlıq dərsi verir. Biz onların qəhrəmanlığını daim hörmətlə yad etməli, göstərdikləri şücaəti heç vaxt unutmamalıyıq. Çünki bu gün azad və qalib Azərbaycanda yaşayırıqsa, bunu şəhidlərimizə və qazilərimizin fədakarlığına borcluyuq.Əfşanə Əlizadə
Tərtər rayon İcra Hakimiyyətində
Könüllü, gənc jurnalist -
06İylQazilərimiz Qazilərimiz üçün şərhlər bağlıdır
CƏSARƏT NÜMUNƏSİ
Azərbaycan xalqı tarix boyu Vətənin müdafiəsi uğrunda canından və sağlamlığından keçən igid oğul və qızları ilə fəxr etmişdir. Bu qəhrəman insanlar arasında qazilər xüsusi yer tutur. Onlar Vətən uğrunda döyüşlərdə iştirak edərək sağlamlıqlarını qurban vermiş, lakin ruh yüksəkliyini və vətənpərvərlik hisslərini heç zaman itirməmişlər. Bu gün haqqında söhbət açdığımız qazi də məhz belə qəhrəmanlardan biridir.
Paşazadə Amid İlham oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunda anadan olmuşdur. O, ilk təhsilini Tərtər rayon Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində almış, məktəb illərində çalışqanlığı, intizamı və vətənpərvərliyi ilə seçilmişdir. Təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinin hərbi tibb məktəbinə daxil olmuş və seçdiyi ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirmişdir. Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Amid Paşazadə gizir rütbəsi hərbi feldşer ixtisası üzrə Naxçıvan Əlahiddə ümumqoşun ordusunun “N” saylı hərbi hissəsinə təyinatla göndərilmişdir. Naxçıvan Əlahiddə ümumqoşun ordusunda həmin ildən etibarən 5 il müxtəlif hərbi hissələrdə öz ixtisası üzrə xidmət etmişdir. O, hər zaman Vətənə xidmət etməyi özünün ən müqəddəs borcu hesab etmişdir. Daha ətraflı » -
13FevQazilərimiz İcra başçısı Vətən müharibəsi əlili Məhəmməd Əhmədovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, birlikdə Qaraağacı kəndində Vətən müharibəsi əlili Əhmədov Məhəmməd Mahir oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.Qeyd edək ki, Əhmədov Məhəmməd Mahir oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabr ayının 29-da Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı yaralanıb. Məhəmməd Əhmədova döyüşlərdə aldığı xəsarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Məhəmməd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Qazimiz dövlət tərəfindən mənzillə təmin edilməsi üçün Tərtər Rayon İcra Hakimiyyətində uçota alınıb.
Vətən müharibəsii əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər
-
18SenQazilərimiz XOŞBƏXT OL, ƏZİZ QƏHRƏMANIMIZ! üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin elçilik və nişan mərasimində iştirak edib. Hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideynlərinə gözaydınlığı verib. Sonra gənclərə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə tankçı kimi xidmət edib. Tər-xis olunmağına 3-4 gün qalmış Vətən müharibəsi başlayıb. Tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.
Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. -
13İynQazilərimiz Müharibə əlilinin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır
Hüseyn Süleymanlı 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror əməliyyatının iştirakçısıdır. O, 3-cü dərəcəli müharibə əlilidir. Hüseyn və onun döyüş yoldaşları elə bir nəslin nümayəndələridir ki, onların sayəsində torpaqlarımız işğaldan tamamilə azad edilib, suverenliyimiz tam bərpa olunub.
Bu günlərdə Hüseyn ailə həyatı qurub. Onun toy mərasimində ailə üzvləri ilə bərabər Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar iştirak ediblər.
Hər kəs cütlüyə xoş arzularını bildirib.
Göstərilən qayğıya görə təşəkkür edən Hüseyn Süleymanlı söyləyib ki, həyatda ən böyük xoşbəxtlik müstəqil və suveren bir ölkədə yaşamaqdır. Bir gənc olaraq bu müqəddəs missiyanın yerinə yetirilməsində onun da payı olduğu üçün özünü qürurlu hiss edir.“YENİ TƏRTƏR”
-
13İynQazilərimiz Rayon rəhbəri Vətən müharibəsi əlilinin övladlarının kiçik toy məclisində iştirak edib üçün şərhlər bağlıdır
Tərtər rayonunun Evoğlu kəndində üçüncü dərəcəli Vətən müharibəsi əlili Məhəbbət Niftalıyevin övladları Ömər və Əkbərin kiçik toy mərasimi keçirilib.
Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən müharibəsi qaziləri, veteranları, kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qazinin övladlarına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur.
Qeyd edək ki, üçüncü dərəcəli Vətən müharibəsi əlili Məhəbbət Niftalıyev Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Baş nazir Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. -
07FevQazilərimiz Vətən Müharibəsi iştirakçısının toy mərasimi keçirilib üçün şərhlər bağlıdır
Tərtərdə Vətən müharibəsi iştirakçısı Elməddin Məmmədovun toy mərasimi keçirilib.
Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar da iştirak ediblər.
Rayon rəhbəri toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Toy mərasimində dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqları, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqları və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyi vurğulanıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğu qeyd edilib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, həyat arzulayıblar.
Qeyd edək ki, Elməddin Məmmədov Talış, Suqovuşan və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Baş Nazir Əli Əsədovun sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışan icra başçısı Elməddinin öz Vətənini, torpaqlarımızın ərazi bü-tövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı da ailə başçısı olacağını bil-dirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib. -
07FevQazilərimiz Qayğı və diqqət həyata bağlılıq hissini artırır üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qazyan kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Məmmədov Camal Zeynal oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Camal Məmmədov Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə istiqamətində gedən döyüşlərə qatılmışdır. O, 1994-cü il yanvar ayının 8-də düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
Camal Məmmədova müharibə zamanı aldığı xə-sarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilmişdir.


Yeni ismarıclar