Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.
Dövlət başçısı deyib:
Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.
Prezident İlham Əliyev Şavkat Miromonoviçi öz adından və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik edib.
Qeyd olunub ki, Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdən sevinirik.
Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Daha ətraflı »


Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə, enerji sektorunun inkişafında ciddi əhəmiyyətə malikdir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır. Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir.
Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edib.
İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümü tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən qarşıya 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qoyuldu. Həmin il avqustun 1-də Azərbaycan Hərb Nazirliyi təsis olundu. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov hərb naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
“Ümumdünya Qan Donoru Günü” münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Respublika Qan Bankı tərəfindən qan donorluğunun təşkili sahəsində fəal iştirakına və göstərdiyi dəstəyə görə təltif edilib.

Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri təşkil olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu il keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə əldə edən – 300 bal toplayan rayonun Sarov kənd tam orta məktəbinin məzunu Quliyeva Çinarə Rəşid qızı və 298 bal toplayan şəhər 5 saylı tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı ilə məzun olduqları məktəbdə görüşüb, ümumitəhsil pilləsində təhsilalanların yekun attestasiya imtahanında yüksək bal topladıqlarına görə onları təbrik edib. Hər iki məzun rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla mükafatlan-dırılıb, onların valideynlərinə və təhsil aldıqları məktəbin müəllimlərinə təşəkkür edilib.
Yaxşı xatirimdədir. Hələ tarixə gömülmüş keçmiş SSRİ dövründə doğulub boyabaşa çatdığım keçmiş Mirbəşir, indiki Tərtər rayonunda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu.
Tətilimizi başa vurub yenidən məktəbə qayıtdıqdan sonra nizam-intizamlı, əlaçı şagirdlər haqqında yazmağı düşündüm. Bu dəfə qərara aldım ki, məqaləmi “Qızıl Bayraq” qəzetinə şəxsən təqdim edim…
XX əsrin sonlarına doğru Qarabağ bölgəsində baş verən sosial-siyasi dəyişikliklər fonunda müxtəlif simvolik və ideoloji mahiyyət daşıyan abidələrin inşasına start verilmişdir. Bu cür abidələrdən biri də hazırda Azərbaycan Respublikasının işğaldan azad edilmiş Ağdərə rayonu ərazisində yerləşən və 1978-ci ildə inşa olunmuş “Marağa–150” memorialıdır.
Yeni ismarıclar