Ötən il Tərtər rayonunda 9,3 ton barama istehsal edilib.
Bu il isə 11,2 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 280 qutu baramaqurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndində baramaqurdlarının bəslənilməsi vəziyyəti ilə maraqlanıb. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri kümçülərə müvafiq tapşırıq və tövsiyələr verib.