Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı təşəbbüsləri dövlətçilik tariximizdə mühüm mərhələ kimi qiymətləndirilir. Bu çərçivədə irəli sürülən amnistiya təşəbbüsü isə ölkəmizdə hüquqi dövlət quruculuğu, humanizm, ədalət və sosial məsuliyyət prinsiplərinin bariz ifadəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi-siyasi əsaslarını müəyyən edən ali hüquqi sənəd olmaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar Konstitusiyanın real həyatda tətbiqini, hüququn aliliyinin möhkəmləndirilməsini və cəmiyyətin rifahının yüksəldilməsini hədəfləyir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın gündəmə gətirilməsi də məhz bu məqsədlərə xidmət edir.
Amnistiya təşəbbüsü dövlətin cəza siyasətində humanist yanaşmanı ön plana çıxarır. Bu addım bir tərəfdən cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin islah olunmasına stimul yaradır, digər tərəfdən isə onların cəmiyyətə reinteqrasiyasına şərait formalaşdırır. Xüsusilə ilk dəfə az ağır və ya ağır olmayan cinayətlər törətmiş şəxslərin, sosial həssas qruplara aid məhkumların amnistiya aktı ilə azadlığa buraxılması dövlətin insana verdiyi dəyərin göstəricisidir.
Möhtərəm Prezidentimizin amnistiya təşəbbüsü həm də Azərbaycan dövlətinin güclü və suveren mövqeyinin ifadəsidir. Tam bərpa olunmuş ərazi bütövlüyü və dövlət suverenliyi şəraitində həyata keçirilən bu təşəbbüs göstərir ki, Azərbaycan yalnız hərbi-siyasi gücü ilə deyil, eyni zamanda hüquqi və mənəvi üstünlükləri ilə də regionda nümunəvi dövlətdir. Dövlət güclü olduqda bağışlamağı bacarır və bu, yüksək siyasi mədəniyyətin göstəricisidir.
Amnistiya aktları Azərbaycanda artıq davamlı hüquqi ənənəyə çevrilib. Son illərdə qəbul edilən əfv və amnistiya qərarları minlərlə ailənin sevincinə səbəb olmuş, cəmiyyətdə sosial həmrəyliyi və dövlətə inamı daha da gücləndirmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü də bu humanist siyasətin davamı olaraq tarixə düşəcək.
Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiyanın elan edilməsi ilə bağlı təşəbbüsü Konstitusiyanın ruhuna, müstəqil və suveren Azərbaycan dövlətinin dəyərlərinə tam uyğun olmaqla yanaşı, cəmiyyətdə ədalət, mərhəmət və hüquqa hörmət anlayışlarını daha da möhkəmləndirir.
Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri




Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.
Tərtər Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan, Dərələyəz mahalı, Paşalı rayon Herher kənd icmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində “Herher kəndinə qayıdış bizim mənəvi haqqımızdır” adlı tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayonumuzda yerləşən məscidlərin əra-zilərində ağacəkmə aksiyası təşkil olunub.
Tərtər rayon Həbib Hüseynov adına Mamırlı kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən “Təbiətə qayğı” və “Təbiətsevərlər” dərnəkləri öz ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilir. Hər iki dərnəyin üzvləri ilboyu təbiətin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər, aksiyalar və ekoloji layihələr həyata keçirərək məktəb ictimaiyyətinin fəal hissəsinə çevriliblər.
Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüblər.
Yeni ismarıclar