Havalar imkan versə, çəkilən zəhmət hədər getməyəcək
Dünən döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərən tərtərlilər bu gün əmək cəbhəsində fərqlənirlər. Hər qarış torpaq uğrunda müqəddəs savaşda tarix yazan, ölümsaçan güllələr, raketlər, artilleriya mərmiləri başlarına dolu kimi yağsa da, bir addım geri çəkilməyən tərtərlilərin 44 günlük müharibədə yaşadıqları hər gün gerçək bir qəhrəmanlıq dastanı idi.
Zəfərlə sonuclanan döyüşlərdə Ermənistan silahlı qüvvələri Tərtər şəhərinə və rayonun kəndlərinə minlərlə raket və artilleriya mərmisi atmış, nəticədə çox sayda yaşayış evləri, sosial obyektlər dağılmış, mülki insanlar həlak olmuş, rayon iqtisadiyyatına böyük həcmdə ziyan dəymişdir. O gərgin günlərdə Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Tərtərə səfər etmiş, vəziyyətlə yerində tanış olmuş, evləri dağılan ailələrlə görüşüb zəruri tədbirlər görmüşlər. Çətin, ağrı-acılı, eyni zamanda qürurverici günlər idi.
Yaylım atəşi kimi səslənən Qələbə nidasından bizi 5 il ayırır. İndi sarsılmaz xalq-dövlət birliyinin hədəfi müharibənin vurduğu yaraları sağaltmaq, ölkəmizin iqtisadi qüdrətini daha da artırmaq, insanların güzəranını yaxşılaşdırmaq, firavanlığını təmin etməkdir. Tərtərlilər canları, qanları bahasına qoruduqları torpaqları bu gün könül rahatlığı ilə əkib-becərirlər. Dövlətin ənənəvi kənd təsərrüfatı sahələrinin, o sıradan pambıqçılığın inkişafına dəstəyi Tərtər kəndlisinə də stimul verib. Son illər rayonun təsərrüfatlarında pambıqçılıq sahəsində böyük uğurlara imza atılır, yüksək məhsuldarlığa nail olunur.
Bu günlər rayonun təsərrüfatlarında məhsul yığımının qızğın çağıdır. Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün 2.668 hektara çiyid səpilib. Becərmə zamanı aqrotexniki qaydalara ciddi əməl olunmasının nəticəsidir ki, tarlalar bəyaz libasa bürünüb. Böyük zəhmət bahasına yetişdirilmiş məhsulun tez və itkisiz yığılıb təhvil verilməsi üçün əmək ehtiyatları və texniki vasitələr səfərbər edilib. Məhsul yığımında texnikanın imkanlarından maksimum istifadə olunur. Habil İbrahimovun, Vidadi Vəliyevin, Sənan Qurbanovun, Firuz Rzayevin, Vaqif Balakişiyevin, Suliddin Ələkbərovun, Fazil Vəliyevin rəhbərlik etdikləri təsərrüfatlar yığımda daha çox fərqlənirlər. Bir çox fermerlərin nəticələri yüksəkdir – hər hektardan orta məhsuldarlıq 50-55 sentner! Daha ətraflı »


Hətəm Əsgərov Tərtərin Kəngərli kəndindəndir. Bir əsrdən çox ömür yaşayıb. Elə indinin özündə də yaxşı hafizəsi var, çox gümrahdır. Hətəm kişi həm də maraqlı həmsöhbətdir. Gözünü açandan torpaqla ünsiyyətdədir. Elə sözü-söhbəti də bu barədədir–aqrar sahənin keçmişindən, bugünündən, gələcəyindən:
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.3.6. bəndinə uyğun olaraq Tərtər rayonunda qış otlaq sahələrinin su təmina-tı sistemlərinin təkmilləşdirilməsi və qış otlaqlarında fəaliyyət göstərən heyvandarlıq təsərrüfatlarının tələbatına uyğunlaşdırılması məqsədilə tədbir keçirilib.
Ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib.
Teyyub kişi pambıq sahəsinə çatanda, səhər saat 6 olardı.Uzun illərdi ki, o, belə adət etmişdi. Əslində səhər saatlarında başlanılması elə bir iş də yox idi. Hər şey qaydasındaydı. Bitiş yaxşı alınmışdı. Körpə bitkilər sıra ilə düzülərək ürəkaçan qəribə bir mənzərə yaratmışdı. Teyyub kişi başını qaldırıb göyün üzünə baxdı. Qara buludlar yağış yağacağından xəbər verirdi.

44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbə və 24 saatdan da az davam edən antiterror tədbirlərindən sonra Tərtər rayonunun da tarixində yeni dövr başladı. İllərdir düşmənlə üz-üzə dayanan, nankor qonşuların hər cür əməllərinə mərdliklə sinə gərən tərtərlilər, nəhayət ki, rahat nəfəs aldılar.
Yeni ismarıclar