11-12 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutdu. Bu səfər azad edilmiş ərazilərə təşkil olunan 22-ci səfər idi və miqyasına görə ən genişlərindən biri oldu. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyət iştirak etdi. Heyət Xankəndi, Şuşa, Xocalı, Ağdam, Laçın, Gəncəsər və Xudavəng monastır komplekslərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və tarixi abidələrin qorunması prosesi ilə yerində tanış oldu.
Bu şəffaf təşəbbüs beynəlxalq ictimaiyyəti reallıqlarla tanış etmək məqsədi daşıyırdı. Lakin məhz bu reallıq Ermənistanda revanşist düşərgədə kəskin qıcıq yaratdı.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur.
Qarabağ Azərbaycanın suveren ərazisidir. Ermənistanın özü dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər
Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Gəncəsər və Xudavəng Alban Həvari Kilsəsinin mərkəzləri olub, onların memarlıq üslubu, xaç formaları və tarixi mənbələr bunu sübut edir. Daha ətraflı »



Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biri olan 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasının tarixi-siyasi əhəmiyyətini özündə əks etdirir. Dövlət suverenliyi xalqın öz taleyini müəyyən etmək, ərazisi üzərində hakimiyyətini həyata keçirmək, dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək və milli maraqlarını qorumaq hüququnun əsas ifadəsidir.
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Qurbanov Knyaz Cümşüd oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə 343 şagirdin təhsil aldığı Seydimli kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Belə narrativ formalaşdırılır ki, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində guya azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır.
Sentyabrın 15-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və şəhid ailələri ilə birlikdə “Bilik Günü” münasibətilə Tərtər şəhər 2 nömrəli məktəb-liseydə, 1, 3, 5, 6 nömrəli və Dəmirçilər kənd tam orta ümumtəhsil məktəblərində olublar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr Tərtər rayonunda da ardıcıl və məqsədyönlü şəkildə icra olunur.
Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.11-ci bəndinin icrası ilə bağlı tədbir keçirilib.
Yeni ismarıclar