Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,272
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Noy
    Digər “Azərbaycan Respublikasının Konstitusiyası Günü” üçün şərhlər bağlıdır

    İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır;

    – Ölkənin konstitusiya quruluşunun tarixi.1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib;

    – 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

    Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrdə); Daha ətraflı »

  • 11Noy
    Digər Bayrağımız qürur mənbəyimiz, dövlətçiliyimizin rəmzidir üçün şərhlər bağlıdır

     Hər bir xalqın milli kimliyini, dövlətçilik ənənələrini, tarixi keçmişini və müstəqillik arzularını özündə təcəssüm etdirən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız bu dəyərlərin ən uca ifadəsidir. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız milli qürurumuzun, azadlığımızın, dövlət müstəqilliyimizin və gələcəyə inamımızın rəmzidir. Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü böyük ehtiram və fəxarət hissi ilə qeyd olunur.

    Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən üçrəngli Dövlət Bayrağı qəbul edilmişdir. Bu qərar xalqımızın müstəqil dövlət qurmaq iradəsinin, milli özünüdərkinin və azadlıq mübarizəsinin parlaq təzahürü idi. Bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratik inkişafı, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir. Daha ətraflı »

  • 11Noy
    Digər 8 Noyabr – Zəfər Günü üçün şərhlər bağlıdır

    “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

    Azərbaycan Respublikasının Prezidenti,

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev

    1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur;

    Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur;

    İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün işğal dövrü ərzində dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub; Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı;

    Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı; Daha ətraflı »

  • 11Noy
    Digər Müstəqilliyimizin, Suverenliyimizin və Milli Qürurumuzun Zirvəsi: 9 Noyabr – Dövlət Bayrağı Günü üçün şərhlər bağlıdır

    Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq bu müqəddəs gün ölkə üzrə qeyri-iş günü olan bayramlar siyahısındadır.

    Üçrəngli bayrağımızın şanlı tarixi Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda, Nazirlər Şurasının binasında keçirilən iclasda ilk dəfə qəbul edilən və 1920-ci ilin aprelinədək dövlət statusunu qoruyan bu rəmz milli istiqlal ideologiyamızın təməlini təşkil edir. Görkəmli mütəfəkkir Əli Bəy Hüseynzadənin müəllifi olduğu “Türkçülük, müasirlik və islamçılıq” düsturunu əks etdirən mavi, qırmızı və yaşıl rəngli bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin təcəssümüdür.

    Milli dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq ilk dəfə rəsmi olaraq Naxçıvanın Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Hələ Sovet rejiminin mövcud olduğu bir dövrdə qəbul edilən bu cəsarətli qərar bütün Azərbaycanda müstəqillik hərəkatına güclü təkan vermiş, Naxçıvan MR Ali Məclisinin vəsatəti əsasında 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu ölkənin rəsmi rəmzi elan etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə isə Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi öz dövlət rəmzlərini tam bərpa etmişdir. Daha ətraflı »

  • 06Noy
    Digər 8 Noyabr – Şuşa şəhəri günü üçün şərhlər bağlıdır

    Əziz Şuşa, sən azadsan!
    Əziz Şuşa, biz qayıtmışıq!
    Əziz Şuşa, biz səni dirçəldəcəyik!
    Şuşa bizimdir! Qarabağ bizimdir!
    Qarabağ Azərbaycandır!

    Azərbaycan Prezidenti,
    Müzəffər Ali Baş Komandan İlham Əliyev. Daha ətraflı »

  • 04Noy
    Digər Şuşa – Azərbaycanın tarixi Zəfərinin, milli qürurunun və dirçəlişinin rəmzi üçün şərhlər bağlıdır

    2020-ci il noyabrın 8-də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu böyük fəxarət və qürur hissi ilə bəyan etdi. Dövlətimizin başçısının səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi bəyanat təkcə bir şəhərin azad edilməsinin deyil, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, milli iradənin və sarsılmaz birliyin təntənəsi idi.

    Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin həlledici hadisələrindən biri olmaqla, Azərbaycan Ordusunun gücünü, qəhrəmanlığını və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgər və zabitlərinin misilsiz şücaəti nəticəsində xalqımız uzun illər həsrətində olduğu tarixi torpağına qovuşdu. Dövlətimizin başçısının ata vəsiyyətini yerinə yetirməsi, Şuşanın azadlığına nail olması xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının tarixi ədalətə olan inamı və dövlətimizin qüdrəti bir daha təsdiq edildi. Daha ətraflı »

  • 04Noy
    Digər 8 Noyabr – Şuşanın azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsidir üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli qürurun, yenilməz iradənin və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə möhtəşəm tarixlərdəndir. Bu gün Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni, Şuşa şəhərinin işğaldan azad edilməsini və dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi böyük uğuru özündə təcəssüm etdirir. Şuşa Azərbaycanın milli-mənəvi varlığının, mədəniyyətinin, incəsənətinin və tarixi yaddaşının ayrılmaz hissəsidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının, memarlığının və ədəbi mühitinin inkişafına misilsiz töhfələr verib. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır faciə kimi qaldı. Şəhərin işğalı nəticəsində tarixi-mədəni abidələrimiz dağıdıldı, milli sərvətlərimiz talan edildi, yüzlərlə ailə öz doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Lakin bütün bu illər ərzində Azərbaycan xalqı Şuşaya qayıdacağına, tarixi ədalətin bərpa olunacağına inamını itirmədi. Bu inamı gerçəkliyə çevirən isə Azərbaycan dövlətinin qətiyyətli siyasəti, güclü ordusu və xalqımızın sarsılmaz birliyi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Daha ətraflı »

  • 29Okt
    Digər Azərbaycanın Sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq üçün şərhlər bağlıdır

       2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətinə, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın vacibliyinə, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun artmasına dair mühüm fikirlər səsləndirib. Dövlət başçısının çıxışı müasir dünyada sivilizasiyalar arasında anlaşmanın gücləndirilməsi və qlobal problemlərin dialoq yolu ilə həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

    Prezident İlham Əliyev vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün ən səmərəli beynəlxalq platformalardan birinə çevrilib. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları və fərqli mədəniyyətləri təmsil edən insanları bir araya gətirərək qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir. VII Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını və qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Daha ətraflı »

  • 29Okt
    Digər Ortaq gələcək naminə dialoq və əməkdaşlıq üçün şərhlər bağlıdır

    Müasir dünyada sülhün qorunması, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, dini və mədəni müxtəlifliyin düzgün dəyərləndirilməsi bəşəriyyət qarşısında dayanan mühüm vəzifələrdəndir. Müharibələrin, siyasi qarşıdurmaların, ayrı-seçkiliyin və qarşılıqlı anlaşılmazlığın artdığı bir şəraitdə dialoqun əhəmiyyəti daha da yüksəlir. Belə bir zamanda müxtəlif sivilizasiyaların nümayəndələrini bir araya gətirən beynəlxalq platformaların fəaliyyəti xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı da məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr edilən forum Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi, mədəniyyətlər arasında körpülərin qurulması və qlobal problemlərin müzakirəsi istiqamətində həyata keçirdiyi siyasətin növbəti təzahürüdür. Prezident İlham Əliyev çıxışında ölkəmizin multikulturalizm ənənələrini, milli birliyin əhəmiyyətini, beynəlxalq hüquqa hörmətin vacibliyini, münaqişələrin həlli və davamlı sülhün təmin olunması məsələlərini geniş şəkildə diqqətə çatdırmışdır. Azərbaycanın coğrafi mövqeyi tarixən onu Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkanlardan birinə çevirib. Əsrlər boyunca müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri bu torpaqda yaşayıb, öz ənənələrini qoruyub və ümumi ictimai həyatın inkişafına töhfə veriblər. Bu tarixi təcrübə müasir Azərbaycan cəmiyyətinin mənəvi zənginliyinin əsas mənbələrindən biridir. Daha ətraflı »

  • 29Okt
    Digər Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur üçün şərhlər bağlıdır

    Ən azından biz məsələyə belə yanaşırıq. Bundan əlavə, sizdə daha dolğun təsəvvür yaratmaq üçün onu da demək istəyirəm ki, Azərbaycanda bu 35 il ərzində əldə olunan bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan, geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğurlara doğru yol keçmişik;

    Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir.Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçı, 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonağımız var. Əslində bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Çünki ənənəvi olaraq, biz forumlarda qlobal gündəlikdə duran təxirəsalınmaz məsələlər haqqında danışırıq. Bizim təşəbbüsümüzlə hələ 2011-ci ildə təşkil olunmuş ilk forumu çox yaxşı xatırlayıram. Biz həmin təşəbbüsə dəstək vermiş, həmçinin bu illər ərzində bizimlə olmuş tərəfdaşlarımıza və ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansına çox minnətdarıq. Həmin vaxtdan etibarən xeyli dəyişikliklər baş vermişdir.Təbii ki, iki ildən bir keçirilən hər Forum zamanı biz hamımızı narahat edən məsələlər haqqında söhbət edirik. Əlbəttə, mədəniyyətlərarası və dinlərarası münasibətlərə aid məsələlər gündəliyimizdə birinci yer tutur. Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə Daha ətraflı »