Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,960
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13Fev

    Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, birlikdə Qaraağacı kəndində Vətən müharibəsi əlili Əhmədov Məhəmməd Mahir oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

    Qeyd edək ki, Əhmədov Məhəmməd Mahir oğlu Vətən müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabr ayının 29-da Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər zamanı yaralanıb. Məhəmməd Əhmədova döyüşlərdə aldığı xəsarətlərə görə üçüncü dərəcəli əlillik təyin edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Məhəmməd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Qazimiz dövlət tərəfindən mənzillə təmin edilməsi üçün Tərtər Rayon İcra Hakimiyyətində uçota alınıb.

    Vətən müharibəsii əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər

     

    Müəllif: Redaktor, 09:01

İsmarıclar bağlıdır.