Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,233
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen
    Təhsil Rayon rəhbəri Seydimli kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə 343 şagirdin təhsil aldığı Seydimli kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə tədris və təlim-tərbiyə prosesinin təşkili, maddi-texniki baza və yaradılmış şəraitlə bağlı rayon rəhbərinə məlumat verilib. İcra başçısı məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Rayon rəhbəri tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə müvafiq tövsiyələr verib, şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsinin, valideynlərlə əlaqələrin gücləndirilməsinin, valideyn komitələrinin bu işə cəlb olunmasının vacibliyini qeyd edib. Eyni zamanda gündəlik sanitar-gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb. Daha ətraflı »

  • 16Sen
    Təhsil Tərtər Rayon İcra Hakimiyyətinin başçısı “Bilik Günü” münasibətilə ümumtəhsil məktəblərində olub, şəhid övladları ilə görüşüb üçün şərhlər bağlıdır

    Sentyabrın 15-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və şəhid ailələri ilə birlikdə “Bilik Günü” münasibətilə Tərtər şəhər 2 nömrəli məktəb-liseydə, 1, 3, 5, 6 nömrəli və Dəmirçilər kənd tam orta ümumtəhsil məktəblərində olublar.

    Yeni dərs ilinin başlanması münasibətilə keçirilən təntənəli tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirlərdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni tədris ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib, onlara yeni dərs ilində böyük müvəffəqiyyətlər arzulayıb. Daha ətraflı »

  • 11Sen
    Təhsil Təbrik edirik! üçün şərhlər bağlıdır

    Bir ailənin iki övladı tələbə oldu

    Şəhər 1 saylı tam orta məktəbin məzunları – bacı-qardaş Şahruq və Rüstəm Babayevlər eyni vaxtda tələbə adını qazanıblar.
    Şahruq Azərbaycan Tibb Universitetinə, Rüstəm isə Azərbaycan Dillər Universitetinə qəbul olub.
    Bu barədə Rüstəm deyir:
    –Bu günlərdə ailəmiz ikiqat sevinc hisslərini yaşayır. Arzumuza çatmaq üçün bacım da, mən də çox çalışdıq. Bu il ali məktəblərə qəbul ola bilməyən gənclərə onu demək istəyirəm ki, əsas yolu keçdikdən sonra hər şey o qədər də çətin gəlmir. Sadəcə lazım olan səbr, əzm və məsuliyyət göstərmək, çox çalışmaq lazımdır. Hər kəsə uğurlar arzu edir və demək istəyirəm ki, heç vaxt məqsədinizdən əl çəkməyin. İstəyən bacarar.
    Rüstəm gələcək magistr təhsilini Böyük Britaniyada almaq istəyir.
    Şahrur isə bildirdi ki, Azərbaycan Tibb Universitetinə daxil olmaq onun uşaqlıq arzusudur və bəlkə də ən böyükdiləyidir. O, bu arzusunu həyata keçirdiyi üçün çox xoşbəxtdir.
    Tələbə qız bu yolda onu dəstəkləyən valideynlərinə və əziyyət çəkən müəllimlərinə təşəkkürünü bildirdi.
    Biz isə “Yeni Tərtər” olaraq tələbə adını qazanmış bütün gəncləri ürəkdən təbrik edir, daha böyük zirvələr fəth etməyi, Azərbaycanın layiqli vətəndaş-ları olmalarını arzulayırıq.

    “Yeni Tərtər”

  • 08Sen
    Təhsil Tərtər Rayon İcra Hakimiyyətində 2026-cı ildə tələbə adını qazanmış gənclərlə görüş keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində 2026-cı ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, rayon Məhkəməsinin sədri Tahir Qubadov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, rayon Ağsaqqallar şurasınını sədri Faiq Məmmədov, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.

    Görüşdən öncə tədbir iştirakçıları şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

    Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. Daha ətraflı »

  • 01Sen
    Təhsil Tərtər rayonunda “2025–2026-cı tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran hədəflər” mövzusunda sentyabr konfransı keçirilib. üçün şərhlər bağlıdır

    Tərtər rayonunda “2025–2026-cı tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran hədəflər” mövzusunda sentyabr konfransı keçirilib.

    Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və sektorun əməkdaşları, təhsil müəssisələrinin direktorları, müavinləri, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin müdirləri, metodistlər və qabaqcıl təhsil işçiləri iştirak ediblər.

    Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »

  • 14Avq
    Təhsil Xaricdən qəbul təklifləri alsa da, seçimi yerli universitet oldu üçün şərhlər bağlıdır

    Dünyanın aparıcı ali təhsil müəssisələrindən qəbul almaq, ancaq bu təkliflərdən imtina edib təhsilini ölkəmizdə davam etdirmək böyük seçimdir.

    “Azərbaycan müəllimi”nin müsahibi də ABŞ və Avropanın bir çox nüfuzlu ali təhsil müəssisələrinə təqaüdlə qəbul qazansa da, seçimi ADA Universiteti olub.

    “Qızların təhsilinə qoyulan sərmayə onların uğurlu gələcəyinə ən dəyərli töhfədir” 

    Ali təhsilini ölkəmizdə  davam etdirməyi seçən uğurlu gəncimiz Günay Əlizadə Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin məzunudur. O,təhsil aldığı müddətdə dərsləri ilə yanaşı, bir çox fərqli layihələrdə, təlimlərdə iştirak edərək uğurlar qazanıb. Məktəbdə özünün yaradıcılarından olduğu “Inspire Wave” adlı layihə çərçivəsində şagirdlər üçün dərsdən sonra iştirak edə biləcəkləri ingilis dili,kitab,rəsm klubları təşkil edilib.

    Günay deyir ki, bu gün qızlar onlara yaradılmış təhsil imkanlarından maksimum faydalanmalı, bilik və bacarıqlarını inkişaf etdirməlidirlər. Eyni zamanda ailələrin dəstəyi bu yolda çox böyük əhəmiyyət daşıyır. Çünki qızların təhsilinə qoyulan sərmayə onların uğurlu gələcəyinə, cəmiyyətin inkişafına və ölkəmizin tərəqqisinə verilən ən dəyərli töhfələrdən biridir: “Müasir dövrdə qızların təhsilə marağı xüsusilə artıb və onların keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradılıb.Son illərdə yüksək bal toplayanlar arasında qızların çoxluq təşkil etməsi bunun ən bariz nümumələrindəndir.Məsələn, bu il məktəbimizdə yüksək nəticə göstərən məzunların çoxu qızlardır”.

    ABŞ və Avropa universitetlərinin təqaüd təkliflərindən imtina edib 

    G.Əlizadə orta təhsilini rus bölməsində alıb. Xarici dillərə, xüsusilə ingilis dilinə maraq göstərir, dil bacarıqlarını inkişaf etdirmək üçün mütəmadi olaraq çalışır: “Davamlı çalışmağımın və zəhmətimin nəticəsi olaraq IELTS və SAT imtahanlarında uğurlu nəticələr əldə etmişəm  və bir neçə xarici ölkələrin universitetlərinə  qəbul olmaq imkanı qazanmışam. IELTS nəticəm 8, SAT isə 1460-dır.
    Bir məqamı da qeyd edim ki, IELTS nəticəmi əldə edəndə 15 yaşım var idi. Bu uğurlar mənə ABŞ-nin  bir çox nüfuzlu – “Simmons University”, “Saint Louis University”, “Suffolk University”, “Hofstra University” və “Arizona State University”, eləcə də Avropanın tanınmış ali təhsil ocaqlarından olan “Vilnius University”, “TalTech – Tallinn University of Technology” və “LCC International University” kimi universitetlərə təqaüdlə qəbul almaq imkanını yaratdı. Buna baxmayaraq, seçimim ADA Universiteti oldu. Bu ali təhsil müəssisəsinə qəbul olmaq uşaqlıqdan ən böyük arzularımdan biri olub.Ali təhsil almağı düşündüyüm ADA Universiteti beynəlxalq təhsil standartlarına tam cavab verir və bir çox istiqamətlər üzrə dünyanın nüfuzlu universitetləri ilə rəqabət aparacaq səviyyədədir.Universitetin yüksək akademik mühiti, müasir tədris proqramları və beynəlxalq əməkdaşlıqları mənim bu seçimi etməyimdə əsas rol oynadı”.

     

  • 06Avq
    Təhsil Təbrik edirik! üçün şərhlər bağlıdır

    Rayon birincisi

    Tərtər şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray İsmayılzadə ötən tədris ilində doqquzuncu sinfin buraxılış imtahanlarından 287,8 bal toplayaraq, rayon üzrə birinci olub. O, IX sinfi fərqlənmə attestatı ilə bitirib.
    Bu günlərdə Nuray anası– Seydimli kənd tam orta məktəbinin kimya müəllimi Gülnar Həsənova ilə birlikdə “Yeni Tərtər”in qonağı oldu. Gələcək arzularından danışdı. Bildirdi ki, fənlər arasında ən çox sevdiyi riyaziyyatdır. Dəqiq elmlər kimi, həyatda da dəqiqliyi sevir. Ən çox dəyər verdiyi isə zamandır. Zamanı boşuna itirmək istəmir. İdmana, xüsusən də voleybola həvəsi var.
    Nuray ilk müəllimi olan Xəzanə müəllimi minnətdarlıq hissi ilə xatırladı, o cümlədən riyaziyyat müəllimi Tünzalə Həsənovaya, sinif rəhbəri Fazilə Kərimovaya təşəkkür etməyi unutmadı. Dedi ki, indiyədək qazandığı uğurlarda onların zəhməti var.
    Nuray üçün məktəb illəri hələ davam edəcək. Ümid edirik ki, gərgin zəhmətlə dolu bu illər onu arzularına qovuşduracaq.

    “Yeni Tərtər”

  • 23İyl
    Təhsil Əzm, zəhmət və uğur üçün şərhlər bağlıdır

     Tərtər şəhər 1 saylı tam orta məktəbinin istedadlı məzunu Günay Əlizadə ilə bağlı qürur dolu bir xəbəri sizinlə bölüşmək istəyirik.

    Bu il həmin məktəbi əla qiymətlərlə bitirən, cəmi 16 yaşlı qızımız Günay Əlizadə əzmi, zəhməti və biliyi sayəsində böyük uğurlara imza atıb.

    O, ABŞ-ın bir çox nüfuzlu universitetlərinə – Simmons University, Saint Louis University, Suffolk University, Hofstra University və Arizona State University, eləcə də Avropanın tanınmış ali təhsil ocaqları olan Vilnius University, TalTech – Tallinn University of Technology və LCC International University və.s universitetlərinə qəbul qazanıb.

    Günay bir sıra universitetlərdən yüksək məbləğdə təqaüdlərə də layiq görülüb. Saint Louis University tərəfindən ümumilikdə 128 000 ABŞ dolları, digər universitetlər tərəfindən isə 70–80 min ABŞ dollarına qədər təqaüd təklifləri alıb.

    Bununla yanaşı, o, yüksək nəticə göstərərək, ADA-nın Beynəlxalq Münasibətlər ixtisasına qəbul olunub və təhsilini Azərbaycanda davam etdirməyi seçib.

    Bu uğurlar Günayın illərlə davam edən zəhmətinin, məqsədyönlülüyünün və özünə olan inamının bəhrəsidir. Bu yolda onun inkişafına töhfə verən bütün müəllimlərinə, məktəb kollektivinə və hər zaman dəstək olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk.

    Günayımıza yeni həyat mərhələsində daha böyük nailiyyətlər arzulayır, onun gələcəkdə də ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəyinə ürəkdən inanırıq. Yolun daim açıq, uğurların bol olsun!

     

  • 08May
    Təhsil İcra başçısı 79 yaşlı müəllimi ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kənd sakini, uzun illər Buruc kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmış və rayonun təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən 79 yaşlı Səkinə Məmmədovanı ziyarət edib.

    Rayon rəhbəri Səkinə müəllimənin səhhəti və gündəlik qayğıları ilə maraqlanaraq, belə ziyalı insanların cəmiyyət üçün örnək olduğunu vurğulayıb.

    Səmimi keçən görüş zamanı Səkinə müəllimənin uzunillik pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və təhsilin inkişafına verdiyi töhfələr xüsusi qeyd olunub.

    Səkinə Məmmədova dövlət tərəfindən təhsil işçilərinə və yaşlı nəslin nümayəndələrinə göstərilən ehtiramı yüksək qiymətləndirib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 05May
    Təhsil Qayğı üçün şərhlər bağlıdır

    78 yaşlı müəllim  ziyarət edilib

    Azadqaraqoyunlu kəndinin ağsaqqalı, əslən Qərbi Azərbayacandan olan 78 yaşlı Nadir Sadıqov uzun illər təhsil sahəsində xidmət göstərib və gənclərə nümunə olan həyat yolu ilə həmkəndlilərinin hörmətini qazanıb.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində olarkən YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon polis şöbəsinin rəis müavini Elxan Zamanovla birlikdə ağsaqqalı ziyarət edib, sağlamlıq vəziyyəti və sosial qayğıları ilə maraqlanıblar. Onun problemlərinin həlli istiqamətində müvafiq tapsşırıqlar verilib.
    Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər və yaşlı nəslin nümayəndələrinə diqqətin artırılması yerlərdə məmnunluq hissi ilə qarşılanır.
    Bu barədə Nadir Sadıqov qonaqlarla söhbətində bildirib. O, həmçinin valdeynləri, təhsil işçilərini və bütün ictimaiyyəti böyüyən nəslin təlim-tərbiyəsində daha fəal olmağa çağırıb.

    “Yeni Tərtər”