Suqovuşanın adı çəkiləndə hər birmiz həm sonsuz qürur hissi keçirir, həm də bu torpaq uğrunda qan tökən, şəhid olan oğullarımızı xatırlayırıq. Hər qarışı igidlərimizin qanına boyanan Suqovuşan kəndi 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk ərazilərimizdəndir.
3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
Bu gün Suqovuşana yeni həyat qayıdıb. Öz doğma sakinlərinə qucaq açan kənd yenidən tikilib, abadlaşıb. Burada idman yarışları keçirilir, həmçinin Suqovuşan Su Anbarının suyundan ətraf rayonların kənd təsərrüfatı əkinlərinin suvarılmasında istifadə olunur.

Suqovuşan (işğal dövründə Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən kənddir. Etimologiyaya görə Tərtər və Torağayçay çaylarının birləşdiyi ərazi olduğu üçün adı Suqovuşandır.
1943-cü ildə Suqovuşan kəndinə şəhər tipli qəsəbə statusu verilmişdir. 1949-cu ildə qəsəbə ərazisində mebel fabriki, əhəng istehsalı sexi fəaliyyət göstərirdi. 1953-cü ildə orta məktəb açılmışdır. 1970-ci ildə şəhər tipli qəsəbədə 271 nəfər yaşayırdı.
Sözügedən ərazidə Qarı körpüsü deyilən qədim körpü var. Ermənilər isə bu körpüləri Paravi (tərcümədə qoca qarı) adlandırırdılar. Nəzərinizə çatdırım ki, Ağdərə rayonunda 3 Qarı körpüsü mövcud olmuşdur (Cavid Bağırzadə. Ağdərə IV-XIII əsrlərdə. Bakı 2014. 126 s. s.46). Birinci Qarı körpüsü Sərsəng dərəsində indiki su bəndinin qurulduğu yerdə qalıb. Maraqlı burasındadır ki, əsatir və əfsanələrdə varlı qarının öz şəxsi hesabına inşa etdirdiyi və bəndin altında qalmış o körpü elə etibarlı yerdə tikilib ki, 70-ci illərdə bənd tikilərkən məhz Qarı körpüsünün yerində inşa olunması planlaşdırılıb. Çünki həmin hissədə və ərazidə Tərtər çayının sağ və sol sahili sərt qayalardan və gələcəkdə yol çəkilə biləcək əlverişli coğrafi mühitdən ibarətdir. Daha ətraflı »


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər Qadın Resurs Mərkəzinində erkən nikah və onun törətdiyi fəsadlara həsr olunmuş tədbir keçirdi. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti, Bakı şəhər 5 saylı qadın məsləhətxanasının həkimi, mama-ginekoloq və uşaq ginekologiyası sahəsi üzrə mütəxəssis Leyla Məmmədova, Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru Qumru Şəmilova, Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəqsanə Məmmədli, Tərtər Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova və Mərkəzin üzvləri – sahibkar və evdar qadınlar, psixoloqlar, müxtəlif peşə sahibləri iştirak ediblər. “Dəyirmi masa” ətrafında açıq diskussiya şəraitində keçən söhbət za-manı qadınlarımız reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikahın törətdiyi fəsadlar, bununla bağlı qanunvericiliyin tələbləri və digər məsələlərlə bağlı bilgilər əldə ediblər. Rayon qadınlarının fəallığı ekspertlər tərəfindən bəyənilib. Qeyd olunub ki, Tərtər uzun illər boyu düşmənlə üz-üzə dayanan qəhrəman şəhərdir. Elə tərtərli qadınlar, analar da qəhrəmandırlar. Məlumdur ki, ailədə uşaqlarla, xüsusən də qız övladları ilə bağlı məsuliyyətin böyük bir hissəsi anaların üzərinə düşür. Bəzən qadınlar lazımınca məlumatlı olmadıqlarından səhv addımlar atır, erkən nikahlara razılıq verir ki, bu da gələcəkdə övladlarının həyatında problemlər yaradır.
Tərtər şəhər Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin və Tərtər Təhsil sektorunun təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib.
Tərtər üzrə boşanmalarla bağlı statistika həyəcan təbili çalmağa məcbur edir. Rayonda boşanmaların sayı evlənənlərin sayını üstələyir. Bu isə o deməkdir ki, hər ay yarımçıq ailələrdə böyüyən, ata, yaxud ana nəvazişindən məhrum olan uşaqların sayı artır.
Bu günlərdə şəhər 5 saylı tam orta məktəbdə Tərtər Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun təşkilatçılığı, polis əməkdaşlarının, rayon mərkəzi xəstəxanasının psixoloqunun, məktəbin şagird və müəllim kollektivinin, valideynlərin iştirakı ilə narkomaniya və erkən nikahla mübarizə mövzusuna həsr olunmuş tədbir hər kəsin fəallığı şəraitində keçdi. Xüsusən də valideynlərin çoxluğu məktəbdə həmin mövzular ətrafında ciddi düşünməyin aktuallığından xəbər verirdi.
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılış mərasimində çıxış edib. Ölkə başçısı çıxışında həm qlobal, həm də daxili ekoloji durumla bağlı vacib nüanslara toxundu. Artıq bir müddətdir ki, ekoloji problemlər, iqlim dəyişikliyi öz nəticələrini ölkəmizdə də göstərir. Cəmiyyəti son zamanlar narahat edən əsas məqamlardan biri də Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlıdır.
Belə ki, dünyada iqlim dəyişikliyinin əsas baiskarı hesab olunan iri sənaye dövlətləri hazırda bu qədər məsuliyyətli çıxışlar etmir, vəziyyətin bir sıra ada dövlətləri üçün necə təhlükəli olduğunu ictimaiyyətə çatdırmırlar. Azərbaycan Prezidentinin isə vacib məsələyə diqqət çəkməsi dünya ictimaiyyətinin də nəzərində olacaq.






Yeni ismarıclar