Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Bəyimsarov kəndində Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Məmmədli Tural Aqil oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Məmmədli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər rayonunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də doğulduğu Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.


Avqustun 4-ündə Aprel döyüşləri iştirakçısı, şəhid gizir Nicat İsgəndərovun 37 yaşı tamam oldu.
Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da İsmayılbəyli kəndində anadan olub. Valideynləri danışırlar ki, ürəkli, qorxmaz, boylu-buxunlu, ölümün gözünə dik baxan oğlanıydı.Vaxtilə kolxozda traktorçu, çilingər işləyən Faiq kişi övladlarını da zəhmətkeş böyütmüşdü. Oğlanları Elşən və Elçin uşaqlıqdan texnikaya maraq göstəriblər. Hər ikisi elə öz həyətlərində maşın təmiri ustası kimi çalışırdı. Onlar həm qardaş, həm də ayrılmaz dost, sirdaş idilər.
Bu sözləri şəhid Ceyhun Hacızadənin anası Qətibə xanım deyir. Ceyhungil ailədə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. O, ikinci övlad idi. Ceyhun valideynlərilə bərabər ailə qayğıları ilə yaşayırdı. Hər işdə anasının köməkçisiydi. Elə dostlarına, sinif yoldaşlarına da münasibətində yanımcıllıq, doğmalıq vardı.
Tarix kitablarında Birinci və İkinci Dünya müharibələri haqqında kifayət qədər məlumatlar vardır. Döyüşlərin başvermə səbəbləri, amilləri, döyüşdə iştirak edən hərbi və mülki qüvvələr, insan sayları və s. Bunların arasında hər zaman azyaşlı döyüşçülər haqqında yazılanlar diqqəti daha çox cəlb edir. Birinci Dünya müharibəsi ərəfəsində, 1915-1916-cı illərdə bir neçə dövlət (Böyük Britaniya, Fransa, Avstraliya, Yeni Zenlandiya və s., dənizdən də Rusiya imperiya qoşunları onlara dəstək verirdi) birləşərək o zamankı Osmanlı imperiyasına hücum etmişdi. Hər iki cəbhənin itkiləri saysız-hesabsız idi. Tarix bizə məlumat verir ki bu ağır döyüşlərə türklər tərəfindən hətta məktəblilər yollanırdılar, əlbəttə, könüllü olaraq. Çox kədərli bir faktı göstərmək olar ki, o zaman Türkiyədə tələbə və şagirdlər (13-17 yaşarası) o qədər kütləvi şəhid oldular ki, həmin illərdə bəzi məktəblər, məsələn, İstanbul, Bursa liseyləri heç bir nəfər də olsun məzun verə bilmədi.
Müharibə! Bəlkə də, bəşər övladının eşidə biləcəyi ən dəhşətli, ən qorxunc söz elə budur. Müharibə elə dağıdıcı bir gücə sahibdir ki, hətta qalib olanlar da illərlə onun ağır təsirindən çıxa bilmir. Can, mal itkisi ilə yanaşı, ruha dəyən mənəvi ziyanlar belə uzun illər unudulmur, unudula bilmir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Qapanlı kəndində şəhid Rüstəm Hacıyevin atası Firqani Hacıyevi 50 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun atası İsmayılov Kamil Əziz oğlunun 60 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Evoğlu kəndində şəhid Əhmədzadə Məftun Seymur oğlunun anası Əhmədova Pərvanə Qədir qızının 55 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.


Yeni ismarıclar