İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiyası Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır;
– Ölkənin konstitusiya quruluşunun tarixi.1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib;
– 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub (1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının müddəalarına zidd olmayan hissələrdə); Daha ətraflı »


Hər bir xalqın milli kimliyini, dövlətçilik ənənələrini, tarixi keçmişini və müstəqillik arzularını özündə təcəssüm etdirən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağımız bu dəyərlərin ən uca ifadəsidir. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız milli qürurumuzun, azadlığımızın, dövlət müstəqilliyimizin və gələcəyə inamımızın rəmzidir. Hər il noyabrın 9-da ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü böyük ehtiram və fəxarət hissi ilə qeyd olunur.
“Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Əziz Şuşa, sən azadsan!
2020-ci il noyabrın 8-də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu böyük fəxarət və qürur hissi ilə bəyan etdi. Dövlətimizin başçısının səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Bu tarixi bəyanat təkcə bir şəhərin azad edilməsinin deyil, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, milli iradənin və sarsılmaz birliyin təntənəsi idi.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli qürurun, yenilməz iradənin və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə möhtəşəm tarixlərdəndir. Bu gün Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni, Şuşa şəhərinin işğaldan azad edilməsini və dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi böyük uğuru özündə təcəssüm etdirir. Şuşa Azərbaycanın milli-mənəvi varlığının, mədəniyyətinin, incəsənətinin və tarixi yaddaşının ayrılmaz hissəsidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu Azərbaycan musiqisinin, poeziyasının, memarlığının və ədəbi mühitinin inkişafına misilsiz töhfələr verib. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır faciə kimi qaldı. Şəhərin işğalı nəticəsində tarixi-mədəni abidələrimiz dağıdıldı, milli sərvətlərimiz talan edildi, yüzlərlə ailə öz doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Lakin bütün bu illər ərzində Azərbaycan xalqı Şuşaya qayıdacağına, tarixi ədalətin bərpa olunacağına inamını itirmədi. Bu inamı gerçəkliyə çevirən isə Azərbaycan dövlətinin qətiyyətli siyasəti, güclü ordusu və xalqımızın sarsılmaz birliyi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu.

Tərtərdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Yeni ismarıclar