TARİXİN ƏN ACINACAQLI SƏHİFƏSİ
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq 1947-1950-ci illərdə Ermənistan SSR-in Azərbaycan əhalisinin köçürülməsi prosesinə başlanılmış, 100 mindən artıq azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürülmüşdür.
Bu köçürülmədə bizim ailənin üzvləri – atam Mehdiyev Musa Teymur oğlu, anam Mehdiyeva Simuzər Yusif qızı, atamın anası (nənəm 1898-ci il təvəllüdlü) Mehdiyeva Şarabanı və əmim Mehdiyev Cəlil Teymur oğlu, 1947-ci il təvəllüdlü qardaşım Mehdiyev Teymur Musa oğlu və mən – 1949-cu il təvəllüdlü Mehdiyev Həmid Musa oğlu da olub. Bizə köçürülmə barədə sənəd verərək məcburi köçürülmüşük. Qoca nənəm Şarabanı deyirdi ki, bizi tez-tələsik yük vaqonlarına doldurdular və dedilər ki, Azərbaycana gedirsiniz. Biz ağır, çətin şəraitdə vaqonlarda əziyyət çəkmişik. Çoxları yolda, vaqonda bu çətinliyə tab gətirməyərək ölürdülər, heç sahib çıxan da olmurdu. Bu çətinliklə Azərbaycana gəlmişik. Bizlərə Kür-Araz ovalıqlarında yaşamağı təklif edirdilər. Əhali bu yerlərə uyğunlaşmadığından, özləri istədikləri yerləri seçiblər. Biz də Mirbəşir rayonunun (indiki Tərtər) Buzluq deyilən Cəmilli kəndi ilə Kolanı kəndinin aralığında yolqırağı bir yerdə məskunlaşmışıq. Sonra oradan Ağkəndə köçmüşük. Orada da çətin bir həyat yaşamaqla atamın işlədiyi Xoruzlu kəndinə köçmüşük. O vaxt mənim 2-3 yaşım var idi. Daha ətraflı »


Laçınsız yaşadığımız günlər başa çatır. Tezliklə doğma yurdumuza qayıdacağıq. Bu barədə düşünəndə, 30 ildən artıq bir müddətdə keçirdiyimiz əzab-əziyyətlər yadımdan çıxır. Uşaq kimi sevinirəm.
Digər laçınlılar kimi, Qarıkaha kəndinin sakini Paşa Rəhimov da Laçın gününün təsis edilməsini qürur hissi ilə qarşılayıb. O deyir:
Laçın rayonunun Şamkənd Sovetliyinin Nardalı kəndinin sakini Arif İbadovla söhbət edirəm. Doğma kəndi, onun insanları haqqında elə məhəbbətlə danışır ki, onunla birlikdə mənim də gözlərim önündə o yerlərin gözəlliyi canlanır, sanki o bulaqların suyunun sərinliyini hiss edirəm. Ən əsası isə, yurdunu ürəkdən sevən, sona qədər onun keşiyində daya-nan, lakin sonda özündən asılı olmayan səbəblərə görə kəndi tərk etmək məcburiyyətində qalan və 30 ildən artıq bir müddətdə bu ağrını ürəyində daşıyan bir insanı görürəm qarşımda.
Jurnalistika elə bir sahədir ki, bəzən ən sa-vadlı qələm sahiblərinin yazıları tez yaddan çıxır, unudulur. Bəs nədəndir ki, 70-ci illərdən bəri Aqil Abbas publisistikası yaşayır, mübarizə aparır, insanları düşündürür? Onun jurnalistlik fəaliyyəti ilə tanış olanda bu sualın cavabı öz-özünə gəlir: Aqil müəllimin yazıları ona görə bu qədər sevilir ki, bunlar canlıdır, bunlarda ürək var, onun özü var, vətənpərvərlik, xalqa, yurda sevgi var. İstedadlı olub irəli getmək mümkündür. Müasir jurnalistikamızda bu cür insanların sayı çoxdur. Ancaq hörmətli həmkarımız Aqil Abbas kimi jurnalistlər, mənə elə gəlir ki, o qədər də çox deyil.
Rayonumuzun Şıxarx qəsəbəsində salınan “Vətən bağı” bu gün sakinlərin, eləcə də qonaqların ziyarət etdikləri müqəddəs məkandır.
Hər bir ad onu daşıyanın həyatını özündə əks etdirir. Mətbuat aləmində də belədir. Vaxt var idi ki, qəzetimiz “Qızıl Bayraq” adlanırdı və böyük imperiyanın həyatını işıqlandırırdı. İmperiyaya inam itirələndə, qəzetin adının dəyişdirilməsi təşəbbüsü ilə birinci olaraq oxucularımız çıxış etdilər. Uzun müzakirələrdən sonra rayon qəzetinə “Tərtər”adı verildi.
Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Yeni ismarıclar