Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17May

    Ulu Öndərin anadan olmasının101-ci ildönümü günündə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Birinci xanım Mehriban xanım Əliyeva Şuşada 1-ci yaşayış kompleksinin açılışında iştirak ediblər . Eyni zamanda onlar şəhərə ilk köçmüş sakinlərlə  görüşmüşlər.  Dövlət başçımız sakinlərlə görüşü zamanı bildirib ki, əziz şuşalılar doğma torpağınıza xoş gəlmisiniz. Uzun illərdir ki,  erməni vandalları sizi Şuşaya həsrət qoymuşdur. Mən Prezident seçildiyim ilk gündən sizlərə və ümumiyyətlə dədə-baba torpağından  köçkün düşmüş soydaşlarımıza söz vermişdim ki, sizləri doğma torpaqlarınıza qaytaracağıq. Biz verdiyimiz sözə əməl edərək 44 gün ərzində  şəhidlərimizin, qazilərimizin , Azərbaycan oğullarının canı –qanı bahasına torpaqlarımızı əsarətdən azad etdik.  Bu gün isə siz şuşalılar ilə bərabər digər işğaldan azad olunmuş rayonlarımıza məcburi köçkün soydaşlarımız doğma torpaqlarına qayıdır. Məhz buna görə biz şanlı ordumuza borcluyuq.

    32 ildən sonra  Azərbaycanın füsunkar təbiətinə malik olan Qarabağa həyat qayıdır. Bu tarix Qarabağın  yeni tarixinin başlanğıcı hesab edilməlidir. Bu gün Qarabağın tacı sayılan Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. 10 may tarixi Şuşalılar  üçün xüsusi və əlamətdar gündür. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz torpaqlarına qayıdırlar.

    Görüş zamanı möhtərəm Prezidentimiz  İlham Əliyev  cənabları ilk olaraq 44 günlük Vətən müharibəsi zamanı qələbəni bizə bəxş edən cəsur, igid və qəhrəman oğullarımızın şücaətindən danışdı.

    Son illərdə vətənpərvər ruhda böyüyən və formalaşan oğullarımız olmasaydı,  bu qələbəni qazanmaq mümkünsüz olardı. Məhz bu qələbənin təməli onların qəhrəmanlığı, igidliyi və şücaəti sayəsində olmuşdur. Bu gün bütün dünyada rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından,  44 günlük Vətən müharibəsində  göstərdiyi şücaət, cəsarət və vətənpərvərlik ruhundan danışılır. Bu da dövlət və millət olaraq hər birimiz üçün qürur, fəxr, sevinc mənbəyimizdir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı rəşadətli, müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.

    Şuşa şəhəri öz əvvəlki tarixi memarlıq görkəmini saxlamaqla bərabər ən müasir formada yenidən qurulur. Şuşada yeni yaşayış kompleksləri inşa edilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir.

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

     

    Müəllif: Redaktor, 08:58

İsmarıclar bağlıdır.