Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,030
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05May

    Şəhid ailələrinə qayğı
    diqqət mərkəzindədir

    Şəhidlər ölmürlər, onların həyatı əbədidir. Ancaq yaşları elə həmişəlik həmin anda qalır. I Qarabağ müharibəsi şəhidi Arif Muxtarov da xatirələrdə 19 yaşlı gənc kimi yaşayır.
    Bu günlərdə Arifin anası Sənubər xanım da haqq dünyasına qovuşub. Şəhid anasının yas mərasimində Tərtər rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Pərviz Hüseynov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Məhrumun ailəsinə dərin hüznlə başsağlığı verilib.

    *    *   *

    Qaradağlı kəndində isə rayon rəhbəri ictimaiyyət nümayəndələri ilə birlikdə I Qarabağ müharibəsi qazisi Elbrus Sadıqovun bacısı Qənifə Məmişovanın yas mərasimində iştirak edib. Ailə üzvləri həm çətin, həm də xoş günlərində onlarla birlikdə olan, qayğıları ilə maraqlanan və lazımi köməklik göstərən icra başcısına təşəkkürlərini bildiriblər.
     

    *    *   *

    Xalqımızın illərlə həsrətində olduğu Qələbə asan başa gəlməyib. Bu yolda şəhidlərimiz qan töküb, qazilərimiz sağlamlıqlarını itiriblər. İndi şəhid valideynləri işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işlərini diqqətlə izləyir və təsəlli tapırlar. Ona görə ki, həm igid oğullarımızın qisası alınıb, həm də məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qovuşa bilirlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov rayonun Köçərli kəndində Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərlinin atası Ramiz Ələkbərovu, Bəyimsarov kəndində I Qarabağ müharibəsi şəhidi Həbib Cəfərovun anası Solmaz Cəfəro-vanı, Kəngərli kəndində antiterror əməliyyatlarında şəhid olmuş Emin Abbaszadənin atası Faiq Abbaszadəni ziyarət edərkən bu ba-rədə ətraflı söhbət aparılıb. Həmçinin Solmaz Cəfərovanı 85, Ramiz Ələkbərovu 65 illik yubileyləri münasibəti ilə təbrik ediblər.
    Rayonumuzda Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələ-rinin və qazilərin sosial qay-ğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam etdirilir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.