Tərtər rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə 18 sentyabr-Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları birlikdə Üzeyir Hacıbəyova həsr olunmuş videoçarxa baxıblar.
Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev məruzə ilə çıxış edib. O, Milli Musiqi Gününün əhəmiyyətindən, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi sənətinin dünya miqyasında tanıdılmasında böyük rol oynayıb. Onun zəngin yaradıcılıq irsi bu gün də milli musiqi mədəniyyətimizin inkişafına mühüm töhfə verir.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektotunun baş məsləhətçisi Svetlana Əzizova, Tərtər rayon Uşaq Musiqi məktəbinin direktoru Mahir Qədimov, şəhər musiqi məktəbinin müəllimi Kərrar Bayramov milli musiqi və dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyov haqqında danışıblar. Çıxışlarda dahi bəstəkarın əsərlərinin gənc nəslin musiqi zövqünün formalaşmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin sonunda Üzeyir Hacıbəylinin ölməz əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında səsləndirilən əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının dosenti Kifayət Xudaverdiyevanın müəllifi olduğu “Azərbaycanın ziyalı xanımları” kitabı respublikamızın müxtəlif bölgələrində olduğu kimi, Tərtər rayonunda da maraqla qarşılanıb. Nəşrdə Azərbaycanın elmi, mədəni, siyasi və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyəti geniş şəkildə əks olunub. Kitabda Mehriban Əliyeva, Zərifə Əliyeva, Aida İmanquliyeva, Nərgiz Paşayeva, Leyla Əliyeva, Arzu Əliyeva, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, Zemfira Səfərova, Firəngiz Əlizadə, Bahar Muradova, Aynur Sofiyeva, Gülçöhrə Məmmədova, Mahirə Hüseynova, Telli Pənah qızı, Zülfiyyə Vəliyeva, Məhəbbət Paşayeva və digər tanınmış ziyalı xanımlar haqqında ensiklopedik məlumatlar təqdim olunub. Bunlar yalnız ensiklopedik məlumatlar deyil, Azərbaycan qadınının müdrik obrazının təcəssümü, bu günün və gələcəyin gəncləri üçün gözəl nümunədir. “Azərbaycanın ziyalı xanımları” kitabını oxuduqda aydın olur ki, qadınlarımız zərif olduqları qədər də güclüdürlər və əldə etdikləri uğurlarla Azərbaycanımızın inkişafına samballı töhfələr verirlər. Bu kitab həmçinin ziyalı xanımlarımızı beynəlxalq ictimaiyyətə tanıtmaqla ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə vermiş olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası şərəfli yol keçərək yetişdirdiyi görkəmli şəxsiyyətlər, dəyərli elm xadimləri ilə Azərbaycan elminin uğurlu inkişafında əvəzsiz rol oynayıb. Bu elm ocağı, eyni zamanda, dünya elminə sanballı töhfələr verməklə Azərbaycanın şöhrətini ucaldıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər. Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi.
Toğrul Hüseynli şəhər 1 saylı tam orta məktəbin VI sinif şagirdidir. Dərs əlaçısı olmaqla bərabər, gözəl əl qabiliyyəti var. Çəkdiyi rəsmlər rayon səviyyəsində təşkil olunan sərgilərdə nümayiş etdirilir və bəyənilir.
1 may 2024-cü il tarixdə Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bildirib: “Forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”.


Yuxarıda Allah, aşağıda Şuşanın timsalında vətən eşqi onlara bu işdə kömək oldu.
Yeni ismarıclar