Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Okt

    Milli dəyərlərimiz yaşayır

    Bu günlərdə profilaktiki müayinədən keçmək üçün rayon mərkəzi xəstəxanasına getmişdim. Qəbul şöbəsində xeyli adam vardı. Onların arasında kiçikyaşlı nəvəsilə gələn qoca diqqətimi cəlb etdi. Hiss olunurdu ki, ayaq üstə güclə dayanıb.
    Birdən xəstəxananın dəhlizindən cavan bir oğlan qocaya yaxınlaşdı. Mehribancasına qoluna girib ondan şəxsiyyət vəsiqəsini aldı və içəri apardı. Sonra mən onu həkimin otağının qarşısında gördüm. Həmin cavan oğlan içəridən stul götürüb onu əyləşdirmiş və demişdir ki, həkimin yanındakı xəstə çıxan kimi səni qəbul edəcək.
    – Nəvəndir? – deyə gənci göstərib qocadan soruşdum.
    O isə təəccüb hissi ilə çiyinlərini çəkərək cavab verdi:
    – Yox, mən onu heç tanımı-ram. Birinci dəfə görürəm.
    Sonradan öyrəndim ki, yaşlı insana bu cür qayğı ilə yanaşan xəstəxananın işçisi Orxan Tanrıverdidir. Onu da söylədilər ki, kim olduğundan asılı olmayaraq, burada hər bir qocaya diqqət göstərilir. Deməli, xalqımızın milli dəyərləri yaşayır.

    Rauf Həsənzadə

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.