Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
MÜQƏDDƏS AN YETİŞİB: VƏTƏNİMİZİN HƏR BİR GUŞƏSİNDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANIR

Azərbaycanda bayram bayrama qarışıb. Qələbə bayramı, Dövlət Bayrağı Günü. Ölkəmizin hər bir guşəsi qürurla dalğalanan bayraqlarla bəzədilib. Arzular çin olub. “Nə zamansa bayrağımız Xankəndidə, Ağdərədə, Xocalıda, işğal altında olan digər ərazilərdə dalğalansın”, – demirik daha. Bu zaman yetişib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Ordunu, xalqı yumruq kimi birləşdirərək, bütöv bir xalqın arzularını, ümidlərini gerçəkliyə çevirdi. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində dünya boyda sevinc var. Başımız uca, üzümüz ağdır.
Bu bayram günlərində tərtərlilərin də üzü gülür. Dönüb arxada qalan illərə baxanda sonsuz qürur hissi keçiririk.
Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı, insanların işgüzarlığı və vətənpərvərliyi sayəsində Tərtər rayonu son illər böyük inkişaf yolu keçib, sözün həqiqi mənasında, yağı düşmənin qarşısında alınmaz qala kimi dayanıb. Daha ətraflı »



Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində qəbul keçirib.





Cəmi bir gün davam edən və çox böyük, illərlə gözlənilən nəticə ilə yekunlaşan lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri–Evoğlu kəndindən olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsindəyik.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Kəngərli kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun ailəsində olub, atası Raquf Abbasovu 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edib, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə Elşad kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsin-də şəhərin Elman Səfərov küçəsinə erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya ediblər.
Azərbaycan xalqı böyük sevinc hissi ilə Zəfər bayramını qeyd edir. Bu, bizim hər birimiz üçün böyük xoşbəxtlikdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir”.
Tərtər şəhər 1 saylı tam orta məktəbinin 2A sinfində Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, ikinci Qarabağ Müharibəsi şəhidi Fərrux Həşimovun anım günü qeyd olundu. Anım günündə şagirdlərin ifasında Azərbaycan Dövlət himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Yaxşı xatirimdədir. Hələ tarixə gömülmüş keçmiş SSRİ dövründə doğulub boya-başa çatdığım keçmiş Mirbəşir, indiki Tərtər rayonunda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Rayon zəhmətkeşlərinə, qabaqcıl əmək kollektivlərinə, mədəniyyət və incəsənət işçilərinə, yaradıcı insanlara, istedadlara geniş yer verildiyindən qəzetin yerli əhali arasında nüfuzu çox böyük idi. Mən də orta məktəbdə təhsil almağıma baxmayaraq, onun hər nömrəsini acgözlüklə oxuyardım. Ən çox bəyəndiyim isə orta məktəb şagirdlərinin oxucu məktubları idi. Hər dəfə məqalələrini maraqla oxuduğum məktəbli həmkarlarıma istər-istəməz həsəd aparırdım. Nəhayət, bir gün əlimə qələm almaq və məqalə yazmaq keçdi könlümdən. Və…
Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da, qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş Günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
Yeni ismarıclar