Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,756
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24İyn

    ORDUMUZ QÜRURUMUZ VƏ FƏXRİMİZDİR

    İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümü tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən qarşıya 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qoyuldu. Həmin il avqustun 1-də Azərbaycan Hərb Nazirliyi təsis olundu. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov hərb naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.
    1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox hərbçilər repressiyaya məruz qaldılar. Azərbaycanın yeni ordusnun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Həmin il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Lakin müstəqilliyimizin ilk illərində respublikamıza rəhbərlik edən qüvvələr ordu quruculuğu kimi vacib bir məsələnin öhdəsindən gələ bilmədilər. Bunun nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğala məruz qaldı, Azərbaycanda xaos və anarxiya yarandı.
    Ölkəmizdə ordu quruculuğu Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. Bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan Ordusu ildən-ilə öz peşəkarlığını artırdı.
    Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasına çıxmasına nail oldu. Bu Ordu bizə Şanlı Zəfəri bəxş etdi. Hal-hazırda Azərbaycan Ordusunun döyüş təcrübəsi dünyanın bir sıra aparıcı dövlətlərinin baş qərargahlarında öyrənilir.
    Tərtərli gənclər Milli Ordumuzun sıralarında şərəflə xidmət edərək, ölkəmizin müstəqilliyinin qorunmasına, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına samballı töhvələr veriblər. Bu yolda şəhid olanlara Allahdan rəhmət diləyir, qazilərimizə və bütün hərbi qulluqçularımıza cansağlığı və xidmətdə uğurlar arzulayırıq!
    Ordumuz fəxrimiz və qürurumuzdur!

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.