“Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnsitutunun nümayəndələri arasında onlayn görüş keçirilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı Azərbaycanın qadın və qızların maarif-ləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, “RASIT” tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.
Görüşdə “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, Mavritaniya İslam Respublikasının sabiq prezidenti Ameena Gurib-Fakim, Təhsil İnstitutunun (Tİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və digərləri iştirak edib. Görüşdə Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqo da təqdim olunub.
Qeyd edək ki, sözügedən müddət ərzində ölkəmizdə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” kimi elm sa-həsində çalışan qadın və qızların elmi tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mənzil qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşən “RASIT-in fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.



Bu sözləri görüşümüz zamanı Xalidə xanım dedi.
Cari tədris ili məktəbimizin kollektivi üçün sevincli hadisələrlə yadda qaldı. Belə ki, dərslərə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan binada başladıq. Məktəb binasının özü ilə yanaşı, bütün avadanlıqlar da yenilənib. Sinif otaqlarında, idman zalında, fizika laboratoiyasında uşaqların yaxşı oxumaları və sağlam böyümələri üçün hər cür şərait yaradılıb.
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib.
2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün xalqımızın yaddaşından heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.
Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında iştirak edib. Dövlət başçısı Universitetin tələbələri ilə görüşdə çıxış edib.
Bir il əvvəl – 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma baş verdi.
Yeni ismarıclar