Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,211
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Sen
    Milli-mənəvi dəyərlər Milli Birliyin və Qəhrəmanlığın rəmzi – 27 Sentyabr üçün şərhlər bağlıdır

    27 Sentyabr Anım Günü Azərbaycan Respublikasında Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini anmaq məqsədilə təsis olunmuş rəsmi gündür.

    Bu tarix Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə Anım Günü kimi elan olunmuşdur. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın böyük hissəsini işğaldan azad etmişdir.

    2020-ci ilin 27 sentyabr səhəri Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və bu əməliyyatlar 44 gün davam etdi. Nəticədə- Şuşa şəhəri də daxil olmaqla yüzlərlə şəhər, kənd və qəsəbə işğaldan azad olundu,Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanat imzalanaraq müharibə dayandırıldı.

    Vətən müharibəsi Azərbaycan üçün böyük bir qələbə oldu. Bu müharibə göstərdi ki, müstəqillik və ərazi bütövlüyü hər şeydən üstündür və qorunmalıdır. Bu hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Şəhidlərimizin qanı ilə əldə edilən bu zəfər Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

    Vətən müharibəsində Azərbaycan yüzlərlə igid övladını şəhid verdi. Onların fədakarlığı və qəhrəmanlığı nəticəsində bu qələbə mümkün oldu. Onların ruhu Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Bu gün hər bir şəhidin ailəsi və doğmaları dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş, qazilərimiz isə müvafiq sosial dəstək proqramları ilə təmin olunmuşdur.

    27 Sentyabr həm də Azərbaycanın milli birlik və həmrəyliyinin göstəricisidir. Xalqın hər bir üzvü, fərq etməz ki, harada yaşasın, vətənin müdafiəsi üçün birləşdi. Bu müharibədə qazanılan qələbə Azərbaycan xalqının qürur mənbəyidir və gələcək nəsillərə ötürüləcək böyük bir tarixdir.

    Hər il 27 Sentyabr ölkə üzrə sükut dəqiqəsi, anım mərasimləri, şəhidlərimizin məzarlarının ziyarəti, fənn dərslərində və tədbirlərdə vətənpərvərlik mövzuları ilə qeyd olunur. Eyni zamanda dövlət və ictimai qurumlar, təhsil müəssisələri və mədəniyyət ocaqları bu günlə bağlı silsilə tədbirlər həyata keçirir.

    Anım Günü yalnız Azərbaycan xalqının birliyi, döyüş ruhu, vətən sevgisi və qəhrəmanlıq salnaməsinin simvoludur. Bu gün şəhidlərimizin qanı bahasına əldə edilmiş Zəfərin başlanğıc nöqtəsidir.

    Taleh İsazadə,

    YAP Tərtər rayon təşkilatı Statistika

    Ərazi partiya təşkilatının sədr müavini

  • 25Sen
    Milli-mənəvi dəyərlər “Anırıq, Yaşadırıq, Unutmarıq” üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Günü ilə əlaqədar Tərtər rayon Heydər Əliyev Mərkəzi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Anırıq, Yaşadırıq, Unutmarıq” adlı tədbir keçirilib.

    Tədbirdə Tərtər Peşə Məktəbinin kollektivi və şəhid ailələri iştirak ediblər.

    Tədbir zamanı 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylik və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu barədə məlumat verilib.

    Tədbirdə şəhid anaları çıxış edərək öz övladları haqqında danışıb, onların həyatından, Vətənə sevgisindən, keçdikləri döyüş yolundan və göstərdikləri qəhrəmanlıqdan söz açıblar. Şəhid anaları övladlarının xatirəsinin daim qəlblərdə yaşayacağını bildirərək, onların Vətən uğrunda göstərdikləri fədakarlıqla fəxr etdiklərini vurğulayıblar.

    Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclər İş Sektorunun müdiri Orxan Fəxrəddinov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edib, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.

    Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğının, şəhidlərimizin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

    Sonda Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edib. O, 27 Sentyabr – Anım Gününün şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olduğunu bildirərək, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

    Səlimə Yusibova, həmçinin Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edərək, onların sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. O, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.

    Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • 24Sen
    Milli-mənəvi dəyərlər 27 Sentyabr Tariximizin vətəndaşlıq və qəhrəmanlıq salnaməsidir üçün şərhlər bağlıdır

    27 Sentyabr Anım Günü Azərbaycan xalqının müasir tarixində həm dərin hüznün, həm də sarsılmaz milli qürurun və Böyük Zəfərin rəmzidir. Otuz ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikası daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmiş, münaqişənin dinc və danışıqlar vasitəsilə həllinə səy göstərmişdir. Lakin Ermənistanın ifrat millətçilik və şovinizm ideologiyası üzərində qurulmuş Daşnaksutyun siyasəti regionda sülhün bərqərar olunmasına imkan verməmiş, etnik təmizləmə və işğalçılıq xəttini davam etdirmişdir. Ermənistan rəhbərliyinin ardıcıl hərbi təxribatları və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini nümayişkaranə şəkildə qulaqardı etməsi münaqişənin dinc yolla həllini imkansız etmişdir.

    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini və ordumuzun yenilməz gücünü sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günündə xalqımıza müraciət edərək şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyini bəyan etmişdir. Daha ətraflı »

  • 24Sen
    Milli-mənəvi dəyərlər Zəfərə aparan tarixi yol 27 sentyabr 2020- ci il üçün şərhlər bağlıdır

    Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsinə, iqtisadiyyatımıza da ağır zərbə vurmuşdur. Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini acınacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

    Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs verdi. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də çox fərqli dairələrdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Daha ətraflı »

  • 24Sen
    Milli-mənəvi dəyərlər Tərtərin yaddaşından Vətən üçün verilən canlar unudulmur üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Günü xalqımızın yaddaşında həm ağrı, həm də qürur hissi ilə yaşanan xüsusi bir gündür. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz günü ifadə edir. Həmin gün başlayan 44 günlük müharibə Azərbaycanın tarixində böyük Zəfərlə nəticələndi.
    Bu tarixin Tərtər üçün isə tamam başqa bir mənası var. Çünki Tərtər torpağı müharibənin ağrısını illərlə öz üzərində hiss edən, düşmən atəşinə məruz qalan, şəhidlərinin, qazilərinin izlərini yaşadan bir yurddur. 2020-ci ilin sentyabrında başlayan döyüşlər zamanı Tərtər və ətraf ərazilərdə ağır döyüşlər getdi. Suqovuşan, Talış və Ağdərə istiqamətlərində gedən döyüşlər Tərtərin müharibə tarixində xüsusi yer tutur. Bu döyüşlərdə Tərtərdən olan igid oğullarımız da Vətənin azadlığı uğrunda qəhrəmancasına mübarizə apardılar.
    Bu gün Tərtərin küçələrində, kəndlərində şəhidlərimizin adı yaşayır. Onların hər birinin arxasında bir ailə, bir ana, bir ata, bir övlad, bir yarımçıq qalan həyat hekayəsi var. Şəhidlər Vətənin bütövlüyü naminə öz həyatlarını fəda etdilər. Onların ailələri isə ömürlərinin ən ağır imtahanı ilə üz-üzə qaldılar. Daha ətraflı »

  • 24Sen
    Digər 27 Sentyabr tariximizin vətəndaşlıq və qəhrəmanlıq salnaməsidir üçün şərhlər bağlıdır

    27 Sentyabr Anım Günü Azərbaycan xalqının müasir tarixində həm dərin hüznün, həm də sarsılmaz milli qürurun və Böyük Zəfərin rəmzidir. Otuz ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikası daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmiş, münaqişənin dinc və danışıqlar vasitəsilə həllinə səy göstərmişdir. Lakin Ermənistanın ifrat millətçilik və şovinizm ideologiyası üzərində qurulmuş Daşnaksutyun siyasəti regionda sülhün bərqərar olunmasına imkan verməmiş, etnik təmizləmə və işğalçılıq xəttini davam etdirmişdir. Ermənistan rəhbərliyinin ardıcıl hərbi təxribatları və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini nümayişkaranə şəkildə qulaqardı etməsi münaqişənin dinc yolla həllini imkansız etmişdir.

    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini və ordumuzun yenilməz gücünü sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günündə xalqımıza müraciət edərək şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əydiyini bəyan etmişdir. Daha ətraflı »

  • 23Sen
    Şəhidlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Antiterror əməliyyatları şəhidi Ruslan Lalayevin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndindən olan Antiterror əməliyyatları şəhidi Lalayev Ruslan Akif oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

    İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.

    Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Ruslan Lalayev döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

  • 23Sen
    Şəhidlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Orxan Aslanlının ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

    İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

    Qeyd edək ki Aslanlı Orxan Şahmar oğlu 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Aslanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Səhləbad kəndində dəfn olunub.

    Orxan Aslanlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

  • 23Sen
    Şəhidlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid Baxışlı Baxışın ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndindən olan şəhid Baxışlı Baxış Elşən oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

    İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

    Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib. 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

  • 23Sen
    Şəhidlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Elşən Əlizadənin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndindən olan Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

    İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

    Qeyd edək ki,  Əlizadə Elşən Faiq oğlu 1995-ci ilin avqust ayının 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Vətən müharibəsində oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 16-da isə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub, subay idi.

    Elşən Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.