
Cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfər edib. Onun səfəri ilə əlaqədar Prezident İlham Əliyev mətbuata bəyanat verib.
Dövlət başçısı bildirib ki, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.
Bildirilib ki, hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
Diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi. Daha ətraflı »



Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
2023-cü il “Heydər Əliyev ili”dir. Ancaq yalnız bu il deyil, yaşadığımız hər il, hər ay, hər gün Ulu Öndəri bizdən uzaqlaşdırmır, daha da yaxınlaşdırır. Ona görə ki, onun Azərbaycana qayıdışı nəticəsində ölkəmiz dünyaya Günəş kimi doğdu. Bir xalq olaraq inkişafımızın yeni mərhələsinə qədəm qoyduq. Çətin günlərimiz arxada qal-dı.
Kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.
35 il əvvəl – noyabrın 17-də paytaxtımızın mərkəzi meydanında başlanan hərəkatın qığılcımları millətin birliyi sayəsində öz gözəl bəhrəsini verdi, ölkəmiz 70 illik buxovlardan azad oldu. Lakin o zaman müstəqilliyimiz çox kövrək idi və yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra möhkəmləndi və əbədi oldu.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, icra nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Əskipara kənd İƏD üzrə icra nümayəndəsi Pərviz Mustafayev ”Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Məmişov Rəşad Ələsgər oğlu 1987-ci il sentyabr ayının 22-də Tərtər şəhərində anadan olub. Təhsilini 1 saylı tam orta məktəbdə alıb. 2005-ci ildə Tərtər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Xidmət müddəti Naxçıvanın Culfa rayonunda keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra ürəyindən yenidən Vətənə xidmət hissi keçib. Nəhayət, 2014-cü ildə müddətdən artıq xidmətə yazılıb və Tərtər rayonu ərazisində müxtəlif hərbi hissələrdə xidmət etməyə başlayıb. Həmişə də verilən tapşırığın layiqincə yerinə yetirilməsinə çalışıb.
Yeni ismarıclar