Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu il keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə əldə edən – 300 bal toplayan rayonun Sarov kənd tam orta məktəbinin məzunu Quliyeva Çinarə Rəşid qızı və 298 bal toplayan şəhər 5 saylı tam orta məktəbin məzunu Əlizadə Sevinc Rizvan qızı ilə məzun olduqları məktəbdə görüşüb, ümumitəhsil pilləsində təhsilalanların yekun attestasiya imtahanında yüksək bal topladıqlarına görə onları təbrik edib. Hər iki məzun rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanla mükafatlan-dırılıb, onların valideynlərinə və təhsil aldıqları məktəbin müəllimlərinə təşəkkür edilib.
Rayon rəhbəri qeyd edib ki, maksimum bal toplayan abituriyentlərin ölkə üzrə sayı 43 nəfərdir. Fəxr edirik ki, onların arasında bizim rayonun da məzunları var.