Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Firdovsi Əliyevi evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Firdovsi Əliyev 1992-ci ildə hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 14-də Suqovuşan ərazisində düşmənin atdığı artilleriya mərmisi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
Firdovsi Əliyevə söylədi ki, müharibə zamanı aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən mənzillə və avtomobillə təmin olunmuşdur.
Görüş zamanı keçmiş döyüşçü onu da bildirib ki, uzun illər torpaqlarımızın işğal altında qalması qazilərimizi çox narahat edirdi. Ona görə də daimi olaraq bu barədə gənclərlə söhbətlər aparır, gənclərin vətənpərvərlik tərbiyəsində böyümələrinə çalışırdılar. İndi çox şükür, gənc nəsil Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Qələbə qazandı, xalqımızın başını uca etdi.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






Bu sözləri I Qarabağ müharibəsi şəhidi Məmməd Abbasovun anası Atlas Abbasquliyeva deyib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 100 illik yubileyi münasibətilə onu ziyarət edərkən ana öz ürək sözlərini söyləyib.
31 – dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tərtər rayon İcra Hakimiyyətinin və “Səma və Eko” sosial-iqtisadi inkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Tərtər İstirahət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün bayram şənliyi keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ədliyyə İşçilərinin Peşə Bayramı və 105 illik yubileyi münasibəti ilə “Heydər Əliyev Azərbaycanda ədliyyə və məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssissə və təkilat rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və Tərtər Peşə məktəbinin tələbələrinin 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Növbəti qəbulda 19 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Yeni ismarıclar