İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Daha ətraflı »


Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
22 sentyabr 1993-cü il tarixdə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdəki çıxışında Ulu Öndər deyib: “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq.”
Respublikamızda hər bir sahədə olduğu kimi mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Bu dahi şəxsiyyət hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan mətbuatının inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atıb. Sovetlər dönəmində onun rəhbərliyi altında Azərbaycan mətbuatı böyük tərəqqi yoluna qədəm qoyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Müstəqil Azərbaycanın yeni tarixinin son onillikləri sözün əsl mənasında islahatlar dövrü olmuşdur. İqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmini istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyin ilk illərində çətinliklərlə üzləşən Azərbaycan xalqı yalnız 1993-cü ilin iyun ayından, dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyini möhkəmləndirməyə nail olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq keçirilən qəbullarda vətəndaşların müraciətləri diqqətlə araşdırılır və operativ tədbirlər görülür.
1967-ci il avqust ayının 22-də Tərtər rayonunun Köçərli kəndində anadan olmuşdur. Orta təhsilini Qaraqoyunlu kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. 1993-cü ilin iyul ayından 703 saylı hərbi hissədə xidmət etməklə Ağdərə rayonunun ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il fevral ayının 14-də Ağdərə ərazisində gedən döyüşdə həlak olmuşdur. Köçərli kənd qəbiristanlığında dəfn olu-nub.
1971-ci il avqust ayının 20-də Tərtər rayonunun Qaraağacı kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı kənddə öz kolxozlarında sıravi işlərdə işləyirdi. Qarabağ uğrunda müharibə başladıqdan sonra Milli Ordu sıralarına təkrar hərbi xidmətə çağırılmışdı.
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi Tərtər Rayon İcra Hakimiyyəti və Tibbi Ərazi Bölmələri İdarəetmə (TƏBİB) ilə birgə Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyaları təşkil edib.
Yeni ismarıclar