Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02May

    Azərbaycanın mətbuat tarixində öz dəsti-xətti ilə seçilmiş “Yeni Tərtər” qəzeti 90 illik yubileyini qeyd edir. Bu münasibətlə nəşrin Baş redaktoru Svetlana Bağırovanı və kollektivini təbrik edir, ən xoş arzu və istəklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu qəzet Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət ruhunu aşılaması ilə geniş oxucu auditoriyası qazanıb. Qəzetin taleyüklü hadisələrə münasibətdə tutduğu obyektiv mövqe ona cəmiyyətin ən müxtəlif təbəqələrinin dərin rəğbətini formalaşdırıb.

    Qəzetdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları, Bəyanatları, səfərləri ilə bağlı məlumatlar, bununla bağlı vətəndaşların fikirləri yer alır. Həmçinin, rayonun ictimai-siyasi həyatının bütün sahələri, kənd təsərrüfatı, təhsil, mədəniyyət xəbərləri ilə yanaşı, rayonun tanınmış şəxsləri, tarixi haqqında araşdırma yazılar, şəhidlərimiz, qazilərimiz haqqında məqalələr mütəmadi olaraq qəzetdə işıqlandırılır ki, bu da oxucular tərəfindən yüksək rəğbətlə qarşılanır.

    Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həllində, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələrin yerinə yetirilməsində böyük əzmlə çalışır. Əminəm ki, “Yeni Tərtər” qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək, bundan sonra da ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, özünün mətbuat ənənələrini layiqincə davam etdirəcək, ötən müddətdəki fəaliyyətin verdiyi qürur və fəxarət hissi nəşri daha böyük uğurlara, yeni yubileylərə daşıyacaqdır.

    Bir daha “Yeni Tərtər ” qəzetini 90 illik yubileyi münasibətilə təbrik edir, nəşrin əməkdaşlarına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

    Hörmətlə, Müşviq Əmirov

    Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri

    Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

     

     

     

    Müəllif: Redaktor, 14:55

İsmarıclar bağlıdır.