Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə tərtərlilərə
    T Ə B R İ K İ

    Əziz tərtərlilər!
    Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni təqvim ilinin başlanması və Böyük Zəfər–respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
    2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olundu. Bu münasibətlə respublika Prezidenti 28 noyabr 2022-ci il tarixində “ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı“ təsdiq edilməsi haqqında” daha bir sərəncam imzaladı.
    Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər –elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzdakı Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.
    Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.
    “Heydər Əliyev İli”ndə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Möhtərəm Ali Baş Komandan,məğlubedilməz sərkərdə cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi,Xocalı ,Xocavənd və digər ərazilərdə öz əli ilə Azərbaycan Bayrağını dalğalandırdı.Azərbaycan xalqına verdiyi bütün vədlərə və ata vəsiyyətinə əməl etdi.Məhz “Heydər Əliyev İli”ndə Müstəqil Azərbaycanımız öz suverenliyinə, tam ərazi bütövlüyünə qovuşdu.
    Artıq işğaldan azad olmuş ərazilərə böyük qayıdış başlayıb. Sözsüz ki,ölkə rəhbərinin diqqət və qayğısı ilə həmin ərazilər yenidən gülüstana çevriləcək,işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-abadlıq, quruculuq işləri həmin ərazilərin xoşbəxt gələcəyindən xəbər verir.
    “Heydər Əliyev İli”ndə tərtərlilər əmək cəbhəsində də nailiyyət qazanıblar.
    Yola saldığımız 2023-cü ildə taxılçılarımız 8929 hektar sahədə taxıl becəriblər.Taxıl istehsalı ötən illə müqayisədə 17,1 faiz artıb, orta məhsuldarlıq buğda üzrə 44,3 sentner,arpa üzrə 42,5 sentner olub.
    Pambıqçılıq kənd təsərrüfatının gəlirli sahəsidir. Bu il rayonumuzun pambıqçıları əkdikləri 2242 hektar sahədən 6301 ton “ağ qızıl” götürüblər. Hazırda pambıq yığımı davam edir.
    Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2023-cü ildə dövlətə 14,8 ton barama təhvil veriblər. Ötən illə müqayisədə barama tədarükü 45,3 faiz artıb.
    2023-ci ildə rayonda 17,9 hektar sahədən fiziki çəkidə 1137,8 ton şəkər çuğunduru götürülüb.
    Əziz tərtərlilər, qarşıdan Yeni il gəlir.Yeni ildə birlikdə yeni uğurlara imza atacağıq.
    İnanıram ki, qarşıdan gələn 2024-cü il də bizim xalqımız, dövlətimiz üçün əlamətdar olacaq. Yeni ildə keçiriləcək 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək.
    Müstəqil Azərbaycanımızın işğaldan azad edilmiş torpaqları, erməni vandalizminə məruz qalmış şəhər və kəndləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa ediləcək. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, bərpa illərində də birlik nümayiş etdirəcək.
    Əziz tərtərlilər, bir daha Sizi Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni təqvim ilinin—“Yaşıl dünya naminə həmrəylik ili”nin başlanması münasibəti ilə təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlıqı arzulayıram. İnanıram ki, keçirilən prezident seçkilərində öz layiqli namizədinizə səs verəcək, hamılıqla seçkilərdə fəal işrtirak edəcəksiniz.
    Allahdan Ümummilli liderə rəhmət,onun bizə əmanət etdiyi oğlu Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan,qalib sərkərdə İlham Əliyevə isə cansağlığı arzulayırıq. Tərtərlilər ölkə rəhbərini dəstəkləyir, həmişəki kimi öz Prezidentlərinin yanındadırlar və seçkilərdə fəal iştirak edəcəklər.
    Bayramlarıınız mübarək!

     

     

     

    Müəllif: Redaktor, 12:19

İsmarıclar bağlıdır.