Heydər Əliyev təkcə siyasi xadim deyil, həm də bir xalqın kimliyinin və mədəniyyətinin formalaşmasında dilin əhəmiyyətini dərk edən vizyon rəhbəri idi. O, fəaliyyəti boyu Azərbaycan dilinin istifadəsinin təşkili və ölkənin dil müxtəlifliyinin qorunması istiqamətində yorulmadan çalışmışdır.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyə nail oldu və suveren dövlətə çevrildi. Onun prezident kimi ilk addımlarından biri də Azərbaycan dilinin ölkənin dövlət dili olması idi. Bu qərar Azərbaycan xalqı arasında milli kimlik hissinin güclənməsində həlledici əhəmiyyət kəsb edirdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanını Heydər Əliyevin uğurlu dil siyasətinin fundamental yekun sənədi adlandırmaq olar. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda deyilir: “… Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”. Daha ətraflı »
-
10AprDigər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DİL SİYASƏTİ üçün şərhlər bağlıdır
-
10AprŞəhidlər XALQA ƏMANƏT OLAN ŞƏHİD ÖVLADLARI üçün şərhlər bağlıdır
Bu fikirlə yolumuzu Qaradağlı kəndindən saldıq. 30 ildən sonra mənfur erməniyə öz həddini göstərən Azərbaycan Ordusunun qəhrəman oğullarından biri–şəhid Hüseynov Aslan Malik oğlunun ocağına ikinci dəfə üz tutdum. İkinci dəfə İradə ana ilə Malik atanın oğul yolu gözləyən qapısını döydüm, şəhidimizin həyat yoldaşı Gülstan xanım və övladları Aysu və Kənanla üz-üzə, göz-gözə dayandım. Bu ikinci görüşümdə bəzi dəyişikliklərin şahidi oldum. Aslanın şəhid olmasından 2 il yarım keçməsinə baxmayaraq, ata-anada sanki bir az səbir duydum və buna daxilən sevindim. Sözsüz ki, bu səbrin arxasında Aslanın qoyub getdiyi yarımçıq arzulu həyat yoldaşı – evin gəlini Gülstan və qəhrəman oğulun yadigarları, gözləri dolusu atalı arzularını həyata keçirə bilmədiyi övladları –nəvələri Aysu və Kənandır. Ata-anaya verdiyim sualın cavabı da bu fikirlərimi təsdiqlədi.
Aslan bu gün düşmənin göz dağına çevrilmiş, azad olunduqdan sonra bərpa və yenidən qurulması ilə diqqət çəkən Suqovuşanın azad olunması uğrunda şəhid olub. Raket start qurğusunun operatoru kimi SPAYK adlı silahla sentyabr ayının 27-də düşmənə qarşı döyüşə atılmışdı. Dostu, silah və döyüş yoldaşı Ruslan Şahbazovla birlikdə ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Daha ətraflı » -
10AprDigər Yazdıqlarımıza qayıdırıq üçün şərhlər bağlıdır
YUXULAR CİN OLUB
Qəzetimizin 12 aprel 2017-ci il tarixli sayında mərhum əməkdaşımız Əvəz Nəsirovun “Kaş yuxularım çin ola!” sərlövhəli məqaləsi dərc olunub. Burada Sarıdaş kəndindən olan Xublar nənənin Kəlbəcərlə bağlı kövrələ-kövrələ danışdığı xatirələrindən bəhs edilir: “Sarıdaşın tarixi çox qədimdir, bu kənddə yaşayan insanların hamısı uzunömürlüdürlər. Xublar nənə deyir ki, bir də eşitdik ki, ermənilər Kəlbəcərə giriblər. 9 nəfər ailə üzvlərimizlə hər şeyimizi qoyub Murov dağına piyada gəldik. Murov yolunda maşın, insan əlindən yerimək olmurdu…”
Məqalə bu sonluqda bitir:
“Oğul, yaşımın çox olmasına baxma, hər şeyi yaxşı dərk edirəm. Ordumuzun günü-gündən gücləndiyini gördükcə, bir daha əmin oluruq ki, igid əsgərlərimiz qısa müddət ərzində torpaqlarımızı mütləq geri qaytaracaqlar. Onda təkcə biz yox, bütün qaçqın və köçkünlərimizin hamısı öz yurd-yuvalarına qayıdacaqlar.” Daha ətraflı » -
10AprDigər CƏNNƏT QOXULU ANAM üçün şərhlər bağlıdır
Ana müqqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir. Bizə həyat bəxş edib onu gözəlləşdirən anadır. Ana sevgisi kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir səs yoxdur.
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir ana qucağı.
Xəstələndikdə şəfalı əlləriylə, sevgi dolu ürəyiylə anamız bizi sağaldır, hər an bizim qayğımıza yenə də anamız qalır.
Biz dünyaya gəldiyimiz üçün hər birimiz borcluyuq – Göydə Allaha, yerdə valideynlərimizə. Elə bir borc ki, bir ömür ödənməz. Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər,
Analar bəzən bizə hirslənsələr də, onlar həmişə bizim xeyrimizə danışırlar. Ona görə də analarımızı sevməli, hörmət etməliyik. Ana sevgisi dünyada sevgilərin ən gözəlidir. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Bir sıxıntımız olanda, başımızı ana qucağına söykəyib rahatlıq tapırıq. Problemlərimizi analarımızla bölürük. Fikrimizi çəkinmədən ilk anamıza deməliyik. Unutmayaq ki, onlar bizim arxamız, bizi hər kəsdən çox sevən insandırlar. Biz onlara özümüz haqqında hər şeyi danışa bilərik, çünki bizi hər cür pisliklərdən qorumağa çalışan insandır Ana. Daha ətraflı » -
08AprDigər BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirib üçün şərhlər bağlıdır
Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfransdan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, BDU-nun rektoru Elçin Babayev, Universitetin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini, Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başlayıb. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda açılış nitqi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Müstəqim Məmmədov vurğulayıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib: “Ümummilli Lider Tərtəri “Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyar” adlandırırdı. Hazırda Tərtər rayonuna və tərtərlilərə bu diqqət və qayğı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir”. Daha sonra Müstəqim Məmmədov Vətən müharibəsində “döyüşən şəhər” olan Tərtərin düşmənə qarşı mübarizə əzmi, postmüharibə dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər barədə məlumat verib. Daha ətraflı »
-
08AprXəbərlər Həsənqaya kəndində mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib üçün şərhlər bağlıdır
Tərtər rayonunun Həsənqaya kəndində sakinlər arasında mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Avrasiya Yayım Fondunun koordinatoru Ruslan İbrahimbəyli, rayon prokurorunun köməkçisi Elmar Ələddinzadə, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi Möhlət Nəzərov kənd sakinlərinə mina təhlükəsindən qorunmağın yolları və təhlükəsiz davranış haqqında ətraflı məlumat verib, hər hansı təhlükəli cisim, sursat gördükdə əl vurmamalı, dərhal 102 və ya 112 qaynar xəttə zəng etmələrini tövsiyyə ediblər.
-
08AprXəbərlər BDU Tərtərin 3 məktəbinə kompüter və kitablar hədiyyə edib üçün şərhlər bağlıdır
Bakı Dövlət Universiteti (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərinə kompüterlər hədiyyə edilib.
Kompüterlər “Bestcomp” şirkətinin dəstəyi ilə alınıb.
Bundan əlavə, adıçəkilən məktəblərə BDU Elmi Kitabxanasından 271 adda 500-dək kitab da hədiyyə olunub. Hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, o cümlədən ikicildlik “Azərbaycan tarixi” kitabı, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər də yer alıb.
-
08AprXəbərlər BDU alimləri Tərtər məktəblilərinə Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirə deyiblər üçün şərhlər bağlıdır
Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüb.
BDU-nun rektoru Elçin Babayev, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, dosenti Azad Rzayev, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Knyaz Aslan Tərtər şəhəri 6 nömrəli, Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Rasim Süleymanov Tərtər şəhəri 1 nömrəli, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Bəxtiyar Nəbiyev, Tarix fakültəsinin müəllimi Anar Həmidov Şıxarx qəsəbəsi 2 nömrəli tam orta məktəblərdə Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr deyib, şagirdləri dahi liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər. Daha ətraflı »
-
07AprXəbərlər Tərtərdə çiyid səpininə start verilib üçün şərhlər bağlıdır
Bu il rayonda 2439,7 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 408 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 24 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
Sarıcalı kənd sakini Hüseyn Cəbrayılovun sahəsində səpin işlərinin gedişini izləyən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə müvafiq tövsiyələrini verib.
-
03AprŞəhidlər Rayon rəhbəri Aprel hadisələrinin 7-ci ildönümü ilə əlaqədar şəhid Nicat İsgəndərovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyıtinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birlikdə 2016-cı ilin Aprel hadisələrinin 7-ci ildönümü ilə əlaqədar Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə Şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi döyüş yoluna bir daha nəzər salınıb.
Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri-böyük zəfərin başlanğıcı oldu.
Qeyd edək ki, Nicat İsgəndərov ölümündən sonra aprel döyüşlərində göstərdiyi sücaətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4 V sinifinə verilib.
Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Yeni ismarıclar