Sağlamlığın və mənəviyyatın qənimi
Bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti öz əsarətinə alıb. Narkotiklə mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları düşündürən ən aktual məsələlərdən biridir. Ha-zırda aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün dövlət proqramı” icra olunmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. Daha ətraflı »


Bu günədək rayonumuzun çox sayılıb-secilən, samballı köhnə kişilərindən söhbət açmışıq, onların ağ-saqqal sözündən, xasiyyətindən danışmışıq. Və adətən bu insanlar yaşlı adamlar olublar. Amma sözsüz, kişi xasiyyəti, kişi sözü yaşdan deyil, xarakterdən, qanın genlərindən irəli gəlir. Deyirlər ki, ağıllı uşaq körpəliyindən məlum olur.
Son illər rayonumuzda piyada keçidlərinin, yol nişanlarının, işıqforların sayı xeyli artıb. Bir tərtərli və sürücü olaraq mən bunu alqışlayıram.Yəni dövlətimiz tərəfindən bütün tədbirlər görülür ki, yol qəzalarının sayı azalsın, insanlar yolu rahat şəkildə keçə bilsinlər.
Bu dünyada hər kəs çalışır ki, başqalarından geri qalmasın, evi dəbdəbəli, maşını bahalı olsun. Lakin yaradanın bizə ayırdığı vaxt çatanda, bərabərləşirik. Qəbiristanlıqda məzarlar müxtəlif olsa da, orada uyuyanların bir istəyi var: Son mənzilə gedən yolları ot basmasın, bura zibil tökülməsin.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Habil Kalam oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
26 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 29 illiyi münasibəti ilə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Tərtər Olimpiya İdman Kompleksi ilə birlikdə təşkilatçılığı əsasında Tərtər OİK-da üzgüçülük idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 19 yeniyetmə iştirak etmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi-Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə xanımla onun ad günü ərəfəsində görüşüb, şəhid anasını 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını bildirib. İcra başçısı bütün şəhid analarının baş tacımız olduğunu, Vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarınını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında Prezident İlham Əliyev müsahibəsi yayımlanıb.
Cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Yeni ismarıclar