Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,271
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Noy
    Milli-mənəvi dəyərlər Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş film nümayiş edilib üçün şərhlər bağlıdır

    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “SOY Produc-tion” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva,YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər.
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    “SOY Production” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva tədbir iştirakçılarına filmin hazırlanması, ideyası və ərsəyə gəlmə prosesi haqqında məlumat verib.
    Dilarə xanım bildirib ki, bu gün Azərbaycanın qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən birinə həsr olunmuş “Düşmənə qarşı tək” filminin nümayişi münasibətilə bir araya gəlmişik. Bu film Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi misilsiz şücaətlə xal-qımızın yaddaşında əbədi yer tutmuş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və döyüş yoluna həsr olunub. Natiq Qasımovun qəhrəmanlığı Vətənə sədaqətin, cəsarətin, iradənin və mənəvi gücün parlaq nümunəsidir. Onun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Belə qəhrəmanların həyat yolunun öyrənilməsi, onların şücaətinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Bu baxımdan, “Düşmənə qarşı tək” filminin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması mühüm əhəmiyyət daşıyır. Müasir texnologiyaların imkanlarından istifadə edilməklə hazırlanmış bu ekran əsəri tarixi yaddaşımızın qorunmasına, milli qəhrəmanlarımızın tanıdılmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir. Daha ətraflı »

  • 22Okt
    Milli-mənəvi dəyərlər Yubiley yaşını qeyd edən YAP veteranları ilə görüş keçirilib üçün şərhlər bağlıdır

    21 oktyabr 2026-cı il tarixində YAP Tərtər rayon təşkilatının inzibati binasında yubiley yaşını qeyd edən partiya veteranları ilə çay süfrəsi ətrafında görüş keçirilib.

    Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, partiya veteranları Cəfərova Nazilə Əli qızı və Şəmilov Cəfər Hilal oğlu iştirak ediblər.

    YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyası veteranlarının dövlətə və dövlətçiliyə sədaqətini yüksək qiymətləndirib, onların rayonun ictimai-siyasi həyatında fəal iştirakının vətəndaş-partiya münasibətlərinin möhkəmlənməsi baxımından mühüm dayaq olduğunu vurğulayıb.

    Partiya veteranları YAP-ın yarandığı ilk illərdən, keçdikləri şərəfli ömür yolundan bəhs edib, onlara göstərilən diqqət və qayğının böyük mənəvi stimul verdiyini qeyd ediblər.

    E.Əsədov yubilyarları təbrik edərək onların mənalı ömür yolundan və rayonun ictimai-siyasi həyatında göstərdikləri xidmətlərdən danışıb. O, Yeni Azərbaycan Partiyasının ən çətin dövrlərində fədakarlıq göstərmiş bu insanların zəngin təcrübəsinin gənc nəsil üçün böyük örnək olduğunu bildirib.

    Sonda yubilyarlara qiymətli hədiyyələr təqdim olunmuşdur.

     YAP Tərtər Rayon Təşkilatı

  • 19Okt
    Milli-mənəvi dəyərlər Tərtərdə 18 Oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub üçün şərhlər bağlıdır

    18 Oktyabr–Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb

    Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

    Rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri  Zabil Paşayev tədbir iştirakçılarını 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə  təbrik edərək, çıxış edib. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının tarixində mühüm hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və suverenliyimizin tam təmin olunması ölkəmizin tarixində yeni mərhələ açıb. Daha ətraflı »

  • 19Okt
    Milli-mənəvi dəyərlər Rayon rəhbəri 87 yaşlı kənd ağsaqqalını evində ziyarət edi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hüsənli kəndində 87 yaşlı Ağayev Yusif Hacı oğlunu evində ziyarət edib, onunla səmimi söhbət aparıb.

    Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Gülüstan Əhmədova da  iştirak ediblər.

    Uzun illər müəllim kimi fəaliyyət göstərən ağsaqqal ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib, neçə-neçə şagirdin həyat yoluna işıq salıb. Onun yetirmələri arasında bu gün cəmiyyətin müxtəlif sahələrində çalışan insanlar var.

    Rayon rəhbəri müəllimin həyat və fəaliyyət yolu, pedaqoji təcrübəsi ilə maraqlanıb, onunla xatirələrini bölüşüb. İcra başçısı ağsaqqal müəllimə uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzulayıb.

    Yusif müəllim belə görüşlərin yaşlı nəslin nümayəndələrinə, ömrünü xalqın maariflənməsinə və gənc nəslin yetişməsinə həsr etmiş ziyalılara göstərilən diqqət və ehtiramın ifadəsi olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 07Okt
    Milli-mənəvi dəyərlər Şəhidlər Abidə kompleksi ziyarət edilib üçün şərhlər bağlıdır

    Sentyabrın 27-si səhər saatlarından başlayaraq respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da 27 Sentyabr – Anım Günü münasibətilə anım mərasimləri keçirilib.
    Şəhidlər Abidə Kompleksində təşkil olunan anım mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Rayon Ağsaqqallar Şurası-nın sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə təzə tər gül dəstələri düzüblər. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.
    Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, xalqımızın birliyindən və şəhidlərimizin göstərdiyi misilsiz şücaətdən bəhs edib. Rayon rəhbəri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının hər zaman prioritet olduğunu vurğulayıb.
    Daha sonra Vətən Müharibəsi şəhidi Elnur Abbasovun atası Yaşar Abbasov çıxış edərək, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, şəhidlərimizin qanının yerdə qalmadığını, torpaqlarımızın azad olunması ilə ruhlarının şad olduğunu qeyd edib.
    Ziyarətdən sonra tədbir iştirakçıları Anım Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

     

  • 07Okt
    Milli-mənəvi dəyərlər Anım Günü münasibətilə ehsan süfrəsi təşkil olunub üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açılıb.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
    Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və Vətən uğrunda canlarını qurban vermiş tərtərli qəhrəmanlardan söhbət açıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Ordumuz düşməni məhv edərək tariximizə zəfər səhifəsi yazdı və şəhidlərimizin qisası döyüş meydanında alındı. 2023-cü il sentyabrın 19-da keçirilən uğurlu lokal xarakterli antiterror əməliyyatları ilə ölkəmizin suverenliyi tam bərpa olundu. Daha ətraflı »

  • 07Okt
    Milli-mənəvi dəyərlər Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır

    Çətin və şərəfli peşə sahibləri

    Tərtər Rayon Prokurorluğunun kollektivi Prokurorluq İşçilərinin Peşə Bayramı Gününü və milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünü geniş şəkildə qeyd ediblər.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə və məhkəmə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsinin önünə gül dəstələri düzüblər.
    Daha sonra tədbir rayon icra hakimiyyətinin zalında davam etdirilib.
    Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğ-runda canlarından keçmiş şəhidlərin və dünyasını dəyişmiş prokurorluq işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Daha ətraflı »

  • 07Okt
    Milli-mənəvi dəyərlər Ağsaqqal ömrü gənc nəslə nümunədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Beynəlxalq Ahıllar Günündə rayonun Zolgörən kəndinin ağsaqqalı Nəbi Ələkbərovu 70 illik yubileyi münasibətilə evində ziyarət edib.
    Səmimi görüş zamanı yubilyarı əlamətdar yaşı münasibətilə təbrik edən rayon rəhbəri ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulayıb.
    Qeyd olunub ki, xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların mühüm rolu vardır.
    İcra başçısı Nəbi Ələkbərovun həyat yolunun, ictimai fəaliyyətinin və cəmiyyətimizə verdiyi töhfələrin təqdirəlayiq olduğunu bildirərək, ona bundan sonrakı həyatında da uğurlar arzulayıb.
    Qeyd edək ki, ağsaqqalın əmək fəaliyyəti Bölgə Təcrübə Stansiyası ilə bağlı olub. O, uzun illər həm də stansiyada ilk həmkarlar təşkilatının sədri kimi ictimai vəzifə daşıyıb.
    Öz növbəsində yubilyar göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib, rayon rəhbəri ilə səmimi söhbət edib.
    Görüş xoş arzular və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

  • 06Okt
    Milli-mənəvi dəyərlər Tərtərdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

    Tədbirdə  rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə  nümayəndəsi Fərid Haçıyev, Tərtər Peşə məktəbinin direktoru Əli Babayev, məktəb diretorları, körpələr evi-uşaq bağcalarının müdirləri, əməkdar və gənc  müəllimlər, ümumilikdə 200 nəfərdən çox təhsil işçisi iştirak edib.

    Təhsil işçiləri əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.

    Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib. Daha ətraflı »

  • 28Sen
    Milli-mənəvi dəyərlər 27 Sentyabr Anım Günündə bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, onların qanı ilə yazılan tarixi zəfərimizlə qürur duyuruq üçün şərhlər bağlıdır
    27 Sentyabr – Azərbaycan xalqının tarixi yaddaşına həm dərin hüzn, həm də sonsuz qürur günü kimi həkk olunmuşdur. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.
    Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərimizin müqəddəs xatirəsi barədə demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
    Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi. Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti də bu düşmənçiliyi dərinləşdirdi. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905–1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918–1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
    Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası növbəti faciələrə yol açdı. 1948–1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmışdir.
    Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
    Müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti oldu. Münaqişənin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
    30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Lakin Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayıcı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Bu hərbi təxribat sülhsevər və tolerant Azərbaycan xalqının səbir kasasına son qoydu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.
    Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Qələbə hərbi-siyasi yollarla təmin edildi. Hərbi müstəvidə əldə edilmiş qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
    Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur! Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi.
    Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə vurğulamışdır: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
    Anım Günü dərin ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
    Şəhidlərimizin əziz xatirəsi hər il sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunur. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu yürüşdə iştirak etmişdilər.
    Dövlət hər zaman öz əsgərinin yanındadır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunmuşdur. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması yeni Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.
    Prezident İlham Əliyevin təşəbbüsü ilə salınmış Hərbi Qənimətlər Parkının açılışı 2021-ci il 12 aprel tarixində olub. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
    Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdır. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
    2025-ci ilin noyabrın 8-də Zəfər muzeyinin açılışı olmuşdur. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.
    Bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən hərtərəfli köməklik göstərilir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən yuxarı şəxs öhdəliyə götürülmüşdür, 96 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.
    Bütün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Şəhidlərimizin qanı ilə yazılan bu şanlı Zəfər Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq