Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,847
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    Tərtər şəhər İsmayıl Məmmədov adına 2 nömrəli məktəb-liseydə və Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, “Uşaqların Gələcəyi Naminə” İB-nin sədri Könül Quliyeva, Milli Mədəniyyətin Təbliği İBnin sədri Jalə Cəfərova, 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Ələkbərova və 6 nömrəli tam orta məktəbin direktoru Rüfət İsmayılov, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
    “Milli-mənəvi dəyərlərin araşdırılmasında məktəb və ailənin rolu” layihəsi haqqında məlumatlar, həmçinin tədbirin məqsədindən, milli-mənəvi dəyərlərin qo-runmasında uşaqlarımızın, yeniyetmələrimizin və gənclərimizin milli ruhda tərbiyə olunmasının rolundan, məktəb-ailə münasibətinin gücləndirilməsindən  danışılıb. Mövzu ətrafında müzakirələr aparılıb.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    Müəllif: Redaktor, 09:56

İsmarıclar bağlıdır.