Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,108
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06İyl
    Kəndlərimiz Kəndimizdəki dəyişikliklər məni sevindirir üçün şərhlər bağlıdır

    Uzun illər kəndimizdəki orta məktəbdə müəllim, uşaq bağçasının müdiri işləmişəm. Sonralar şəhərə köçdüm, Sumqayıt Dövlət Universitetində çalışdım.
    İndi təqaüdə çıxıb, yenidən doğma kəndimizə qayıtmışam.
    Bu dəfə kəndimizdə gördüyüm mənzərə gənclik illərimdə olduğu kimi deyil. Müasir infrastruktur yaradılıb. Daimi işığımız, qazımız və suyumuz olur. Yollarımız rahatdır. Hətta bütün evlərə internet xətti çəkilib. Yəni məişətimiz şəhər sakinlərinin həyatından geri qalmır.
    Bu yaxınlarda rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun kəndimizdə keçirilən səyyar qəbul-görüşündən sonra isə, sakinlərin müraciəti əsasında, köhnə elektrik transformatoru yenisi ilə əvəz olunub. Bu isə yaxşılığa doğru daha bir addımdır.
    Evoğlu camaatı həyat şəraitimizin daha da yaxşılaşmasına qayğı ilə yanaşdığına görə rayon rəhbərinə və Tərtər Elektrik Şəbəkəsinin işçilərinə təşəkkürünü bildirir. Arzu edirik ki, kəndimizin gəncləri gedib şəhərlərdə təhsil aldıqdan sonra yenidən doğma ocaqlarına qayıtsınlar, ocaqlarımız isə isti və gur işıqlı olsun.

    Şeyda Quliyeva,
    Evoğlu kəndinin sakini

  • 09İyn
    Kəndlərimiz İcra başçısının səyyar qəbul-görüşü zamanı edilən müraciət öz həllini tapıb üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Düyərli kəndində keçirilən səyyar qəbul görüşü zamanı kənd  sakin İbrahimova Surayyə Saday qızı müraciət edərək həyətyanı sahəsinə gedən suvarma arxının təmizlənməsini xahiş edib.

    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən xüsusi texnika vasitəsilə qeyd olunan suvarma arxı lildən təmizlənib.

    Kənd sakini müraciətinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

     

  • 03Okt
    Kəndlərimiz TARİXMİZİ UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    NARINCLAR KƏNDİ

    Narınclar Ağdərə rayonunun qərbində ən ucqar dağ kəndlərindən biridir. Narınclar kəndi rayon mərkəzindən 76 km məsafədə dağətəyi maili düzənlik ərazidə yerləşir. Kənd Qırxqız, Pirdağı dağları və məşhur Taxtabaşı adlı yer ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan götürür. Narınclar kəndi şimaldan Kəlbəcər rayonu, cənubdan Ağdərə və Ağdam rayonları, Qərbdən Laçın rayonu ilə əhatə olunmuşdur. Ağdərə rayonunun Vəngli, Qozlu kəndlərinin ərazisi ilə əhatələnmişdir.

    Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar. Narınclar kəndinin ərazisi İs mayıl bəy tərəfindən qızı Narınca cehiz qismində bağışlanıb. Bu evliliyin timsalında əcdadlarımızın əlamətləri nəsildən nəsilə ötürülmüşdür. El arasında bu yurd Kolanı Narıncları kimi tanınır.
    Dəyərli ziyalımız, tarixçi alim Nizami Əjdər oğlunun Narınclar kəndinin tarixinə həsr olunmuş və Qarabağ tarixinə, bütövlükdə Azərbaycan tarixinə dəyərli tövhə olan 396 səhifədən ibarət “Zəfərdən El-oba irsimizə” adlı monoqrafiyası Narınclar kəndinin tarixi haqqında olduqca dəyərli mənbədir. Ona istinadən kənd haqqında bəzi məlumatlar da “Qarabağın Ağdərəsi” adlı monoqrafiyasında öz əksini tapmışdır.
    Narınclar kəndi həm də Alban abidələri ilə zəngindir. Pirdağın zirvəsində böyük bir pirziyarətgah yerləşir. Qarabağın hörmətli və nüfuzlu seyid nəsli, peyğəmbər, imam övladı Məşədi Seyid Rza ağanın məqbərəsi ziyarətgah idi.
    Narınclar kəndinin ziyalısı, tarixçi alim Nizami Əjdər oğlunun sözügedən dəyərli monoqrafiyasında yazdığı tarixi məlumatlara əsasən XII-XVIII əsrdə kənd ərazisi Xaçın məlikliyinə tabe olub. Ağdərə kəndlərində 1920-ci il avqustun 22-də kənd təsərrüfatı artelinin, avqustun 24-də isə kommunalların yaradılması barədə Nizamnamə qəbul edildi. Ağdərə rayonunda kollektivləşmənin faizi 1934-cü ildə 67,0, 1937-ci ildə 91,7, 1940-cı ildə 99,1, 1941-ci ildə 99,8 olmuşdur. Narınclar kəndində kollektiv təsərrüfat (kolxoz) 1937-ci ildə yaradılmışdır. Həmin ildən kolxoz sədri, 1955-ci ildən isə kənd sovei sədri, yəni hazırkı icra nümayəndəsi təyin olunmuşdur: Daha ətraflı »

  • 06Avq
    Kəndlərimiz MÜASİR KƏNDLƏRİMİZ: BURUC üçün şərhlər bağlıdır

    Buruc rayon mərkəzinə ən yaxın olan kəndlərimizdən biridir. Buranın gözəl təbiəti var.
    İnsanları isə qoçaq və zəhmətsevərdirlər. Hələ Sovet dönəmində Buruc kəndinin daxil olduğu keçmiş “Şəfəq” kolxozunun adı rayonda qabaqcıllar sırasında çəkilirdi. Dövlətə pambıq və digər kənd təsərrüfatı məhsulları satışında “Şəfəq” kolxozu yarış cədvəlinin birinci pilləsində yer alırdı. İndi isə kənd sakinləri öz pay torpaqlarında əkib-becərir, mal-heyvan saxlayırlar. Hazırda Buruc kəndi nəinki rayonumuzda, respublikada müasir infrastrukturu ilə seçilən yaraşıqlı və abad kəndlərdən biridir. Əhalinin sayı 1253-ə nəfərə çatıb. Kənd fasiləsiz olaraq elektrik enerjisi, mavi yanacaq və su ilə təmin olunur. Bura yeni internet xətti çəkilib. Kəndin 537 hektar ərazisi, 291 təsərrüfatı var. Ərazidə 1 məktəb, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə obyekti fəaliyyət göstərir. Kənd əhalisi əkinçilik və malıdarlıqla məşğul olurlar. Sakinlər 483 baş iribuynuzlu, 580 baş xırdabuynuzlu heyvan, 3120 baş quş, 92 arı ailəsi saxlıyırlar. Daha ətraflı »

  • 06Avq
    Kəndlərimiz İmarət- Qərvənd – düşmən tərəfindən yandırılan və yenidən doğulan kənd üçün şərhlər bağlıdır

    (Əvvəli ötən sayımızda)
    Əgər 1991-ci il sentyabrın 17-dən 24-ə qədər ov tüfəngi ilə döyüşülərək hər gün, hər saat, hər an dağlardan kömək gələcəyi gözlənilirdisə, 29 il sonra, 2020-ci ildə bu kömək gəldi və 32 il sonra, 2023-cü ilin sentyabrında isə erməni quldurları “Dəmir Yumruğ”un yeni zərbəsinə tab gətirə bilmədilər. Hər tərəfdən, o cümlədən dağlardan gələn kömək kəndlərimizi azad etdi.
    Kəndin yaylaqları: Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
    Kəndin bulaqları: Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı və Çömçə bulaq.
    Kəndin məhşur yerləri: Ərikli, Ərikliocagi-Pir, Pirpəyə, Uzundərə, Çayyeri, Soltanbəyin yurdu, Ədilbəyin yurdu, Mehtibəyin yurdu, Əliuçan, Qoşdaş, Soltanbəyin Çinarlari (1200 yaş), Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri (Ciqrayeri – Tütün əkilən yer), Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu, Kurqan, Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligöl.[Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.] Daha ətraflı »

  • 28İyn
    Kəndlərimiz BAŞ GÜNEY (BAŞ GÜNEYPƏYƏ) KƏNDİ üçün şərhlər bağlıdır

    (Əvvəli keçən sayımızda)
    Pəyə sözü isə hər zaman mal-qaranın saxlanc yeri olaraq qəbul edilib. Belə olan halda da pəyə sözünün yaşayış yeri kimi təqdim olunmasının doğru olmadığı qənaətinə gəlirik.
    Baş Güneydə olan yer adları. Yaşlı nəslin nümayəndələri Baş Güney kəndi ərazisində olan yer adları barədə danışarkən iki yerin adı xüsusilə çəkilirdi. Bunlardan biri el arasında “PƏLƏNGƏ” adlanan yerdir. Kəndin əsas giriş yolu bu cür adlansa da, bu barədə başqa bir fərziyyə irəli sürülür. Deyilənə görə, vaxtı ilə həmin ərazi sıx meşəlik və qalın qızılcıq kolluqdan ibarət olub. Bitki örtüyünün qalın olmasına görə burada bir çox vəhşi heyvanlar məskən salır. Deyilənə görə, bu yerin adı bir çobanın göstərdiyi şücaətlə bağlıdır. Belə nəql edilir ki, yaylağa köç edən zaman sürünün qarşısına çıxan vəhşi pələng çox olur. Əli adlı çoban pələngi yalın əllə öldürməyə nail olur. Əlinin həddindən artıq cəldliyi və vəhşi heyvanı zərərsizləşdirməsi ona el arasında “PƏLƏNG ƏLİ” təxəllüsünü qazandırır. Bundan sonra həmin yerin adı eynilə səsləndirilsə də, sonralar el arasında “PƏLƏNGƏ” kimi tanınır.
    İkinci yer isə kəndin ərazisindən axan “QABARTI” çayının adıyla bağlıdır. Bu çayın adı bir neçə versiyada “QABARDI”, “QABARTÜ”, “QAB ARTIQ” kimi səsləndirilib. Birinci versiya barədə səsləndirilən fərziyyədə deyilir ki, vaxtı ilə bu çayın məcrası çox geniş olub. Bol suyu olan çayın hündürlüyü 10 metrdən çox olub. Bütün il boyu həddindən artıq sürətlə axan çayın suyu qabararaq gəldiyi üçün adına “QABARDI” deyilib. Digər versiyada isə deyilir ki, tarixi şəxsiyyətlərdən biri bu yerdən keçərkən çayın sahilində yemək süfrəsi açdırır. Daha ətraflı »

  • 20İyn
    Kəndlərimiz BAŞ GÜNEY (BAŞ GÜNEYPƏYƏ) KƏNDİ üçün şərhlər bağlıdır

    Məlum Qarabağ zəfərimizdən sonra Ali Baş Komandan, məğrur liderimiz, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən rəsmi olaraq öz tarixi statusunun bərpasına nail olan Ağdərə rayonunun nadir və qədim tarixini özündə, hər qarışında yaşadan incilərindən biri də Baş Güney kəndidir. Nəzərinizə çatdıraq ki, ümumiyyətlə məlum səbəblərə görə Qarabağın Ağdərəsinin tarixini araşdırmaq, yazmaq kifayət qədər məsuliyyətli və bir o qədər də çətindir. Bu kəndin tarixinin araş-dırılması da mühüm məsələlərdən biridir. Sözügedən məsələni geniş təfərrüatlı araşdıran dəyərli tədqiqatçı Daşqın Güneylidir. Oxucuların nəzərinə çatdırılan məsələlər Daşqın Güneylinin 2013-cü ildə qələmə aldığı “Kəmərin qan yaddaşı” əsərindən bir parçadır ki, bu da qarşıda qoyulan missiyamıza xüsusi bir təkandır.
    Əlavə olaraq, qeyd edə bilərəm ki, Baş Güney kəndinin tarixi haqqında daha bir dəyərli fakt XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan “Qanlı illər” adlı əsəridir. Həmin əsər uzun illərin siyasi təbəddülatlarından keçmiş tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Bu tarixi mənbədə kəndin adı Göynəpay deyə qeyd olunmuşdur. Sözügedən hissəni mənbənin 63-cü səhifəsində qeyd olunduğu kimi diqqətinizə çatdırırıq: “3-cü sahə isə Dağbasar köylərindən ibarət olub əksəriyyətdə varlı və sərvət sahibi olan ermənilərin əlində idi. Bu sahədə islam köyləri fəqət Dəmirli, Hacıqərvənd, Çıraqlı, Ümidli, İmarət Qərvənd, Xaçın çayı boyunca Şaxavənd, Köynəpay, Əliağalı, Sırxavənd, İsmayılbəyli kimi sair dağlıq köylərdən ibarətdir ki, Kolanılar adlandırılmışdır” Daha ətraflı »

  • 31Avq
    Kəndlərimiz Rayon rəhbərinin İlxıçılar kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    KƏNDİN İQTİSADİYYATI MÖHKƏMLƏNİR, TİKİNTİ
    VƏ ABADLIQ İŞLƏRİNƏ DİQQƏT ARTIR

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun İlxıçılar kəndində keçirilən qəbul-görüşündə səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən danışıb. Daha ətraflı »

  • 07Yan
    Kəndlərimiz UMUDLU XATİRƏLƏRİNDƏN üçün şərhlər bağlıdır

                                                                                            AĞAC KÖLGƏSİ

    Yolçular artıq xeyli yol qət etmişdilər. El yolu nə qədər maraqlı, ətraf nə qədər mənzərəli olsa da, yorğunluq hiss edilməkdə idi. Bir tərəfdən də isti onları təntidir, aclıq hissi baş qaldırırdı. Döngəni burulanda yolun solunda, meşənin ətəyində qayalara söykənmiş üçbucaq şəkilli bir düzəngah göründü. Ortalıqda qol-budaqlı bir agac da vardı.Yaxınlaşanda gördülər ki, agacın kökgəsində qırmızı daşların arasından bir bulaq çağlayır. Deməli, bu Daşbulaq idi və Sərsəngə lap az, kəndə isə yeddi-səkkiz kilometr qalırdı. Əl-üzlərini yudular, bulağın sərin suyundan doyunca içdilər. Ağacın dibindəki daşların üstündə oturub dinclərini almağa başladılar. Düzəngahda qayanın dibinə bir köç düşmüşdü. Səyyar alaçıq qurulmuşdu. Alaçığın yanında bir qadın sac asıb yuxa bişirirdi. Qadın birdən sacın arxasından qalxdı. Sonra əlində bir ağ bükülü onlara yaxınlaşdı. Əlindəki süfrəni onların qənşərindəki yastı daşın üstünə açdı və dinməzcə də qayıdıb getdi. Yolçular isti yuxaya bükülmüş qoyun pendirini ləzzətlə yeyib qalxdılar və yollarına davam etdilər. Heç kim heç nə demədi. Sözə ehtiyac yox idi. Mənzil Umudlu kəndinə idi. Təyinat almış bu iki gənc müəllim gəlib Umudlu məktəbinə yetişdilər. Onların ömür yolları dogma məktəbin ömür yoluyla qoşalaşaraq 1991-ci ildən davam etdi. Daha ətraflı »

  • 28Noy
    Kəndlərimiz SEYDİMLİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır

    dsc_0158Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də əlavə olunub.
    Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəri-qaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirakdsc_0141 ediblər.
    Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə əvəzi Nərmin Vəliyeva tədbiri açaraq tədbir iştirakçılarına kənd haqqında məlumat verib. Bildirib ki, 2733 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28656 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən sosial-iqtisadi inki-şafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 43-ü təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində də qaz çəkilişi işləri davam etdirilir. Daha ətraflı »

    Teqlər: