“Ümumdünya Qan Donoru Günü” münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Respublika Qan Bankı tərəfindən qan donorluğunun təşkili sahəsində fəal iştirakına və göstərdiyi dəstəyə görə təltif edilib.
Bu günün qeyd olunması cəmiyyətin diqqətini insan sağlamlığı üçün həyati əhəmiyyət daşıyan təhlükəsiz qan və qan komponentlərinə ehtiyac məsələsinə yönəltmək, əhalini bu sahədə maarifləndirmək, eləcə də başqalarının həyatını xilas etmək məqsədilə könüllü qan verməyə təşviq etmək məqsədi daşıyır. Eyni zamanda bu təşəbbüs donorların göstərdiyi xeyirxah və mərhəmətli fəaliyyətə dərin hörmətin ifadəsidir.
Tədbir çərçivəsində Respublika Qan Bankı tərəfindən Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədova qan donorluğu sahəsindəki təşəbbüskarlığına və dəstəyinə görə fəxri fərman təqdim olunub.
-
24İyn
Müəllif: Redaktor, 10:22