Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,873
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

    Şəhərimizin Cavanşir küçəsində elektrik dirəkləri və naqilləri yenisi ilə əvəz olunur

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Regionlarda həyata keçirilən sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
    Hazırda Tərtər şəhərinin Cavanşir küçəsində təmir işləri aparılır. Təmir aparılan küçədə səkilərdəki köhnə bardyorlar sökülərək yenisi ilə əvəz olunur, səkilər asfalt örtüyü qoyulması üçün hazır vəziyyətə gətirilir, kommunikasiya, telefon xətləri səliqəyə salınır, ərazidən keçən 0,4 kv-luq və yüksək gərginlikli elektrik xətlərinin dirəkləri və naqilləri yenisi ilə əvəz olunaraq yolun kənarına çəkilir, ağaclar budanır, təmizlik işləri aparılır.
    44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra şəhərimizdən keçən qonaqların sayı çoxalıb. Vaxtıilə həsrətlə baxdığımız Tərtə-Kəlbəcər yolu ilə o torpaqlara üz tutan insanlar Tərtərdə görülən işləri ürəkdən alqışlayırlar.
    Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan təmir işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.