Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,272
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Noy
    Sosial Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayında nüma-yəndə kimi iştirak etmək mənim üçün böyük məsuliyyət və qürur hissi doğuran hadisə oldu. Qurultayda dövlətimizin gələcək inkişaf istiqamətləri, qarşıda duran vəzifələr və milli dövlətçilik xəttinin davamlılığı ilə bağlı səsləndirilən fikirlər hər birimiz üçün mühüm mesajlar verdi.
    Qurultayda Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır”. Dövlətimizin başçısı bu xəttin əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü potensial kimi müəyyənləşdirdi.
    Qurultayda səsləndirilən “enerji təhlükəsizliyi – bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir” fikri bizim fəaliyyət sahəmiz üçün də olduqca mühüm məna daşıyır.
    Bu baxımdan qarşıdakı dövrdə elektrik şəbəkəsinin dayanıqlığının artırılması, mövcud avadanlıqların texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, transformator yarımstansiyalarında və elektrik xətlərində aşkar olunan problemlərin vaxtında aradan qaldırılması əsas istiqamətlərimiz olacaq. Eyni zamanda, vətəndaş müraciətlərinə diqqətin artırılması, yaranan nasazlıqlara operativ müdaxilə olunması və abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərimizi davam etdirəcəyik.
    Tərtər rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin, sosial layihələrin və digər infrastruktur tədbirlərinin fasiləsiz enerji təminatının təşkil olunması da qarşımızda duran mühüm vəzifələrdəndir.
    YAP-ın VIII Qurultayında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, infrastrukturun yenilənməsi və yaşıl enerji layihələri ilə bağlı qarşıya qoyduğu vəzifələr bizim fəaliyyətimiz üçün də mühüm istiqamətlər müəyyənləşdirir. Bu baxımdan rayon elektrik təsərrüfatının etibarlı və dayanıqlı fəaliyyətinin təmin olunması, elektrik enerjisinin fasiləsiz verilişi, mövcud şəbəkələrin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesinin fonunda Azərbaycanın enerji siyasətində yaşıl enerjiyə keçidin sürətləndirilməsi, müasir enerji infrastrukturunun yaradılması və enerji səmərəliliyinin artırılması qarşıda duran əsas vəzifələrdəndir.
    Biz də rayon elektrik şəbəkəsi olaraq bu prosesdən irəli gələn vəzifələrin yerinə yetiril-məsinə öz töhfəmizi verməli, əhalinin və təsərrüfat subyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində fəaliyyətimizi daha da gücləndirməli-yik. Qarşıdakı dövrdə enerji itkilərinin azaldılması, şəbəkələrin texniki vəziyyətinin yaxşılaşdırılması, yeni istehlakçıların qoşulması zamanı müasir tələblərin nəzərə alınması, rəqəmsal texnologiyalardan və enerjiyə qənaət imkanlarından daha geniş istifadə diqqət mərkəzində saxlanılacaq. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti ölkəmizin bütün regionlarında olduğu kimi, enerji infrastrukturunun daha da müasirləşdirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə böyük imkanlar yaradacaqdır.
    Qurultayda ölkə rəhbəri “Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə” olduğunu qeyd etdi.Bu mühüm siyasi hadisədən irəli gələn vəzifələr hər birimizdən daha böyük məsuliyyət, intizam və təşəbbüskarlıq tələb edir.

    Vilayət Qafarov,
    YAP-ın VIII qurultayının nümayəndəsi,
    Tərtər rayon Elektrik şəbəkəsinin rəisi

     

     

     

     

  • 02Noy
    Sosial Şəhidlərimizin qəhrəmanlıq yolunu gənclərə tanıtmalıyıq üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun qüdrətinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi idi. Bu Qələbə Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də milli iradəsini, dövlətə sədaqətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
    Bu gün bizim əsas vəzifəmiz qazanılmış nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan miras qoymaqdır.
    Prezidentimizin VIII Qurultaydakı nitqində xüsusi vurğuladığı məsələlərdən biri də ideoloji təhlükəsizlikdir. Dövlətimizin başçısı qeyd edib ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər önəmlidir və bu sahədə təhsil ilə vətənpərvərlik mühüm rol oynayır.
    Biz şəhidlərimizin qəhrəmanlıq yolunu gənclərə tanıtmalı, qazilərimizin döyüş təcrübəsini gələcək nəsillərə çatdırmalı, Vətən müharibəsinin tarixi əhəmiyyətini şagirdlərə düzgün izah etməliyik. Bu istiqamətdə məktəblərdə hərbi-vətənpərvərlik tədbirlərinin, maarifləndirici görüşlərin, hərbi idman yarışlarının və gənclərlə səmimi söhbətlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
    Digər mühüm məsələ gənclərin informasiya məkanında düzgün istiqamətləndirilməsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə yanaşı, yanlış məlumatlar və ideoloji təsirlər də geniş yayılır. Buna görə gənclərimizdə tənqidi düşüncə, informasiya savadlılığı və milli maraqlara məsuliyyətli yanaşma formalaşdırılmalıdır. Onlar əldə etdikləri məlumatları təhlil etməyi, həqiqəti yanlış məlumatlardan ayırmağı bacarmalıdırlar.
    YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin, ziyalıların, müəllimlərin və xüsusilə gənclərlə işləyən şəxslərin üzərinə böyük məsuliyyət düşür. Biz bu vəzifələrin icrasına formal yanaşmamalı, görülən işlərin real nəticələr verməsinə çalışmalıyıq. Gənclərlə işimiz onların dünyagörüşünə, davranışına və gələcək məqsədlərinə müsbət təsir göstərməlidir.
    Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın həyata keçirilməsi, ölkəmizin iqtisadi və hərbi potensialının gücləndirilməsi hər birimizin fəal iştirakını tələb edir. Biz gənclərə anlatmalıyıq ki, bugünkü inkişaf və quruculuq işləri gələcəyimizin təminatıdır və hər bir vətəndaş bu prosesə öz töhfəsini verməlidir.
    Mən bir qazi kimi qürur duyuram ki, xalqımız tarixi Zəfərə nail olub, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Bir hərbi müəllim kimi isə ən böyük arzum budur ki, yetişdirdiyimiz gənclər savadlı, sağlam, intizamlı, milli ruhlu və Vətənini hər şeydən üstün tutan vətəndaşlar olsunlar.
    İnanıram ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər ətrafında birləşərək, hər birimiz öz vəzifəmizi vicdanla yerinə yetirməklə Azərbaycanın daha da güclənməsinə töhfə verəcəyik.
    Vətənimizin gələcəyi gənclərimizin əlindədir. Gənclərimizin vətənpərvər, bilikli və məsuliyyətli yetişməsi isə bizim bu gün gördüyümüz işdən asılıdır.

    Səbuhi İbrahimov,
    44 günlük Vətən müharibəsi
    qazisi, baş leytenant

  • 02Noy
    Sosial Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, – həm fiziki, həm ideoloji risklərlə bağlı,- ciddi tədbirlər görülür və görüləcək. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    Müasir dövrün tələblərinə cavab verən gənclər yetişdirməliyik

    Prezident cənab İlham Əliyev qurultaydakı çıxışında “Bizim əsas məqsədimiz Azərbaycanın güclənməsidir” fikrini xüsusi vurğuladı. Bu məqsədin həyata keçirilməsində təhsil sahəsinin də üzərinə böyük məsuliyyət düşür.Çünki güclü dövlətin təməlində güclü insan, savadlı və vətənpərvər gənc nəsil dayanır.
    Müəllim olaraq hesab edirəm ki, YAP VIII Qurultayından irəli gələn vəzifələr sırasında gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tərbiyəsi xüsusi yer tutur.
    Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması bizim ən böyük tarixi nailiyyətimizdir. Bu Zəfərin mahiyyətini gələcək nəsillərə düzgün çatdırmaq hər birimizin, o cümlədən müəllimlərin müqəddəs borcudur. Biz şagirdlərimizə yalnız fənn bilikləri verməklə kifayətlənməməliyik. Onlarda Vətənə sevgi, dövlətə sədaqət, xalqımızın tarixinə və milli-mənəvi dəyərlərinə hörmət hisslərini daha da möhkəmləndirməliyik.
    Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, “Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, öz gücünü göstərdi.” Bu gücün gələ-cəkdə də qorunub saxlanılması üçün savadlı, dünyagörüşlü və milli düşüncəli gənclərin yetişdirilməsi olduqca vacibdir.
    Bu baxımdan müəllimin üzərinə böyük məsuliyyət düşür. Çünki bu gün sinif otağında yetişdirdiyimiz şagird sabah Azərbaycanın müxtəlif sahələrində çalışan mütəxəssis, dövlət qulluqçusu, alim, həkim, mühəndis və rəhbər olacaq. Deməli, hər bir dərs, hər bir tərbiyəvi söhbət, hər bir şagirdə göstərilən diqqət Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.
    Bu gün qarşımızda duran mühüm vəzifələrdən biri də müasir dövrün tələblərinə cavab verən, innovativ düşüncəyə malik, texnologiyalardan düzgün istifadə edən gənclər yetişdirməkdir. Eyni zamanda biz gənclərimizi milli kimliyindən, tarixindən və mənəvi dəyərlərindən uzaqlaşdırmamalıyıq.
    Müasirlik və milli dəyərlər bir-birini tamamlamalıdır.
    İnanıram ki, Prezidentimizin müəyyən etdiyi strateji hədəflər bundan sonra da təhsil sahəsində çalışan hər birimizin fəaliyyətinə istiqamət verəcək. Biz müəllimlər öz üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirərək, dövlətimizin inkişafına layiqli töhfə verməliyik.
    Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz inkişafının yeni və daha möhtəşəm mərhələlərinə qədəm qoyacaqdır.
    Biz də müəllim olaraq bu böyük inkişaf yolunda öz əməyimizlə, biliyimizlə və məsuliyyətimizlə Azərbaycanın gələcəyinə xidmət edə-cəyik.

    Zahirə Abbasova,
    əməkdar müəllim

  • 02Noy
    Sosial Düşmən dəyirmanına su tökənlərə niyyətlərinə çatmağa imkan verməyəcəyik üçün şərhlər bağlıdır

    2026-il oktyabrın 2 də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VIII qurultayında Prezident İlham Əliyevin nitqini mən də hamı kimi diqqətlə, həm də təkrar olaraq dinlədim. Ölkəmizin keçdiyi həm çətin, həm şərəfli inkişaf yolundan, regionda yaranmış yeni reallıqlardan, qarşıda duran vəzifə və hədəflərdən çox diqqətlə və əhatəli danışdı cənab Prezident. Dövlət başçısını dinlədikcə Vətən müharibəsi zamanı İlham Əliyevin xarici telekanallara, mətbuata və məkrli jurnalistlərə yorulmadan, təmkinlə və heyrətamiz bir diplomatiya ilə verdiyi müsahibə və çıxışları xatırladım. Cənab Prezident Azərbaycanın bugünki inkişaf reallıqlarına, görülmüş böyük işlərə, iqtisadi irəliləyişə, siyasi və hərbi gücə, Qarabağ reallıqlarına, misilsiz Zəfərə kölgə salmaq istəyənlərə, bunları görməzdən gələnlərə aydın bir mənzərə açdı.
    Prezidentin qurultaydakı nitqinin əsas istiqamətlərindən biri təhsil və ideoloji təhlükəsizlik məsələsi idi. Təhsilin millətimizin gələcəyi üçün əhəmiyyəti xüsusi qeyd edildi.
    Təhsil millətin gələcəyidir, cəhalətə, qaranlığa işıq tutur. Biz təhsil işçiləri əlimizdən gələni edirik və bundan da artıq etməliyik ki, gələcəyimiz olan gənclik təhsilli olsun. Ağı qaradan, pisi yaxşıdan seçə bilsinlər. Dövlətin qərarlarını dəstəkləyərək yanında olsunlar.
    Vətənpərvər yetişsinlər, qanlar, canlar və müdrik bir siyasətlə qorunan bu Vətən torpaqlarının layiqli varisləri olsunlar. Milli maraqlarımızı qorusunlar, milli-mənəvi dəyərlərimizə sahib çıxsınlar. Bu gün dünya təlatümlü bir okeanı xatırladır. Ətrafda müharibə ocaqları var. Belə şəraitdə, qüdrətimizi, böyük Zəfərimizi, dünyada söz haqqına və öz taleyimizə sahib olmağımızı həzm etməyənlər çoxdur. Azərbaycanı təlatümlü okeanda üzən bir gəmi kimi təhlükəli dalğalardan, aysberqlərdən qoruya– qoruya aparan bir Koman-dan var: İlham Əliyev. Dövlətimizin gözəl gələcəyi, bu millətin aydına açılan sabahları üçün, var olmamız üçün onun ətrafında sıx birləşək. Dövlətimizin rifahı üçün verdiyi qərarları hər zaman dəstəkləyək. Qarabağı öz yenilməz ordusu ilə düşmən əsarətindən geri alıb qaytaran Ali Baş Komandana bizim də qaytarmalı sədaqət borcumuz var. Məqsədi bəlli olanlara, düşmən dəyirmanına su tökənlərə niyyətlərinə çatmağa imkan verməyək.

    Vəsilə Mehdiyeva,
    Sarıcalı kənd tam orta məktəbinin direktoru

  • 02Noy
    Sosial İdeoloji müharibədə də dövlətimizin yanındayıq üçün şərhlər bağlıdır

    Oktyabrın 16-da Bakıda Rəşid Behbudov adına Mahnı Teatırında Azərbaycan Jurnalistlərinin IX qurultayı keçirildi. Bundan əvvəl VII və VIII qurultaylarda da iştirak etmişdim. Paytaxtımızda keçirilən bu cür ali tədbirlər ölkənin media mühiti ilə daha sıx təmasda olmağa, bütövlükdə müasir jurnalistikanın abu-havasını hiss etməyə bir fürsət yaradır.
    Bu dəfə də belə oldu. Ölkəmizin veteran jurnalistləri ilə bir cərgədə əyləşib məruzələri və çıxışları diqqətlə dinlədim. Qeyd edim ki, həm gənc, həm də yaşlı nəslin nümayəndələrinin çıxışları çılğın və emosional idi. Ancaq bu emosionallığın içində ümumi bir fikir səsləndi: müasir dövrümüzdə, ideoloji mübarizənin sərhəd tanımadığı, kibercinayətkarlığın artdığı zamanda söz adamlarının üzərinə daha məsul vəzifələr düşür. Bu vəzifələrin ən ümdəsi vətənpərvərlik və dövlətçilikdir. Gənclər xəbər janrında operativliyə, süni intellektin köməyinə üstünlük verildiyini qeyd etsələr də, ümumən qərara alındı ki, jurnalistikamız milli mətbuatımızın klassik, demokratik ənənələri əsasında inkişaf etdirilməlidir.
    Qurultayda Mətbuat Şurasının 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət 23 nəfərlik İdarə Heyətinin tərkibi əsaslı surətdə yeniləndi. Daha ətraflı »

  • 02Noy
    Sosial Heç bir kənar təsir vətənpər- vərliyimizə xələl gətirə bilməz üçün şərhlər bağlıdır

    Biz dünyəvi bir dövlətdə yaşayırıq. Planetimizdəki dövlətlər arasında Azərbaycan əmin-amanlıq, sabitlik hökm sürən cəmi bir neçə ölkədən biridir. Əgər 6 il bundan əvvəl bizi nankor qonşularımız narahat edirdilərsə, indi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onları yerində oturdub. 2023-cü ilin antiterror əməliyyatından sonra isə suverenliyimiz tam bərpa olundu. Müqəddəs Azərbaycan bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
    Belə bir ölkədə yaşamaq, təhsil almaq, işləmək qürurvericidir. Lakin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfərimiz heç də bəzi xarici dövlətlərə xoş gəlmir. Birliyimizi sarsıtmaq, iqtisadi gücümüzü azaltmaq üçün onlar müxtəlif bəhanələr axtarırlar.
    Lakin unudurlar ki, xalqımız həmişə yaxşını pisdən, düzü-əyridən ayırmağı bacarıb. Əsrlər boyu bu, belə olub, indi də belədir. Hal-hazırda ümumtəhsil məktəblərində təhsilalanlar və təhsilverənlər üçün ümumi məktəb geyiminin tətbiqi ilə bağlı yaranmış söhbətlərdə də vətəndaşlarımız qayda-qanunları müdafiə edir və bu məsələnin dinlə bağlı olmadığını söyləyirlər.
    Gültəkin Əsədova, şəhər sakini, təqaüdçü:
    – Mənim də iki məktəbli qız nəvəm var. Hər səhər onlar səliqəli məktəb geyimində evdən çıxanda, ürəyim da-ğa dönür. Şükür edirəm ki, rahat dərslərini keçib evə dönəcəklər. Ötən əsrin 90-cı illərində, öz uşaqlarımız təhsil aldığı zaman belə sakit deyildik. Bilmirdik ki, uşaqları ermənilərin terrorundan necə qoruyaq. Təhlükəli vəziyyət idi. İndi ümumtəhsil məktəblərində tələb olunan vahid şagird geyiminin nəyi pisdir ki? Axı, bu, din məsələsi deyil. Bizim dövlətimizdə bütün dinlərə hörmətlə yanaşılır. Məsələ ondadır ki, hələ 18 yaşına çatmamış məktəbli qızlar nəyə görə başlarını bağladıqlarını anlamırlar, bunu böyüklərin təhriki ilə edirlər. Belə uşaqlar məktəbdə yoldaşlarından seçilir, bu isə şagirdlərin fikrini təhsil prosesindən yayındırır. Mən bir nənə kimi tövsiyə edirəm ki, qızlarımız özləri böyüyüb hansı geyimdə olmalarına qərar verə bilənədək, onların uşaqlığını, xoşbəxt gələcəyini əllərindən almayaq.
    İlahə Paşazadə, gənc valideyn:
    –Düşünmürəm ki, hicabla məktəbə gələn qızlar bu addımı könüllü surətdə edirlər. Çünki hələ o yaşda deyillər ki, dinimizin qaydalarına əməl edə bilsinlər. Yəqin ki, böyüyərlər, həyat haqqında daha məlumatlı olarlar və o zaman öz geyimləri ilə bağlı qərar verərlər. Məktəb illəri hər bir insanın həyatında ən həlledici və unudulmaz dövrdür. Məhz sinif otaqlarında cəmiyyətimizin gələcəyi formalaşır. Ona görə də burada bərabərlik, sağlam mühit və milli-mənəvi dəyərlərimizə uyğun təlim və tərbiyə olmalıdır.
    Maya İsgəndərova, şəhid anası:
    – Ölkəmiz 44 günlük Vətən müharibəsində qalib gəldi, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızı işğaldan azad etdik . Ancaq qələbə qazanmaq hələ o demək deyil ki, arxayınlaşıb oturmalıyıq. Düşmənlər yenə də sakitləşməyiblər. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi çoxlarının ürəyincə deyil. Odur ki, bəzi insanların həssas hisslərinə toxunaraq, bizə təsir göstərməyə çalışırlar. Belə bir məqamda hər bir vətəndaş dövlətinin yanında olmalıdır. Şəhid ailəsi kimi biz daim dövlətimizin dəstəyini hiss edirik. Əminəm ki, bu gün aparılan siyasət, ölkəmizdə sabitliyin qorunması üçün atılan hər bir addımı yenə də bizim rahat və azad yaşamağımız üçündür.
    Beləliklə, tərtərlilərin bir neçəsi ilə söhbət edib fikirlərini qələmə aldıq. Onlar bildirdilər ki, heç bir xarici qüvvə, heç bir təxribat vətənpərvərliyimizə, dövlətçiliyimizə xələl gətirə bilməz.

    Svetlana BAĞIROVA

     

  • 02Noy
    Qazilərimiz Keçmiş döyüşçülərin ailələrində indi övladlar böyüyür üçün şərhlər bağlıdır

    6 il əvvəl bu gənclər-Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, Vətən Müharibəsi qazisi Amid Paşazadə və Vətən Müharibəsi qazisi Elvin İsmayılzadə döyüş meydanında qəhrəmanlıq göstərərək, Vətən qarşısında borclarını şərəflə yerinə yetirdilər. Bu yolda yaralandılar, qan tökdülər. Onların yaralarından axan qan düşmən tapdağı altında inləyən müqəddəs torpağımızın yaralarını sağaltdı, millətimizin başını uca, üzünü ağ etdi. Dövlətimiz igid oğulların şücaətini yüksək qiymətləndirdi. Azər Abdullazadə Vətən Müharibəsi Qəhrəmanı kimi şərəfli ada layiq görüldü. İndi onların hər üçünün sinəsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif edildikləri medallar bəzəyir.
    Elin-obanın böyük məhəbbətini qazanan bu oğullar müharibədən sonra ailə qurub, nümunəvi ailə sahibi olublar. Qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər üç gəncin xeyir işində iştirak edərək, onları təbrik etmiş, xeyir-dua vermişdir. Artıq bu dualar eşidilib. İndi həmin ailələrdə övladlar dünyaya gəlib. 6 il bundan əvvəlki döyüş səhnələrini xoşbəxt ailə mühiti, övlad səsi əvəz edir. Evlərinin ən əziz qonağı isə yenə də rayon rəhbəridir. Bu günlərdə icra başçısı hər üç ailədə olaraq, gəncləri valideyn olmaları münasibətilə ürəkdən təbrik edib, körpələrin sağlam böyümələrini, layiqli övlad olmalarını arzulayıb. Bildirib ki, 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfər sayəsində ölkəmizin suvernliyi tam bərpa olundu. İndi xalqımız əmin-amanlıq şəraitində yaşayır, körpələr azad, müstəqil dövlətdə böyüyürlər. Lakin bu əmin-amanlığı gözü götürməyənlər çoxdur. Ona görə də əldə olunan nailiyyətləri qorumaq üçün hamı çalışmalıdır.
    Azər Abdullazadə deyib:
    -44 günlük Vətən Müharibəsi günlərində də, bugünkü ideoloji müharibədə də biz Prezidentimizin, dövlətimizin yanında olmuşuq və oluruq. Bizim üçün Vətən anlayışından yüksək bir anlayış yoxdur.
    Gənclər onu da qeyd ediblər ki, böyüyən nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirak edəcəklər.

    “Yeni Tərtər”

     

  • 02Noy
    Kənd Təsərufatı Bağların barı gözəl… üçün şərhlər bağlıdır

    “Meyvəçilik, bağçılıq kənd təsərrüfatının gəlirli sahəsi olsa da, bu işlə məşğul olmağa qərar verən insandan ilk növbədə səbr, böyük zəhmət və innovativ üsullara üstünlük verilməsini tələb edir”. Bu sözləri “Tərtər-1” MMC-nin təsiscisi Muxtar Orucov söyləyib. O bildirib ki, müasir standartlara uyğun qurulan “Tərtər 1” MMC-nin ümumi əkin sahəsi 98 hektardır. Bu sahənin 75 hektarını xurma, 12 hektarını nektarin və 11 hektarını şaftalı təşkil edir. Bağların 49 hektarı isə yeni salınmışdır. Ümumilikdə, bağların salınmasına 3,8 milyon manat vəsait sərf edilib. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 14 nəfər daimi, 80 nəfər yerli sakin isə mövüsmi işlə təmin olunmuşdur.
    Müəssisədə su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması məqsədilə müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün 1,5 hektar sahədə tutumu 130 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir. Daha ətraflı »

  • 02Noy
    Milli-mənəvi dəyərlər Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş film nümayiş edilib üçün şərhlər bağlıdır

    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “SOY Produc-tion” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva,YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər.
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    “SOY Production” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva tədbir iştirakçılarına filmin hazırlanması, ideyası və ərsəyə gəlmə prosesi haqqında məlumat verib.
    Dilarə xanım bildirib ki, bu gün Azərbaycanın qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən birinə həsr olunmuş “Düşmənə qarşı tək” filminin nümayişi münasibətilə bir araya gəlmişik. Bu film Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi misilsiz şücaətlə xal-qımızın yaddaşında əbədi yer tutmuş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və döyüş yoluna həsr olunub. Natiq Qasımovun qəhrəmanlığı Vətənə sədaqətin, cəsarətin, iradənin və mənəvi gücün parlaq nümunəsidir. Onun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Belə qəhrəmanların həyat yolunun öyrənilməsi, onların şücaətinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Bu baxımdan, “Düşmənə qarşı tək” filminin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması mühüm əhəmiyyət daşıyır. Müasir texnologiyaların imkanlarından istifadə edilməklə hazırlanmış bu ekran əsəri tarixi yaddaşımızın qorunmasına, milli qəhrəmanlarımızın tanıdılmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir. Daha ətraflı »

  • 29Okt
    Digər Azərbaycanın Sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq üçün şərhlər bağlıdır

       2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətinə, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın vacibliyinə, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun artmasına dair mühüm fikirlər səsləndirib. Dövlət başçısının çıxışı müasir dünyada sivilizasiyalar arasında anlaşmanın gücləndirilməsi və qlobal problemlərin dialoq yolu ilə həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

    Prezident İlham Əliyev vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün ən səmərəli beynəlxalq platformalardan birinə çevrilib. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları və fərqli mədəniyyətləri təmsil edən insanları bir araya gətirərək qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir. VII Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını və qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Daha ətraflı »