“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam”–günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir;Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir;
Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur;
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır;
1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı;
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir;
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb;
Medal Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub (https://e-qanun.az/framework/54767);
İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir;
Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür;
Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına (https://e-qanun.az/framework/47532) əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib;
Kompleks Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub və 2025-ci il mayın 10-da açılmışdır. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək;
Ağdam Muğam Mərkəzi 2025-ci il mayın 10-da açılmışdır. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq;
– Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr:
23.11.2020:
• Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması;
• Dağıdılmış Ağdam Cümə məscidini ziyarət.
28.05.2021:
• Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimi;
• Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimi;
• Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimi;
• Ağdam Sənaye Parkının təməlqoyma mərasimi;
• Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq;
• Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma mərasimi;
• Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimi;
• Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi;
• Qiyaslı məscidi ilə tanışlıq;
• Şahbulaq qalası ilə tanışlıq.
13.02.2022:
• Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma mərasimi;
• “Park Forest Hotel Ağdam” mehmanxanasının təməlqoyma mərasimi;
• Yeni yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıq;
• 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi;
• Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq;
• Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi ilə tanışlıq.
04.10.2022:
• Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq;
• Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi;
• Xıdırlı kəndinin təməlqoyma mərasimi;
• Kəngərli kəndinin təməlqoyma mərasimi;
• Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimi;
• “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimi;
• Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq;
• Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi;
• Növbəti yaşayış məhəlləsinin təməlqoyma mərasimi;
• Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi;
• Sarıcalı kəndinin təməlqoyma mərasimi.
15.10.2023:
• Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq.
24.12.2023:
• “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışı;
• Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimi;
• Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlıq;
• Ağdam şəhər Mərkəzi parkının təməlqoyma mərasimi;
• Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq;
• Ağdamın Qiyaslı kəndinin təməlqoyma mərasimi;
• Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi;
• Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlqoyma mərasimi;
• Bərdə-Ağdam avtomobil yolunun açılışı;
• Baş Qərvənd kəndinin təməlqoyma mərasimi.
25 aprel 2024:
• Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri;
• Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq;
• Ağdam Cümə məscidinin bərpadan sonra açılışı;
• Ağdam Konfrans Mərkəzi ilə tanışlıq;
• Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi;
• Ağdamda Şahbulaq qalasına baxış;
• Azərbaycan və Qırğızıstan prezidentləri birgə naharı.
28.05.2024:
• Ağdam rayonunun Tağıbəyli kəndinin təməlqoyma mərasimi;
• Güllücə kəndinin təməlqoyma mərasimi;
• Ağdam rayonunun Nəmirli kəndinin təməlqoyma mərasimi;
• Şotlanlı kəndinin təməlqoyma mərasimi.
19.09.2024:
• Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi;
• Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq;
• Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların açılışları;
• Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı;
• “Aghdam City Hotel”in açılışı;
• Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi;
• Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanışlıq;
• Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq.
18.02.2025:
• Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanışlıq;
• Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışı;
• Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanışlıq;
• “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq;
• Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq;
• Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq;
• Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanışlıq.
27.03.2025:
• Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışı.
10.05.2025:
• Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı;
• Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışı;
• Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanışlıq;
• Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanışlıq;
• Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı;
• Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışı;
• Ağdamın Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq;
• Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edilmə mərasimi;
• Ağdam Muğam Mərkəzinin açılışı.
03.07.2025:
• Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında;
• ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər;
• Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar.
18.07.2025:
• Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı;
• Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı;
• Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı;
• Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpa

