Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Fev

    2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli və əvəzolunmaz Lideri, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənabları bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyev cənablarına səs verərək onu növbəti dəfə 7 il müddətinə Azərbaycana Prezident seçdi. Tarixə Zəfər seçkisi kimi düşən budəfəki prezident seçkisində yüksək seçici fəallığı nümayiş olundu. Belə ki, respublika üzrə 5 milyona yaxın seçici seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçki digərlərindən bir daha ona görə fərqlənir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü təmin olunmuş dövlət olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçirilmişdir. Bu seçkilərin keçirilməsi böyük tarixi hadisədir. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi.
    Beynəlxalq və yerli təşkilatlar tərəfindən aparılan müşahidələrin ilkin nəticələri ondan xəbər veriri ki, keçirilən növbədənkənar Prezident seçkisi demokratik, şəffaf və ədalətli şəkildə həyata keçirilib. Cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması Onun uğurlu siyasətinin nəticəsidir. Möhtərəm Prezidentimiz 20 il bundan qabaq ilk dəfə Prezident seçilərkən “Hər bir azərbaycanlının Prezidenti olacağam” andına sadiq olaraq sübut etdi ki, hakimiyyətdə olduğu müddətdə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün sosial-yönümlü qərarların həyata keçirilməsində, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasında bir çox islahatlar həyata keçirmişdir ki, bunun da məntiqi nəticəsi olaraq bu gün azərbaycanlılar regionda ən yaxşı firavan həyat sürürlər. Bundan başqa aparılan məqsədyönlü daxili və xarici siyasət Azərbaycanı dünya miqyasında qüdrətli, sədaqətli, etibarlı tərəfdaş dövlət kimi tanıtdı.
    Qazanılan uğurların zirvəsində, təbii ki, uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunması dayanır. Öz Lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu Zəfərlə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.
    Qeyd etmək istəyirəm ki, ölkəmizin hər bir yerində olduğu kimi el arasında Qəhrəman Tərtər kimi tanınan rayonumuzun bütün sakinləri, eyni zamanda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının üzvləri xüsusi fəallıq göstərərək seçkilərdə iştirak etdilər. Rayonumuzda seçki olduqca mütəşəkkil şəkildə baş tutdu və qədirbilən tərtərlilər Müzəffər Ali Baş Komandana kişilik borcunu qaytarmış oldular. Bildirmək istəyirəm ki, biz tərtərlilər həmişə olduğu kimi bu seçkilərdə də dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdirdik. Bir daha söz veririk ki, bundan sonra da hər bir sahədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarına sadiq qalacaq, ölkəmizin çiçəklənməsi yolunda var qüvvəmizi sərf edəcəyik.
    Beləliklə, əminliklə deyə bilərəm ki, 7 fevral prezident seçkilərindən sonra qalib Azərbaycan xalqı qalib Lideri ilə birlikdə yeni zəfərlərə imza atacaq.

    Eldar ƏSƏDOV,
    YAP Tərtər Rayon Təşkilatının sədri

     

    Müəllif: Redaktor, 15:44

İsmarıclar bağlıdır.