Qədim yurd yerlərimizə sahib çıxmalıyıq
Tərtər rayonunun Təzəkənd kəndində dünyaya göz açmışam, ancaq dədə-baba yurdum Qərbi Azərbaycandır. Təzəkənd 1953-cü ildə Basarkeçər rayonunun Bala Məzrə kəndindən deportasiya edilmiş insanlar tərəfindən salınıb.
Atam Ədil Məmmədov, anam Güləbatın, bacılarım Nazlı, Bəsti, Məmləkət Bala Məzrədə doğulub, orada yaşamışlar. Bu kəndin hər daşında, qayasında ulu babalarımızın, nənələrimizin izləri var, lakin Sovet imperiyasının ermənipərəst rəhbərlərinin tarixin izlərini kobudcasına itirmək cəhdləri bizim ailəni də öz isti ocağından didərgin saldı.
Digər bacı və qardaşlarım – Səfər, Qafar, Cəlil, Zöhrab, Telli və mən Tərtər rayonunda dünyaya gəlsək də daim o yerlərin həsrəti ilə yaşamışıq. Böyüklərin söhbətlərindən, uzun qış axşamlarında onların Bala Məzrə barədə danışıqlarından aydın olurdu ki, valideynlərim üçün bu ayrılığa dözmək çox çətin idi. Daha ətraflı »


Bu kəndə qayıdış 16 mart 2023-cü ildə baş tutub. Bu zaman Talışa 20 ailə, 90 nəfər köçürülüb. Kənd sakinləri yeni evlərlə təmin olunublar, həmçinin onlar üçün rahat infrastruktur yaradılıb, məktəb, uşaq bağçası, ictimai icma mərkəzi tikilib, tibb mərkəzi müasir avadanlıqlarla təmin olunub. Yeniliklərdən biri də müasir üslubda salınmış parklar və burada günəş enerjisindən istifadə olunmasıdır, həmçinin kənd yolları da rahatdır.
“Regionlarda sülh quruculuğu və birgəyaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində YAP Tərtər Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirə 25 nəfər Tərtər rayon sakini qatılıb.
Nuruzadə Həvva 2005-ci il sentyabrın 7-si Tərtər rayonunun Qazyan kəndində anadan olub. 2012-ci ildə İntiqam Həsənov adına Qazyan kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2020-ci ildə isə Ağdam rayonu 106 saylı məktəbində təhsilini davam etdirib. 2022-ci ildə Bakı Slavyan Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olub. Hal-hazırda isə həmin universitetin 2-ci kurs tələbəsidir.


Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib. Dövlət başçısı həmin tədbirdə çıxış edib.
İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”
Yeni ismarıclar