Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq

    KƏNDİN İQTİSADİYYATI MÖHKƏMLƏNİR, TİKİNTİ
    VƏ ABADLIQ İŞLƏRİNƏ DİQQƏT ARTIR

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun İlxıçılar kəndində keçirilən qəbul-görüşündə səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən danışıb.
    Qeyd olunub ki, Azadqaraqoyunlu kənd tam orta məktəbi uzun illərdir ki, yararsız vəziyyətdə idi. Şəraitsizlik şagirdlərin təhsil səviyyəsini də aşağı salırdı. Yeni dərs ilində məktəblilər 320 şagird yerlik yeni məktəbdə təhsil alacaqlar. İcra başçısı respublika Prezidentinin sərəncamı ilə rayonun Xoruzlu kəndində 432 şagird yerlik yeni məktəb binasının tikilərək istifadəyə verildiyini, yeni tədris ilində isə şəhər 5 saylı tam orta məktəbi üçün 360 şa-gird yerlik məktəb binasının şagirdlərin istifadəsinə veriləcəyini bildirib.
    Sonra o, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarının müdafiəsinə dəstək verməsindən danışıb.
    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
    Bildirilib ki, İlxıçılar kəndinin 470 hektar ərazisi, 281 təsərrüfatı, 1108 nəfər əhalisi var. Ərazidə 2 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 7 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
    Sakinlər 487 baş iribuynuzlu, 346 baş xırdabuynuzlu heyvan, 4217 baş quş, 8 arı ailəsi saxlayırlar.
    Son üç ildə İlxıçılar kəndində 800 m kəndarası yollar cari təmir olunub, su arxları 1100 m məsafədə lildən təmizlənib, 320 şagird yerlik Azadqaraqoyunlu kənd tam orta məktəbi tikilib, Evoğlu-Aşağı Qapanlı-Azadqaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərini birləşdirən 11 km kəndlərarası yol asfalt örtüyü ilə üzlənib, kəndarası elektrik xətləri kabelləşdirilib, telefon və internet xətti ilə təmin olunub, kəndarası yollar təmir edilib, yolkənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
    Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    İcra başçısı sonra sözü sakinlərə verib.
    Kənd sakinlərindən Cabbar Rüstəmov və Firuzə Bayramova işlə təmin olunma, Mübariz Əliyev işğaldan azad olunmuş Talış kəndinə getmək üçün icazənin verilməsi, Həsənəli Əhmədov kəndin ərazisində olan köhnə klub binasının sökülməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bə-ziləri yerində həll olunub, bir qismi nəzarətə götürü-lüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    * * *
    Rayon rəhbərinin növbəti qəbul-görüşü Poladlı kəndində keçirilib.

     

    Müəllif: Redaktor, 11:01

İsmarıclar bağlıdır.