Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    VEDİBASARDAN BAŞLAYAN YOL

    (Zülfüqar Fərəcov)

    Öz xatirələrində Zülfüqar müəllim yazır: “Mənim uşaqlıq vaxtlarımın ilk çağları səfalı dağlar qoynunda keçib. Bu kənd kiçik olsa da öz gözəllikləri ilə, sərin, şır-şır axan bulaqları, meşələri, dadlı dağ meyvələri, güllü-çiçəkli düzləri, biçənəkləri ilə məşhur idi və indi də məşhurdur. Mən burada ancaq 6-7 yaşıma kimi olmuşam. Daşnakların qırğın saldıqları illərdə bir çox kəndlərlə birlikdə bizim kənd də yerlə-yeksan edildi, kəndlilərin mal-dövləti talan olundu, evləri yandırılıb külə döndərildi. Çoxlu qocalar, uşaqlar həlak oldu”.
    Bundan sonra o bildirir ki, 7-8 yaşında anasını, 9-10 yaşla-rında isə atasını itirib. Əvvəl isə iki bacısı və bir qardaşı aclığa, əziyyətə tab gətirməyib ölüblər.
    Zülfüqar müəllim və onun sağ qalan yeganə bacısı bir neçə kəndlisi ilə bir çox yeri gəzib dolaşdıqdan sonra Qarabağın ən böyük kəndlərindən olan Xındırıstan kəndinə gəlib çıxıblar.
    Çəkdiyi bütün əzablara baxmayaraq, Zülfüqar Fərəcov savadının artırılması qayğısına qalıb, hətta 1952-ci ildə Azərbaycan KP MK yanında ikiillik partiya məktəbi yanında rəhbər partiya və sovet işçilərini hazırlayan doqquzaylıq kursları bitirib.
    Bundan sonra Masallıda, Qaxda çıxan rayon qəzetlərində işləyib.
    1944-cü ildə Tərtərdə nəşr olunan “Qızıl Bayraq” qəzetinə redaktor təyin olunub. Bu vəzifədə 20 ilə yaxın çalışıb. Həmin illərdə qəzet dövrün tələblərinə uyğun çıxırdı.
    1960-cı il 25 aprel tarixində qəzetin redaktru Zülfüqar Abbas oğlu Fərəcov respublikanın kənd təsərrüfatının və mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülüb ki, bu da həmçinin qəzetimizin işinə verilən qiymət idi.
    Zülfiqar Fərəcov 59 yaşında vəfat edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:02

İsmarıclar bağlıdır.