02İyl
Silsilə tədbirlər
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun səhiyyə, mədəniyyət, gənclər və idman idarələri tərəfindən yerlərdə “Narkomaniyaya yox deyək” mövzusunda silsilə tədbirlər keçirilib. Tədbirlərdə hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
02İyl
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
Belə görüşlərdən biri də rayonun Söylən kəndində keçirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
02İyl
Orucun mənəvi savabı
Mehriban və bağışlayan Allahın adı ilə!
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”.
Uca Yaradanın sevimli Peyğəmbəri (s) vasitəsilə bəşəriyyətə hədiyyə etdiyi hikmətlərlə dolu olan ayinlərdən biri də Hicri-qəməri təqviminin 9-cu ayına təsadüf edən ramazan orucudur. Hz. Peyğəmbər (s) buyurur ki, “Ramazanın 70 hikməti var!” Doğrudan da, bu müqəddəs ay başdan ayağa rəhmət, yaxşılıq, imkanlı-imkansız arasında bir körpü, dolayısı ilə toxun acdan xəbəri olan bir aydır. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Dərzilik elə peşədir ki, ona həmişə ehtiyac duyulur. Müasir həyatımızda hər kəs səliqəli görünməyə, dəblə ayaqlaşmağa çalışır. Bəzən hazır alınmış paltarlarda, kostyum və paltolarda bacarıqlı dərzinin əl gəzdirməsi lazım gəlir. Belə olan halda təcrübəli, işini bilən, səliqəli dərzi axtarılır. Mehman Sadıqov həmin dərzilərdəndir. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar… Daha ətraflı »
Teqlər: Digər, Səhiyyə
20İyn
PEŞƏSİ İLƏ FƏXR EDİR
Mirzə İsmayılovu rayonumuzda tanımayan adam bəlkə də yoxdur. Bunu əminliklə deyirəm. Ona görə ki, 30 ilə yaxın bir vaxt ərzində elektriklə işləyən məişət avadanlıqlarının–ütü, tozsoran, ətçəkən, fen, avtotransformatorların təmir işlərini keyfiyyətlə görür. Iş yeri bazarın qarşısındadır. Onun yanına gətirilən işləməyən cihazları keyfiyyətlə təmir edib sahibinə qaytarır. Buna görə də insanlar arasında böyük hörməti var. Sənətdən söz düşəndə Mirzə deyir ki, mən peşəmlə fəxr edirəm. Çünki həyatda pis peşə, pis sənət yoxdur. Ancaq pis sənətkar var. Elələri var ki, işinə səhlənkar yanaşır, işi başdansovdu görür. Onda bu da istər-istəməz insanlarda narazılıq yaradır. Yetər ki, gördüyün işə ürəkdən yanaşasan, insanların inamını qazanasan. Bax, onda olursan yaxşı sənətkar. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Həyatda bacarıqsız insan olmur. Sadəcə məsələ bundadır ki, hər kəs öz yerini tapa bilə. Yəni məşğul olduğu işi ürəyinin istəyi ilə seçə.
Kəngərli kəndində möcüzəli «yaşıl ada» həyatda bu fikri təsdiqləyən əyani nümunədir. Bura cəmi 0,24 hektar sahəni əhatə edir. Bu kiçik torpaq sahəsində kənd sakini Rəfi Həsənov nələr yaratmayıb?! Daha ətraflı »
Teqlər: Digər
20İyn
KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ
Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.
Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Erməni xisləti
Dünyanın hər yerində erməni məkri, erməni xisləti çayır kimi yayılıb artmaqdadır. Harada erməni varsa, orada qan var, qada var. Bu, tarixin isbatladığı danılmaz gerçəklikdir. Lakin erməni fitnəsinin, erməni vəhşiliyinin ən ağır zərbəsi zaman- zaman Azərbaycana və onun doğma qardaşı Türkiyəyə dəymişdir. Özləri dünyada görünməyən fəlakətlər–müharibələr, terror aktları, soyqırımlar törədir, sonra da utanmadan günahı başlarına ən dəhşətli faciələr gətirdikləri xalqların üstlərinə atırlar və fağır bir millət görkəmi alıb, dünyaya hayhəşir salırlar. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Milli Aviasiya Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Elm Mərkəzinin, aidiyyəti elmitədqiqat institutlarının, Dövlət Aqrar Universitetinin, regionda fəaliyyət göstərən bitki mühafizəsi idarələrinin, “Azərsun Holdinq” MMC və “Azərtoxum” MMC-nin nümayəndələri, toxum müfəttişləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar