Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,929
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Yan
    Xəbərlər ŞƏHİD VƏ QAZİ ÖVLADLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin başlanması münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Niyaməddin Aslanov, şəhid və qazi ailələrinin üzvləri və uşaqlar iştirak ediblər.
    Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sü-kutla yad olunub.
    Çıxışında icra başçısı Müstəqim Məmmədov iştirakçıları bayram münasibətilə təbrik edərək, şəhid və qazi övladlarına səmimi arzularını çatdırıb. Qeyd olunub ki, tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin əmanəti olan övladlara və sağlamlıqlarını qurban vermiş qazilərimizin balalarına diqqət və qayğı göstərmək, onlara sevinc bəxş etməkdir.
    Vurğulanıb ki, şəhidlərin qəhrəmanlığı və qazilərin şücaəti Azərbaycan tarixinin ən şərəfli səhifələrini təşkil edir, onların övladları isə dövlətimizin gələcəyi və qürur mənbəyidir. Bildirilib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə şəhid ailələri və qazilərin sosial müdafiəsinə yönəlmiş tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilir.
    Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Niyaməddin Aslanov və Vətən müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasov çıxış edərək uşaqları hər iki bayram münasibətilə təbrik ediblər.
    Tədbir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şəhid və qazi övladları üçün hazırladığı konsert proqramı ilə davam etdirilib. Uşaqlara Yeni il hədiyyələri təqdim olunub, Şax-ta Baba və Qar Qızın iştirakı ilə yolka ətrafında əyləncəli proqram keçirilib.

     

  • 07Yan
    Xəbərlər DİN-in Polis Akademiyasında təhsil almaq istəyənlərin nəzərinə! üçün şərhlər bağlıdır

    2026-2027-ci tədris ilində DİN-in Polis Akademiyasında təhsil almaq arzusunda olan tam orta təhsil məktəblərinin buraxılış siniflə-rində oxuyan və ya tam orta təhsilli, 16-yaşdan 18 yaşadək ( cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) mülki gənclər sırasından namizədlərin müvafiq forma üzrə ərizələrinin 2025-ci ilin dekabr ayının 15-dən, 2026-cı ilin fevral ayının 22-dək Tərtər RPŞ-nin inzibati binasında hər gün ( bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək təqdim etmək olar.
    Əlaqə telefonları: 022- 23-3-30-34, 050-451-77-99.

  • 17Dek
    Xəbərlər AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ üçün şərhlər bağlıdır

    ÖLKƏNİN TALEYİNDƏ DÖNÜŞ YARADAN TARİXİ ŞƏXSİYYƏT

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Qədir Babayev, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri öz kollektivləri ilə iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə foyedə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olublar. Anım mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Ön-dərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr olunan film nümayiş etdirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, siyasi rəhbərliyi və uzaqgörənliyi ilə ölkənin taleyində dönüş yaradan tarixi şəxsiyyətdir.
    Rayon rəhbəri qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan həm sovet hakimiyyəti illərində, həm də müstəqilliyin ağır və məsuliyyətli mərhələlərində böyük sınaqlardan uğurla çıxıb. Onun siyasi iradəsi, xalqına olan sevgisi və qətiyyətli addımları sayəsində ölkəmiz dağılmaq təhlükəsindən xilas olub, sabitlik və inkişaf yoluna qədəm qoyub.
    Müstəqim Məmmədov çıxışında xüsusi olaraq Tərtər rayonuna göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Heydər Əliyev Tərtəri daim strateji əhəmiyyətə malik bölgə kimi qiymətləndirib, burada sənaye, kənd təsərrüfatı, sosial infrastrukturun inkişafı üçün mühüm layihələr həyata keçirilib.
    Başçı əlavə edib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası, Qarabağın dirçəldilməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi bu xəttin uğurunun ən böyük sübutudur.
    Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edib, QMİ-nin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Ulu Öndərin və şəhidlərin ruhuna dualar oxuyub.

     

     

  • 17Dek
    Xəbərlər Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib üçün şərhlər bağlıdır

    Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin rəisi Qədir Babayev, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Ca-hangirov, şəhid ailələri, qazilər, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimai birliklərin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda abidəsi önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasi xadimin əziz xatirəsi ehtiramla yad edilib.

     

  • 27Noy
    Xəbərlər Tərtərdə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi  Zəngəzur regional bölməsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Dini  məsələlər şöbəsinin müdiri Cahangir Əlifzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi  Zəngəzur regional bölməsinin müdir vəzifəsini icra edən, tədbirin moderatoru Pərviz Eyvazov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi-Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Daha ətraflı »

  • 24Noy
    Xəbərlər Tərtərdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilib.

    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva, Milli Məclisin Deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov,  YAP Mərkəzi Aparatının Şərqi Zəngəzur və Qarabağ  iqtisadi rayonları üzrə kuratoru Elmar Məmmədov, Vətən Müharibəsi iştirakçıları,  9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və “DOST MMC”-nin işçiləri iştirak ediblər.

    Aksiya çərçivəsində ərazidə 200 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq  davam etdiriləcəyini qeyd edib.

     

  • 24Noy
    Xəbərlər “Konstitusiya və Suverenlik İli-2025“:“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir ” üçün şərhlər bağlıdır

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində  Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir” başlığı altında tədbir keçirilib.

    Tədbirdə rayon icra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva, Milli Məclisin Deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, YAP Mərkəzi Aparatının Şərqi  Zəngəzur və Qarabağ  iqtisadi rayonları üzrə kuratoru Elmar Məmmədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 19Noy
    Xəbərlər Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib üçün şərhlər bağlıdır

     

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   Dövlət Rəmzləri Muzeyində Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbir iştirakçıları muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar ilə tanış olublar. Daha ətraflı »

  • 19Noy
    Xəbərlər 500-dən artıq sakinə texniki su xətti çəkilib üçün şərhlər bağlıdır

    Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakinə texniki su xətti çəkilib.
    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
    Mərasimdə çıxış edənlər bu layihənin Zəfərin beçinci ildönümü kimi əlamətdar bir tarixə təsadüf etməsindən böyük qürur duyduğunu bildirib, Vətən müharibəsində qazanılan qələbənin ruhuna uyğun olaraq, bölgələrimizin və yaşayış məntəqələrimizin sosial-iqtisadiinkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd edilib ki, istismara verilən bu yeni su xətti 100-dən çox ailənin təmiz və fasiləsiz su təminatı ilə bağlı problemini həll edir. Onlar “Böyük Qayıdış” siyasətinin yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, bütün regionlarda həyata keçirilməsinin bariz nümunəsidir deyə kənd sakinlərini su çəkilişi münasibətilə təbrik ediblər, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
    Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

     

  • 07Noy
    Xəbərlər Tərtərdə Konstitusiya və Suverenlik İli çərçivəsində “Şanlı Zəfər tariximiz” adlı ümumrayon tədbiri keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin 5-ci ildönümünə  həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, qazilər, müharibə veteranları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Sonra Mədəniyyət Mərkəzinin foyesində ümumtəhsil məktəblərinin şagirdərinin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar. Daha ətraflı »