Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Bu, öncədən planlaşdırılmış hərbi cinayət idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Daha ətraflı »






Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və rayon prokuroru Əli Qurbanovla birlikdə Hüsənli kəndində şəhid Əmirov Şahin Əhəd oğlunun ailəsini ziyarət edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.
20 saylı Qaraağacı seçki məntəqəsi Qaraağacı kənd tam orta məktəbinin binasında yerləşir.
Qarşıdan 7 fevral – Prezident seçkiləri günü gəlir. Bir ziyalı, eyni zamanda şəhid bacısı kimi mən qərarımı növbədənkənar seçkilərin keçirilməsi barədə xəbər verildiyi ilk gündən müəyyən etmişəm.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Bakı şəhərinə hücumu nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edil-miş, 744 nəfər yaralanmış, 4 nəfər soydaşımız isə itkin düşmüşdür. Azərbaycan xalqının iradəsini, azadlıq istəyini boğmağa hədəflənmiş Yanvar faciəsi onların düşündüyünün tam əksinə olaraq milli iradəni, xalqımızın qorxmazlığını, azadlığa can atdığını, Azərbaycan xalqının əsrlər boyu nümayiş etdirdiyi mərdliyi, cəsarəti bir daha gözlər önündə sərgilədi.
Hərənin bu dünyada taleyinə yazılan bir ömür payı var. Sevinci ilə, kədəri ilə, insan təbiətindən doğan özəllikləri ilə dolu bir ömür payı. Deyirlər ömür olumla ölüm arasındakı yoldur. Bu ömür yolunu necə yaşamısansa, doğmalarının, əzizlərinin, iş yoldaşlarının, tanış-bilişlərinin, qonşularının yaddaşında eləcə də qalırsan.
Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun anım gunu keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, şəhid ailələri, qazilər və qəhrəmanın ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın büstü önünə tər gül dəstələri qoymuşlar.
Yeni ismarıclar