Sahib Alıyev bildirib ki, Qərbi Azərbaycan icmasının üzvlərini etnik təmizləmə ilə üzləşdikləri doğma torpaqlarına qaytarmadan ABŞ Dövlət Departamentinin Qarabağı tərk edib gedənləri yenidən gətirib ora yerləşdirmək cəhdinin boşuna olduğu Xankəndindəki açılış və təməlqoymalarla sərgilənir. Və, okeanın o tayındakılar özləri də çox yaxşı fərqində idilər və fərqindədirlər ki, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icmasıyla bağlı səsləndirdiyi tələb yerinə yetirilmədiyi təqdirdə hayların Qarabağa dönmələri mümkünsüzdür. Dövlət Departamentinin formalaşdırdığı “faktaraşdırıcı missiya”ya hayların guya Qarabağda etnik təmizləməyə uğradıqları haqda tapşırıq verilməsində də əsas məqsəd heç də “miatsumçu”ları geri qaytarmaq deyil. Vudro Vilsonun nəvələri Njdenin törəmələrindən daha yüz il alət kimi faydalanmaq üçün indi də uydurma etnik təmizləməyə ehtiyac duyurlar. Oradakı hay diasporu üçün də bu, ekzistensial anlam daşıyır. Çünki əgər türk düşmənçiliyi davam etməsə, onda alət olaraq onlara da ehtiyac qalmayacaq və istifadə məqsədilə indiki kimi bəslənməyəcəklər. Yəni Dövlət Departamentinin “tapış” missiyası bizim regionda qarşıdurmanın uzun zaman qalmasının təmini üçün “fakt” istehsal etmək tapşırığı al-mışdı və o da yerinə yetirildi.
Sahib Alıyev qeyd edib ki, Çinlə strateji tərəfdaşlığın qurulması, Astanadakı yüksək səviyyəli üçtərəfli görüş, Xankəndində, Xocalıda yaşananlar və Şuşada keçirlən zirvə onu göstərir ki, cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün ssenarilərə, o sıradan da hayalətli siyasət yeridənlərin uzun müddət davam edəcək “etnik təmizləmə” uydurmalarına da hazırdır.
“YENİ TƏRTƏR”




Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndələr və rayon polis şöbəsi-nin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. 

Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində keçirilən növbəti səyyar qəbul-görüşündə səhiyyə, təhsil, mədə-niyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nü-mayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Nizami Salahov 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd tam orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kəndində kolxozçu işləmişdir. 1993-cü ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 703 saylı hərbi hissədə keçirmiş və Ağdərə istiqamətində ge-dən döyüşlərdə iştirak etmişdir.
1991-ci il oktyabrın 2-də Tərtər rayonunun Köçərli kəndində doğulub. 1998-ci ildə Köçərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2008-ci ildə onuncu sinfi bitirib. 2009-ci ilin oktyabrın 2-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti Naxçıvanın Şahbuz rayonunda keçib. Cəmi 10 ay əsgərlik çəkib. 2010-cu il iyulun 17-də ildırım vurması nəticəsində kardiogen şok keçirərək şəhid olub. Subay idi. Ailənin 2 övladından biri idi. Köçərli kəndində dəfn olunub. Ailəsi Köçərli kəndində yaşayır. Atası Asif 2021-ci il aprelin 16-da ürək çatışmazlığından dünyasını dəyişib. Bacısı ailəli olub, 2 övladı var. Hazırda anası Etibar Hüseynova ilə birgə yaşayır.
1 iyul 1961-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. Orta məktəbi 1976-ci ildə həmin kənddə bitirib. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1979-cu ildə Rusiyada aviasiya polkunda həqiqi hərbi xidmətini başa vurub.Qayıtdıqdan sonra Mingeçevir şəhərində yaşayıb, işləyib.
Sentyabrın 10-u 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. 1972-ci ildən 1977-ci ilə kimi Borsunlu tam orta məktəbində oxuyub. 1978-ci ildə Gəncə şəhərində yaşayan xalasıgildə qalaraq 37 nömrəli məktəbdə oxuyub. 1982-ci ildə həmin məktəbi bitirib. 19-83-cü ildə Tərtər rayon komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik xidməti Əfqanıstanda keçib. Bu müdətdə “Hərbi xidmətə görə” medalı ilə təltif olunub. 1985-ci ildə hərbi xidməti başa çatıb. Qayıtdıqdan sonra Gəncə şəhərində yaşayıb, işləyib.
1956-cı ildə Azadqaraqoyunlu kəndində doğulub. Doğma kəndində yaşayıb, tikinti işlərinin ustası kimi fəaliyyət göstərib. 1992-ci il aprelin 12-də könüllü olaraq polis dostu ilə birgə döyüşdə olan döyüşçülərimizə sila-sursat apararkən mühasirəyə düşüb, şəhid olub. 5 gündən sonra, 17 aprel tarixdə nəşi götürülərək Evoğlu kənd qəbiristanlığında dəfn olunub.
1929-cu ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Həmin kənddə yaşayıb, çalışıb. 2004-cü il fevral ayının 16-da Qapanlı kəndinin otlaq sahəsində özünə məxsus qoyunları otararkən qonşu Seysulan kəndi istiqamətindən snayperlə başından vurularaq şəhid olub. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
Yeni ismarıclar