Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,756
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24İyn

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Daha sonra tədbir YAP rayon təşkilatının inzibati binasında davam etdirilib.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
    Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərindən olduğunu bildirib. Rayon rəhbəri vurğulayıb ki, yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək, həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər.
    Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin direktor müavini, baş həkim Bəkir Nağıyev, Tərtər Səhiyyə işçiləri Həmkarlar Şurasının sədri Pərvanə Xuduyeva, baş tibb bacısı Lalə Qasımova, qeydiyyatçı Bəsirə Həsənzadə çıxış edərək səhiyyə işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
    Tədbirin sonunda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub.

     

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.